«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
9 milyon ukraynalı ölkə xaricindədir - “Hər şey müharibənin nə vaxt bitməsindən asılıdır”

Tarix: 19-02-2024 21:10 | Bölmə: Sosium | Baxış: 124



“Müharibədən sonra əhali maksimum 3-4 milyon azala bilər, lakin bu, ən pessimist proqnozdur”. 

Bunu Ukrayna Milli Elmlər Akademiyasının M.V.Ptuxa adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova yerli mətbuata açıqalmasında deyib.

Onun sözlərinə görə, hazırda 9 milyona yaxın ukraynalı ölkədən kənardadır: “Ukraynada 34-35 milyon insan var. Ancaq bunlar təxmini rəqəmlərdir - bir milyon artıq, ya da əskik ola bilər. Demoqrafik vəziyyətə təsir edən əsas amil təbii ki, miqrasiyadır.

2023-cü ilin dekabrına olan məlumata görə, Avropada müvəqqəti qaçqın statusuna malik 4,3 milyon ukraynalı, üstəgəl 2,5-3 milyon əmək miqrantı var.

Lakin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr də var - bu, daha bir milyon deməkdir. Rusiya Federasiyasına gəlincə, orada mənzərə son dərəcə qeyri-müəyyəndir, amma məncə, orada da bir milyon var”.

Ekspert əlavə edib ki, Ukrayna Avropanın mərkəzində yerləşir, əla iqlimə, təbiətə və resurslara malikdir, ona görə də müharibədən sonra orada “hər şey yaxşı olacaq”:
“Baxmayaraq ki, çox şey müharibənin nə vaxt bitməsindən asılıdır. Hər gün davam edən döyüşlər və Ukrayna infrastrukturunun dağıdılması ukraynalıların vətənə qayıtma ehtimalını azaldır.

Geri dönməyə yeri olmayanların sayı artır, qaçqınların yeni yerlərə adaptasiyası baş verir”.

Bir müddət əvvəl Volodimir Zelenski də bu məsələyə münasibət bildirib. O, əmindir ki, Ukrayna Rusiyanın hava hücumlarından kifayət qədər müdafiəni təmin edə bilsə, milyonlarla Ukrayna vətəndaşı evlərinə qayıdacaq.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024