Ailə ənənəsinə xilaf çıxmayan Kennedi - erməni lobbisi onu da ələ aldı /ŞƏRH
Dörd ildən bir yada düşmək, məqsədə çatılandan sonra isə kənara tullanılmaq; erməni lobbisinin onilliklər boyu təyinatı bu olub.
Press-fakt.com “report”a istinadən xəbər verir ki, belə bir təyinatdan acınacaqlı, rəzil vəziyyət, etiraf edək ki, ola bilməz. Ancaq erməni lobbisi bunu özünə rəva bilir.
Birləşmiş Ştatlarda erməni lobbisinin durumu məhz belədir. Düzdür, yüz ildən artıq bir müddətdə güclü mövqe ortaya qoymağa, təşkilatlanmağa, söz sahibi olmağa müvəffəq olublar. Lakin bu uğur yalnız Ermənistandan kənardadır.
Azərbaycan torpaqlarının otuz illik işğal dövrü və İkinci Qarabağ müharibəsi bunu tam sübuta yetirib. İşğal siyasəti nəticəsində Ermənistan blokada vəziyyətinə düşdü, irimiqyaslı beynəlxalq layihələrdən kənarda qaldı, ölkədən miqrasiya pik həddə çatdı. “Məğlubolmaz imic” eyforiyasına İkinci Qarabağ müharibəsi son qoydu.
Minlərlə erməni gənci Qarabağda məhv edildi və ikinci erməni dövlətinin yaradılması, bütövlükdə “Böyük Ermənistan” xülyası puç oldu. Nəticədə Azərbaycan suverenliyini bərpa etdi, erməni separatizminə son qoydu.
Bütün bunlar erməni bədbəxtliyinin səbəbkarı olan lobbiyə maraq və diqqətin azalmasına səbəb olub.
ABŞ-dəkı lobbiyə gəldikdə, bu ölkədə hakimiyyətə gəlməyə çalışan qüvvələr seçkiqabağı vədlərində ermənilərin problemlərini həll edəcəklərini bildirsələr də, məqsədə çatdıqdan sonra hər şeyi unudublar. Düzdür, qondarma erməni soyqırımını tanıyacağı vədini verən Cozef Bayden prezident seçildikdən sonra sözünü tutsa da, bu, heç bir qlobal dəyişikliyə gətirib çıxarmadı. Nə Türkiyə-ABŞ münasibətləri pisləşdi, nə də bundan Ermənistan bir fayda gördü.
Əksinə, Ankara ilə İrəvan arasında sərhədlərin açılması gündəmə gəldi. Təsadüfi deyil ki, Ermənistan mediası lobbidən narazılığını ifadə edir. Onun şəxsi mənfəət, öz maraqlarını güddüyünü açıq ifadə edirlər. Ermənistan mediasında da bu istiqamətdə dərc olunan materialların sayı artır. Bunlar belə lobbini geri çəkindirmir, o, çirkin siyasətini davam etdirir.
ABŞ-də keçiriləcək seçkiləri pul qazanmaq vasitəsi kimi nəzərdən keçirən, heç bir şansı olmayan namizədlər üçün də ermənilər göydəndüşmə olub.
2024-cü ilin noyabrda keçiriləcək seçkilərdə iştirak etməyə iddialı namizədlərdən bəziləri özlərini “ermənilərin pozulan hüquqlarının müdafiəçisi” kimi qələmə verməyə başlayıblar. Onlar sərsəm, cəfəng iddialarla çıxış edirlər. Onlardan biri də seçkilərdə qalib gəlmək şansı sıfır olan Kennedi ailəsinin üzvü Robert Kennedidir.
Bu şəxs iddia edib ki, qalib gələcəyi təqdirdə dünya ictimaiyyətinin Azərbaycana qarşı sanksiyalarla çıxış etməsinə, eləcə də Qarabağa erməni sakinlərin qayıdışına nail olacaq.
Qeyd edək ki, erməni separatizminin müdafiəçisi oktyabr ayında bəyan edib ki, müstəqil şəkildə namizədliyini irəli sürüb. Təmsil etdiyi ailə uzun illər erməni diasporu ilə sıx əməkdaşlıq edib.
Düzdür, ABŞ seçkilərində sürprizlər yaşanır, lakin tarixən bu iki partiyanın – demokratlar və respublikaçıların namizədi arasında baş verir. Müstəqil namizədlərin qalib gəlmək şansı olmayıb və şübhəsiz ki, Kennedi də istisna olmayacaq. Cozef Bayden və Donald Tramp kimi nəhənglər olduğu yerdə Kennedinin ortaya atılması, sadəcə boş bir şeydir.
Gələn il keçiriləcək seçkilərdə erməni mövqeyindən çıxış edən namizədlər də az deyil. Məsələn, respublikaçı namizəd Ron Desantis ABŞ-nin xristian erməniləri dəstəkləməli olduğunu, digər namizəd Nikki Heyli Azərbaycana təsir göstərilməsini, bir başqası, hind mənşəli Vivek Ramasvani isə Qarabağdan könüllü çıxan ermənilərlə bağlı “çirkin plan”dan bəhs edib.
Seçki prosesinə bir azdan Donald Tramp da qoşulacaq və o da çox güman ki, ermənilərə simpatiyasını çatdıracaq, partiyaya daha çox hayın səs verməsinə çalışacaq. Ola bilsin, bu dəfə bunu daha populist və ekstravaqant formada edəcək. Eyni addımı demokratlardan da gözləmək olar. Onlar da 2024-cü ildə keçiriləcək prezident seçkilərində vahid namizədi müəyyən etmək üçün mübarizəyə start veriblər.
Qeyd edək ki, hazırkı dövrdə erməni diasporunun ən fəal olduğu ölkələrdən biri ABŞ-də təxminən 1 milyon, Fransada isə 750 minə yaxın erməni yaşayır.
Bununla belə, erməni lobbisinin qürubunu yaşadığı, düşdüyü çətin durumdan çıxış yollarını aradığı açıq görünür. Ermənistanda da ona qarşı nifrət pik həddədir. Erməni xalqı artıq anlayır ki, üzləşdiyi səfalətin, bədbəxtliklərin səbəbkarı məhz diaspordur. Firavanlıq, cah-cəlal içində yaşayan lobbi üçün isə Ermənistandakı insanların problemləri yaddır.
Lobbinin Kennedi və ona bənzərləri qızışdırıb ortaya atması da təsadüfi deyil. Məsələ ondadır ki, erməni lobbisi hər il dünyaya səpələnən soydaşlarından milyonlarla vəsaiti marafonlar, xeyriyyə tədbirlərində toplayıb, bundan öz mənfəətləri üçün istifadə edib. Qarabağda separatizmə son qoyulduqdan sonra isə bu gəlirdən məhrum olurlar. Son tədbirlərdə toplanan cüzi vəsaitlər də bu qənaəti möhkəmləndirir.
Son söz Ermənistan xalqınındır. Artıq lobbinin əlində oyuncağa çevrilməmək, qonşularla mehriban münasibətlər qurmaq, ərazi iddialarına son qoymaq vaxtıdır. Ötən illərin təcrübəsi də göstərdi ki, məhz bu prinsiplərlə nəyəsə ümid etmək olar.
Press-fakt.com
Digər xəbərlər
Tarix: 30-12-2023 19:55 | Bölmə: Təhlil | Baxış: 105

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024