«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Türkiyədə gənclərin 17%-dən çoxu işsizdir - RƏSMİ

Tarix: 27-03-2024 11:15 | Bölmə: Sosium | Baxış: 133



Ötən il Türkiyədə işsizlik səviyyəsi əvvəlki illə müqayisədə 1% azalaraq 9,4%-ə düşüb.

Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, gənclər arasında (15-24 yaş arası) işsizlik səviyyəsi isə 2% azalaraq 17,4% olub.

Məlumat üçün bildirək ki, dünyada ən yüksək işsizlik səviyyəsi Konqoda qeydə alınıb. Afrikanın və dünyanın ən kasıb ölkələrindən olan Konqoda iqtisadi fəal əhalinin təxminən yarısı – 46,1%-i işsizdir. 

Dünyada işsizliyinin ən yüksək olduğu ölkələrin siyahısnda ilk 5-liyi Cənubi Afrika Respublikası (32,1%), Anqola (31,9%), Cibuti (27,9%) və Botsvana (25,4%) tutur.

Dünyada ən aşağı işsizlik səviyyəsi Belarusda qeydə alınıb - cəmi 0,1%. İşsizlik səviyyəsinin ən aşağı olduğu ölkələrin sıralamasında Qətər (0,1%), Kambocia (0,2%), Niger (0,5%) və Tailand (0,8%) yer alır.

Onu da qeyd edək ki, region ölkələrindən Qırğızıstanda iqtisadi fəal əhalinin 2,5%-i, Rusiyada 2,9%-i, Qazaxıstanda 4,7%-i, Moldovada 4,9%-i, Türkmənistanda 5%-i, Azərbaycanda 5,6%-i, Özbəkistanda 6%-i, Tacikistanda 6,9%-i, İranda 7,6%-i, Ukraynada 10,5%-i, Ermənistanda 12%-i, Gürcüstanda isə 15,3%-i işsizdir.

Məlumat üçün onu da qeyd etmək lazımdır ki, əhalinin işlə təmini ölkənin sosial-iqtisadi uğuru olsa da, bir ölkədə işsiz insanların sayının çox olması həmin ölkənin iqtisadi cəhətdən inkişaf etmədiyi mənasına gəlməmlidir.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024