İRƏVAN ÜZƏRİNDƏ AZƏRBAYCAN DRONLARI - Bir şokedici çəkilişin TƏFƏRRÜATI
Təhlükəsizlik eksperti: “Hərbi dronlar Ermənistan paytaxtında hər hansı bir obyektə hücum etməyib”
Xəbər verildiyi kimi, az öncə CBC telekanalı İrəvan səmasında dronla çəkiliş aparıb və şəhərlə bağlı süjet hazırlayıb. Bu isə Ermənistanda “Azərbaycan dronları başımızın üzərində gəzir” müzakirələrinə səbəb olub. Yerli media Azərbaycan telekanalına məxsus dronun İrəvan səmasında necə çəkiliş apardığını anlamağa çalışır.
Nyus.am yazıb ki, dron çəkilişinin aparılması iki halda mümkün ola bilər: ya Azərbaycan dronları həqiqətən də İrəvan səmasında uçuşlar həyata keçirib, ya da burada “vasitəçilər” var.
Azərbaycan dronlarının İrəvan səmasında çəkiliş aparması Ermənistanın təhlükəsizliyindəki boşluq kimi qiymətləndirilir. Lakin erməni mediası bunu qəbul etmək istəmir, ona görə əsasən “vasitəçilər” versiyası üzərində dayanır.
“Yəqin ki, bu işdə onlara ”vasitəçilər" kömək edib. Lakin Azərbaycan telekanalının İrəvanda və Ermənistanın digər yerlərində çəkilişləri necə təşkil etdiyi hələ də müəmmalı olaraq qalır", - sayt yazır.
Hətta iddia edirlər ki, Azərbaycana İrəvan səmasından çəkiliş aparmağa ABŞ şirkətləri yardımçı olub. Ermənistan mediasında dron çəkilişini Azərbaycanın “xüsusi əməliyyatı” kimi təqdim edənlər də var.
Qeyd edək ki, CBC-nin çəkiliş qrupunun Ermənistana səfər etdiyi və görüntüləri oradan çəkdiyi bildirilir.
Məlumata görə, CBC ekspedisiyası İrəvanda azərbaycanlıların memarlıq irsinin qəsdən dağıdılması faktlarını aşkara çıxarmaq məqsədilə dronlardan istifadə edərək havadan çəkiliş aparıb.
Çəkilişlər hərtərəfli hazırlıq sayəsində mümkün olub. Bu məqsədlə çəkiliş əraziləri müəyyən edilərək öyrənilib, dronun uçuş marşrutu elə planlaşdırılıb ki, artıq diqqət cəlb etməsin.
Nəticədə unikal videoçəkiliş aparmaq və Ermənistan hakimiyyətinin İrəvanın tarixi ilə bağlı həqiqətləri gizlətməsinə dair əsaslı sübutlar aşkarlanıb.
Bəs gerçəkdə çəkiliş necə mümkün ola bilərdi?
İlham İsmayıl
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, Azərbaycan televiziyasında nümayiş olunan videokadrların İrəvanda təlaş yaratması başadüşüləndir: “Azərbaycandan İrəvana çəkiliş məqsədilə dron göndərməyin müxtəlif yolları var. 2-ci, 3-cü ölkələrin vasitəsilə də bunu etmək olar.
Əlbəttə ki, söhbət hərbi dronlardan getmir. Azərbaycan İrəvana hərbi təyinatlı dronlar göndərməyib. Göndərsəydi, bu halda Ermənistanın Hava Hücumundan Müdafiə Sistemi işə düşərdi.
Ermənistanın Hava Hücumundan Müdafiə Sistemi Rusiya hərbçiləri ilə birgə idarə olunur. Azərbaycan telekanalları istənilən bir ölkənin paytaxtında aparılan dron çəkilişlərini əldə edə bilərlər. İrəvan da istisna deyil”.
Ekspert deyib ki, Azərbaycan tərəfinin İrəvanda dron çəkilişi niyyəti olsa, bunu etmək o qədər də problemli məsələ deyil: “Digər ölkələrin vətəndaşları vasitəsi ilə İrəvanda çəkilişlər etmək mümkündür.
Təbii ki, belə çəkilişlər qarşı tərəfdə panika yarada bilər və yaradır”.
Ekspert maraqlı bir məqama da toxundu: “Azərbaycanın CBC telekanalının İrəvan səmasında dronla çəkiliş aparıb və şəhərlə bağlı hazırladığı süjet Ermənistanda ikitərəfli istifadə olunur.
Bir tərəfdən təbii olaraq həyəcan, təşviş yaranıb. Digər tərəfdən, bu süjetdən hakimiyyət uğrunda mübarizənin tərkib hissəsi olaraq, mövcud hakimiyyətə qarşı istifadə olunur. Hakimiyyətə "siz ölkəni müdafiə edə bilmirsiz, təhlükəsizliyə təminat verə bilmirsiz, Azərbaycan dronları başımızın üzərində gəzir" şəkilində müzakirələrə yol açıb.
Faktiki isə Azərbaycanın hərbi dronları İrəvanda hər hansı bir obyektə hücum etməyib, heç müharibə günlərində də belə hal olmayıb. Bu məsələdə hərbi tərəf yoxdur. Dronla çəkiliş üçün Rusiyadan, Gürcüstandan və digər istənilən bir ölkədən İrəvana kimsə gedib çəkiliş edə bilər.
Sonradan həmin çəkiliş istənilən ölkənin internet məkanında yayıla bilər və Azərbaycan televiziyaları da həmin vudeodan istifadə edə bilərlər.
Vacib deyil ki, İrəvana bu məqsəd üçün sırf Azərbaycan tərəfindən kimsə göndərilsin".
Yada salaq ki, ötən ilin dekabrında azərbaycanlı hərbi ekspert Telman Qasımov İrəvana səfəri ilə bağlı video yaymışdı. Həmin video da İrəvanda təlaş, panika yaratmışdı.
Erməni cəmiyyətində panika ilə qarşılanmış həmin çəkilişlə bağlı Telman Qasımov “Yeni Müsavat”a bunları demişdi: “Uşaqlığım İrəvanda keçib. İrəvan mənim ata yurdumdur.
Evimə getməyə şansım az idi. Çox xahiş etdikdən sonra icazə verdilər. Səhər saatlarında gediş-gəliş az olduğu üçün o saatları seçdik. Özüm də başqa formada idim. Qapımıza qədər getdim, amma qapını döyə bilmədim...”
Videodan aydın olurdu ki, Telman Qasımov 35 ildən sonra doğma şəhəri İrəvana səfər edib. O, 17 yaşına qədər İrəvandakı Komitas küçəsi 5A ünvanında yaşayıb.
Telman Qasımovun İrəvana səfər etməsi, öz evlərinə baş çəkməsi azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsinin aktuallığı fonunda xüsusilə diqqət çəkmişdi. Qarşı tərəfi qorxuya salan da məhz bu amil idi./musavat.com
Digər xəbərlər
Tarix: 09-01-2024 15:00 | Bölmə: Təhlil | Baxış: 80

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024