“Faşist Njdenin təbliği Ermənistanı nicata yox, uçuruma aparır”- FOTO
Bu gün Ermənistanla münasibətlərin normallaşmasına, qarşılıqlı etimad mühitinin yaranmasına mane olan bir neçə amil var. Məhz həmin səbəblər sülh sazişinin hazırlanmasına və imzalanmasına mane olur.
Bu amillərdən biri də Ermənistanda faşizmin təbliğidir. Belə ki, bütün həyatı türklüklə mübarizə ilə keçən, onlarla cinayət törədən, faşist Qaragin Njde bu gün Ermənistanda “milli qəhrəman” kimi tanınır. Onun şərəfinə müxtəlif tədbirlər keçilir.
Belə tədbirlərdən biri də ötən gün baş tutub. Belə ki, erməni gənclər tsexakronizmin (erməni xalqının yer üzündəki bütün nümayəndə və qruplarının hərbiləşdirilməsi yolu ilə vahid ərazi və dövlətdə birləşdirilməsi ideyası - red) banisi, faşist Q.Njdenin İrəvandakı abidəsinin qarşısına toplaşıblar.
Bu, birbaşa olaraq faşizmin təbliği deməkdir. Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində və digər yerlərində bu faşistin heykəli var.
Q.Njdenin heykəlinin sökülməsi uzun müddət elə Ermənistan daxilində də müzakirələrə səbəb olub. Müxtəlif siyasətçilər, o cümlədən nazirlər heykəlin sökülməsini tələb ediblər.
Ermənistan daxilindəki ağıllı adamlar başa düşürlər ki, Q.Njdenin və faşizm ideologiyasının bu qədər təbliğ edilməsi ölkələrinin xarici siyasətinə, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına əngəl yaradır.
Yada salaq ki, Q.Njde ömrü boyu türklüyə qarşı vuruşub, Fransada, ABŞ-də, Rusiyada, Türkiyədə, İranda, Azərbaycanda, Bolqarıstanda, Makedoniyada və Serbiyada türk qanı axıtmaqdan həzz alıb, hər yerdə Türkiyəni düşmən bilib.
Bunu özü də 1954-cü il fevralın 26-da cəza çəkdiyi Vladimir həbsxanasından SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Y.Voroşilova ünvanladığı əfvlə bağlı yazdığı ərizədə də qeyd edib:
“Mənim ömrüm xalqların və mədəniyyətlərin tarixi düşməni feodal Türkiyəsinə qarşı mübarizədə keçib”.
Arxiv materialları təkzibolunmaz faktlarla sübut edir ki, yaşadığı hər yerdə ondan türklərə qarşı bir alət kimi istifadə edilib. Məsələn, hələ I Dünya müharibəsi başlayanda çar hökuməti Njdeni bir şərtlə əfv edir ki, o, Osmanlı dövlətinə qarşı fəaliyyət göstərsin. Ermənilərin fəxri olan
Njde bu barədə yazıb:
“Dünya müharibəsi ərəfəsində Türkiyəyə qarşı vuruşmaq şərtilə çar hökuməti tərəfindən əfv olunaraq geri qayıtdım. Njde I Dünya müharibəsində Osmanlı dövlətinə qarşı “şücaət”lə vuruşduğunu gizlətməkdən çəkinməyib.
İranda və Fransada qaçıb gizlənən, daha sonra erməni lobbisinin köməyi ilə ABŞ-yə gedən Njde heç vaxt türklərə olan nifrətini gizlətməmişdi.
Daha sonra maraqlı qüvvələrin yardımı ilə Bolqarıstanda vətəndaşlıq statusu qazanan, orada da daim türklərə qarşı terrorçuluq edən Njde II Dünya müharibəsi ərəfəsində könüllü şəkildə faşistlərə xidmət göstərməyə girişdi.
Erməni lobbisinin yardımı ilə özünün uydurduğu “tsexakronutyun” ideyası haqqında Adolf Hitlerə məlumat verdi. Bu ideyaya görə, ermənilər ari irqə mənsubdurlar və tarixi ərazilərinin bərpasında dünya dövlətləri onlara yardım etməlidir.
SSRİ-nin, İranın və Türkiyənin ərazisində mifik böyük erməni dövlətinin yaranacağı xəyalı ilə Njde II Dünya müharibəsində SS (Schutzstaffel) qoşunlarında (Waffen SS) erməni hərbi fərarilərindən və əsirlərindən ibarət xüsusi könüllülər dəstəsi təşkil edib.
Onun ideyası və təşəbbüsü ilə 1942-ci ilin yayında “Gertruda” kod adıyla Bolqarıstan və Almaniyanın bərabər şəkildə Türkiyəyə hücum planı müzakirə edilib hazırlanmışdı (Mənbə: Kurt Mehner. Germany. Oberkommando der Wehrmacht, Bundesarchiv, 1944, s.51). Amma hadisələrin gedişi Njdenin arzularını ürəyində qoydu.
Xeyli müddət təkəbbürlə mundirində “SS devizi” (“Meine ehre heißt treue - Şərəfim sədaqətimdir”) daşıyan Njde rastlaşdığı ilk çətinlikdə çox asanlıqla almanlara verdiyi sözü, vədi, içdiyi andı unutdu.
Bir məsələni də xüsusi qeyd edək ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan verilməməsi barədə ilk dəfə beynəlxalq təşkilatlar, ölkələr qarşısında məsələ qaldıran dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev olub.
Xatirinizdədirsə, Prezident İlham Əliyev cəllad Njde ilə bağlı MDB Zirvə görüşlərindən birində çıxışında məsələ qaldıraraq demişdi:
“Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub.
Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir”.
Dövlət başçısının da qeyd etdiyi kimi, faşizmin baş qaldırmasına yol vermək olmaz. Çünki bu, dünyanı uçuruma aparır.
Bu qədər “zəngin” keçmişi olan Q.Njdenin heykəlinin sökülməsi Ermənistan daxilində narazılıqlara, hətta ola bilsin, vətəndaş müharibəsinə səbəb ola bilər.
Odur ki, Ermənistan hakimiyyəti siyasi iradə göstərməlidir. Onun faşizm ideologiyasının təbliği Ermənistanı nicata aparmır. Əksinə, uçuruma sürükləyir./report
Digər xəbərlər
Tarix: 02-01-2024 15:30 | Bölmə: Təhlil | Baxış: 74

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024