Qarabağ Azərbaycanın daxilində göstərildi: Tarix dərsliyi erməniləri bir-birinə qatdı - FOTO
Son aylar Ermənistanın təlatümlü ictimai həyatına yeni bir qalmaqal da əlavə edilib. Baş nazir Nikol Paşinyanın göstərişi ilə orta məktəblərdə tədris edilən tarix dərsliyinin adının dəyişdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müəyyən addımlar atılır.
Nikol Paşinyanın fikrincə, bu günə qədər məktəblərdə “Erməni tarixi” adlı fənnin tədris edilməsi səhv addımdır və bu, erməni dövlətçiliyinin olmadığını büruzə verir. Bu səbəbdən də dərsliyin adı “Ermənistan tarixi” olaraq dəyişdirilib.
Bu isə ciddi etirazlara səbəb olub. Xüsusən də müxalifət və kilsə bu addımı qəti şəkildə tənqid edir. Əslində 7 və 9-cu siniflərin dərsliklərində aparılan dəyişikliklər bir sıra mətləblərdən xəbər verir.
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik.
Qarabağ Azərbaycanın sərhədləri daxilində göstərilib
Bir müddət əvvəl baş nazir Ermənistan məktəblərində tədris edilən tarix kitablarından “Erməni kilsəsinin tarixi” mövzusunun çıxarılmasına nail olub. Bu da kilsə ilə hökumət arasında uçurumun ciddi şəkildə dərinləşdiyini göstərir.
Hadisələrin fonunda hakimiyyətin diktəsi ilə tarix kitablarının bəzilərinin adı “Vətənim” olaraq dəyişdirilib. Yeddinci siniflərin dərsliyinə salınan xəritədə Qarabağ Azərbaycanın sərhədləri daxilində göstərilib. Bununla yanaşı, dərsliklərə “məxməri inqilab” mövzusu əlavə olunub, inqilabın simalarına xüsusi bölmələr ayrılıb.
Atılan bu addımlar cəmiyyətdə, xüsusən də Eçmiədzində ciddi rezonans doğurub. Dərslik üzərində işləyən ekspertlərin etirafına görə, “Erməni tarixi” siyasi tarix deyil, əfsanələr toplusu olduğu üçün ondan imtina etməyin vaxtı çatıb.
Bu kitabda çoxlu səhv var və məktəblilərə aşılanan bilgilərə əsasən, qədim və orta əsrlərdə ermənilər çox güclü və yaxşı olub, digər bütün millətlər isə pis və zəif.
Kilsənin cavab addımı
Erməni kilsəsi əslində hücumların ona qarşı yönəldiyini anladığı üçün hərəkətə keçib. İlk olaraq Eçmiədzinin Tədris Komitəsi təhsil naziri Janna Andreasyana məktub göndərərək, “Erməni tarixi” fənninin yeddinci sinif dərsliyinin hazırlanması prosesində və məzmununda bir sıra nöqsan və səhvlərin olması barədə xəbərdarlıq edib.
Bundan əlavə, kilsə öz rıçaqlarını işə salaraq, müxtəlif şəxslər vasitəsilə hökumətin bu qərarını tənqid edərək ictimaiyyəti “aydınlatmaq” qərarına gəlib. Məsələn, tarix elmləri doktoru Hayk Demoyan da nazirə məktub yazıb, etirazını bildirib.
Bundan əlavə, “Trésors d'Arménie” Erməni Assosiasiyasının təhsil departamentinin direktoru Anqela Arutyunyan dərsliyin müəllifi Smbat Hovhannisyanı tənqid edib.
Tarix elmləri doktoru, qondarma Erməni Soyqırımı Muzey-İnstitutunun keçmiş direktoru Hayk Demoyan isə bildirib ki, dərs vəsaitinin hazırlanması üçün redaksiya heyəti yaradılmayıb, müxtəlif tarixi dövrlərlə bağlı mütəxəssislər cəlb olunmayıb.
Erməni dövlətçiliyindən imtina?
Kilsənin sifarişi ilə tənqidçilər sırasına son olaraq keçmiş ədliyyə naziri Qevorq Danielyan da qoşulub. O, daha da irəli gedərək, baş verən hadisəni erməni dövlətçiliyindən imtina kimi dəyərləndirib.
İrəvan Dövlət Universitetinin tarix fakültəsi də kilsənin başlatdığı kampaniyaya rəsmən qoşulub. Müəllim heyəti dərsliyin adının dəyişdirilməsindən narahat olduğunu bildirib və məsələdə siyasi motivlər olduğunu xatırladıb.
Bundan əlavə, müxalifətin müxtəlif simaları, şərqşünas və politoloqlar da kilsənin səsinə səs verərək, tənqid axınına qoşulublar. Səsləndirilən tənqidi bəyanatlar erməni cəmiyyətində ciddi çaşqınlığa səbəb olub.
Paşinyanın cəza tədbirləri işə düşüb
Tənqidlərin ardı-arası kəsilmədiyi və yeni-yeni simaların axına qoşulduğundan Paşinyanın cəza maşını işə düşüb. Məlum olub ki, martın 27-də Milli Təhsil və İnnovasiyanın İnkişafı Mərkəzinin şöbələrindən biri bağlanacaq. Şöbə müdiri vəzifəsini icra edən tarix elmləri üzrə fəlsəfə doktoru Arman Maloyan və doqquz əməkdaşı işsiz qalacaq.
Məsələ burasındadır ki, dərsliklə bağlı kəskin tənqid səsləndirənlərdən biri də məhz Arman Maloyan olub. Bir faktı da nəzərə almaq lazımdır ki, şöbə əməkdaşlarından biri zəmanətli dərsliklər siyahısından çıxarılan “Ermənistan tarixi” adlı digər dərsliyin həmmüəllifidir.
Təhsil nazirinin istefası tələb olunur
Bununla belə, etirazlar səngimir və “Təhrif olunmuş dərsliyi alaq otlarından təmizləyin” adlı Təşəbbüs Qrupu Təhsil Nazirliyinin qarşısında Janna Andreasyanın istefası tələbi ilə etiraz aksiyası keçirib.
Bu təşəbbüsə Ermənistan Xalq Hərəkatının koordinatoru Vazgen Petrosyan, deputat Larisa Alaverdyan, “Zartnok” qəzetinin redaktoru Sevak Akopyan kimi simalar da qoşulub. Təşkilatçılar elan ediblər ki, nazir istefa verənə qədər davamlı etiraz aksiyaları keçiriləcək.
Yuxarıda sadalananlardan məlum olur ki, Paşinyan - kilsə qarşıdurması yeni mərhələyə qədəm qoyur. Tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham etməklə yanaşı, əllərində olan rıçaqlardan tam istifadə etməkdən çəkinmirlər.
N.Paşinyan cəza maşınını işə salır, kilsə isə nüfuzundan istifadə edərək, müxtəlif şəxsləri, qurumları dövlətə qarşı qaldırır. Hazırda erməni dövlətində din-dövlət qarşıdurması kifayət qədər dərinləşib.
Digər xəbərlər
Tarix: 02-03-2024 21:30 | Bölmə: Sosium / Rezonans | Baxış: 135

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024