«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"2024-cü ildə bəşəriyyəti nələr gözləyir?" - "The Economist"

Tarix: 02-01-2024 18:40 | Bölmə: Təhlil | Baxış: 70


"Yeni il böyük səsvermə ilidir, dünyanın 74 ölkəsində 4, 2 milyard insan potensial olaraq seçkilərdə iştirak edəcək..."

"İran və Şimali Koreya nüvə proqramlarını inkişaf etdirir, Çin Tayvana iddia edir, ABŞ-da təqüdçülərin sosial təminatına pullar çatışmır..."
 
"2024-cü ildə çoxsaylı münaqişələr, ABŞ-ın birqütblü dünyasına son qoyulacağı, Çin-Rusiya-İran üçlüyünün Qərblə qarşıdurması proqnozlaşdırılır..."
 
Bu barədə Britaniyanın "The Economist" nəşri yazıb.
 
Britaniyanın "The Economist" jurnalı noyabrın sonunda ənənəvi olaraq gələn ilin proqnozuna dair "The World Ahead" nömrəsini buraxır.
 
Hər dəfə müəlliflər xüsusi üz qabığı yaradaraq, onun əsasında futuroloqların fikrincə, yeni ildə bizi nələrin gözləyəcəyi barədə oxucuları düşünməyə sövq edir.
 
Nəşrin illik "The World Ahead" buraxılışı bəşəriyyəti növbəti ildə nələrin gözləyəcəyi barədə proqnozlardan ibarətdir. Bu nömrədə hər bir konkret proqnozun təhlilinə dair çoxsaylı məqalələr yer alır.
 
Bunlar pul-kredit, iri iqtisadiyyat siyasəti, regional münaqişələr, prezident seçkilərinin nəticələri, yeni texnoloji kəşflər və s. kimi qlobal dünya proseslərinə təsir edən mövzulardır.
 
Hər bir belə buraxılışa üz qabığı əlavə edilir, burada proqnozlar şifrələnib. Dərrakəni işə salaraq növbəti il üçün məqalələri oxumadan belə trendləri anlamaq olar.
 
2024-cü il üçün "The World Ahead"-ın iki nömrəsinin müəllifləri infoqrafika formasında üz qabığı yaradıb.
 
Burada mərkəzdə səsvermə qutusu var, zamanı bitən qum saatlarının müxtəlif tərəflərində Zelenski və Putin, həmçinin bir-birindən üz çevirən Si Tszinpin və Co Bayden dayanıb.
 
Diqqəti cəlb edən iki qırmızı və göy rənglər respublikaçılarla demokratlar arasında qarşıdurma rəmzidir.
 
1. 2024-cü ildə Yer kürəsi əhalisinin ümumilikdə yarısı seçkilərə yollanacaq
 
"The World Ahead" tsiklinin redaktoru Tom Stendeyc 2024-cü ili "böyük səsvermə ili" adlandırır. Bu, üz qabığının mərkəzində böyük səsvermə qutusundan görünür. 
 
Tarixdə ilk dəfə olaraq 74 ölkədə müxtəlif səviyyəli seçkilər keçiriləcək, burada potensial olaraq 4, 2 milyard adam iştirak edə biləcək ki, bu da Yer kürəsi əhalisinin yarısı deməkdir.
 
Başlıca intriqa ABŞ-da prezident seçkilərində kimin qalib gələcəyidir. Bu, Donald Trampla Co Bayden arasında "təkrar oyun" olacaq.
 
Tez-tez olduğu kimi, Amerika seçkilərinin nəticəsi respublikaçılar və demokratlara güclü dəstəyin olmadığı "tərəddüd edən ştatlardan" asılıdır. 
 
"Amerika və bütün dünya üçün onların seçiminin nə qədər vacib olduğunu dəyərləndirmək çətindir", - qəzet yazır.
 
Gələcək prezidentə çoxsaylı problemlərlə məşğul olmaq lazım gələcək. İran və Şimali Koreya nüvə proqramlarını inkişaf etdirir, Çin Tayvana iddia edir, həmçinin ABŞ-ın özünün daxilində təqaüdçülərin sosial təminatına pullar çatışmır.
 
Üz qabığının yuxarısında Zelenski və Putin, aralarında qum saatı yerləşdirilib. Saatlarda yarıdan az zaman qalıb, müəlliflər buna eyham vurub.
 
2. Hərbi münaqişələrə çətin ki, son qoyulsun, onların sayı hətta arta bilər
 
Bu il Yaxın Şərqdəki münaqişənin dondurulacağı və ya yeni ölkələr cəlb edilməklə qızışmaqda davam edəcəyini göstərəcək. Qum saatlarının hər iki tərəfində yerləşdirilən bombalar və göyərçinlər buna işarədir.
 
Qəzet dünyanın müxtəlif bölgələrində əvvəllər dondurulmuş çoxsaylı münaqişələri, ABŞ-ın birqütblü dünyasına son qoyulacağını, Çin-Rusiya-İran üçlüyünün Qərb dünyası ilə qarşıdurmasını proqnozlaşdırır.
 
Bütün bunlar iqtisadi qeyri-sabitliyə gətirib çıxarır, müəlliflər 2024-ü ilin dünya iqtisadiyyatına yaxşı heç nə vəd etməyəcəyini qeyd edir, bunu valyutanın aşağı düşməsini göstərən qrafikdən görmək olar. 
 
Dünyada inflyasiya yüksək olaraq qalacaq, geosiyasi gərginlik və proteksionizm isə iqtisadi qeyri-müəyyənliyi gücləndirəcək.
 
3. Amma yaxşı xəbərlər də var: süni intellekt daha da ağıllı olacaq, insanlar Aya uçacaq
 
Futuroloqların 2024-cü il üçün bircə proqnozu da bu trend olmadan ötüşmür, bu da generativ süni intellektin daha gerçək olacağıdır.
 
Üz qabığında mərkəz üzrə solda müəlliflər naqilləri olan böyük gözə yer verib. "McKinsey" generativ süni intellektin 2/3 hissəsinin tətbiq ediləcəyi dörd nahiyəni qeyd edib. Bunlar müştərilərlə iş, marketinq, proqram təminatının işlənib hazırlanması, həmçinin tədqiqatlar və işlənib hazırlanmalardır. 
 
Qəzet qütbləşməni proqnozlaşdırır: dünya generativ süni intellekt adeptlərinə və buna ehtiyatla yanaşan və ya büsbütün ondan istifadə etmək istəməyənlərə bölünəcək.
 
Üz qabığının yuxarısında olan raketlər insanın yarım əsrdən çox müddət ərzində ilk dəfə olaraq Aya dönüşünün rəmzidir. Bunu tam qayıtma adlandırmaq olmaz: NASA-nın dörd astronavtı "Artems II" missiyası çərçivəsində Ay ətrafında uçacaq, amma onun səthinə enməyəcək.
 
Bunlar "The World Ahead" üz qabığının artefaktlarının hamısı deyil, proqnozlarda həmçinin elektromobillər, yaşıl energetika, habelə faydalı qazıntılar və onların çıxarıldığı ekvatordan aşağı yerləşən ölkələrə dair mövzular da var./moderator


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024