«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiyada 13.5 milyon insan yoxsulluq həddində yaşayır - “Kommersant”

Tarix: 07-03-2024 13:00 | Bölmə: Sosium | Baxış: 161



2023-cü ilin sonunda yoxsulluq həddində yaşayan rusların sayı 13,5 milyon nəfər təşkil edib.

Bu barədə “Kommersant” qəzeti “Rosstat”-ın məlumatlarına istinadla xəbər yayıb. Hesabata Ukraynanın işğal edilmiş Krım və Sevastopol bölgələri də daxil edilib.

İl ərzində yoxsulların sayı 800 min nəfər və ya 0,5 faiz bəndi azalaraq ümumi əhalinin 9,3%-ni təşkil edib. “Kommersant” yazır ki, bu, tarixi minimumdur. 2023-cü ildə “Rosstat” yoxsulluq həddi üçün adambaşına ayda 14,3 min rubl gəlir hesablayır.

Qəzetə müsahibə verən ekspertlər yoxsulluğun azalmasını gəlir artımı ilə əlaqələndirirlər: kadr çatışmazlığı şəraitində əmək haqqı və uşaqlı ailələrə ödənişlər yükəslib. Həmçinin səbəblər arasında Ukrayna ilə müharibə kontekstində Rusiya ÜDM-nin 3,6% artması da var.

Bundan əvvəl Finlandiyanın İnkişaf etməkdə olan İqtisadiyyatların Öyrənilməsi İnstitutu BOFIT bildirib ki, 2023-cü ildə ən yoxsul regionlardan olan rusiyalıların bank hesablarında olan vəsaitlərin həcmi kəskin şəkildə artıb.

Analitiklər bunu müqaviləli əsgərlərə və səfərbər edilmiş muzdlulara ödənişlər, həmçinin “tabut” ödənişləri ilə izah ediblər.

“Rosstat” 1992-ci ildən bəri yoxsulluq həddindən aşağı pul gəlirləri olan insanların sayını hesablayır. 2021-ci ildə yoxsulluq həddinin hesablanması metodologiyası dəyişdirilib. İndi bu, 2020-ci ilin dördüncü rübündə inflyasiyaya uyğunlaşdırılmış istehlak səbətinin dəyərinə uyğundur.

Rasim

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024