AZƏRBAYCANIN ƏSAS ŞƏRTLƏRİ AÇIQLANDI - Paşinyan hələ də qeyri-müəyyənlik içərisindədir
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla normallaşma prosesi ilə bağlı əsas şərtləri açıqlayıb. Dövlət başçısının yerli televiziyalara müsahibəsindən belə nəticə çıxarmaq olar ki, Bakı üçün prinsipial məsələ texniki sülh müqaviləsi deyil.
Sərhədlərin müəyyənləşməsi zamanı tarixi ədalətin bərpası, Zəngəzur dəhlizinin açılması və Naxçıvanla maneəsiz əlaqənin təmin olunması, Azərbaycanın milli təhlükəsizliyinə və eyni qaydada bölgədən keçən beynəlxalq kommunikasiya xətlərinə etibarlı qarantiyaların verilməsi vacib şərtdir.
Qeyd edək ki, hazırda müzakirə olunan süh müqaviləsi layihəsi bütün bu məsələləri əhatə etmir, ümumi prinsipləri müəyyənləşdirir.
İlham Əliyev bildirir ki, müqavilədə yer alacaq maddələrin işlək olması Azərbaycanın maraqlarının təmin olunmasından asılıdır.
Bəs Ermənistan bu şərtləri qəbul etməyə hazırdırmı?
Prezidentin müsahibəsindən məlum olur ki, bəzi məsələlərlə bağlı İrəvanın konkretləşmiş mövqeyi hələ formalaşmayıb. Onları şərti olaraq belə sıralamaq olar:
Sərhədlərin delimitasiyası necə aparılacaq?
İlham Əliyev bildirdi ki, Azərbaycan 1970-ci ildən sonra çəkilən xəritələri rədd edir, ya Xalq Cümhuriyyəti, yaxud sovet rejiminin bərqərar olduğu 1920-ci ilin xəritələrini əsas götürür. Eyni zamanda delimitasiya məsələsinin sülh müqaviləsinə salınmasını əhəmiyyətsiz sayır.
Bu günə qədər məlum olan odur ki, Ermənistan gah 1975-ci il, gah 1990-ci ilin xəritəsini gündəmə gətirib, gah da Almata Bəyannaməsində yer alan müddəalara istinad edir. Azərbaycan burada elə mövqe seçib ki, Ermənistanın arqumentlər irəli sürmək imkanları yoxdur.
Çünki Prezidentin dediyi kimi, sovet rejimi illərində Azərbaycanın parça-parça qoparılaraq Ermənistanın böyüdülməsi faktdır. İndi Paşinyan məsələnin hansı yerindən yapışmaq istəyirsə, əli boşa çıxır.
Ona görə o, Qərb tərəfdaşlarını məsələyə qatmaqla, onların təzyiqi ilə Azərbaycanı Ermənistan üçün məqbul olan sərhəd xətlərinə çəkməyə çalışır.
Son illərdə Qərbin təzyqinin işə necə yaradığını isə ortadakı reallıqlar dəqiq göstərir...
Zəngəzur dəhlizi ilə bağlı da İrəvanın mövqeyində qeyri-müəyyənlik hökm sürür. Ötən ilin sonlarında Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycanla Naxçıvan arasında rabitənin “güzəştli şərtlər” əsasında müəyyən edilməsinə tərəfdar olduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən yüklər texniki avadanlıqlar vasitəsi ilə yoxlanıla bilər, üçüncü ölkələrə gedən yüklər isə adi gömrük və sərhəd qaydaları çərçivəsində daşınmalıdır. Paşinyanın mövqeyinin “yumşalmasına” Qərb tərəfdaşlarının təzyiqi rol oynayıb.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Naxçıvanla əlaqənin “Kalininqrad variantı” formasında həllini mümkün sayıb. Bu varianta görə, ölkənin bir hissəsindən başqa ölkə ərazisindən keçməklə digər hissəsinə daşınan yüklər gömrük rejimi və sərhəd qaydaları tətbiq olunmadan daşınır.
Hazırda Rusiya anklav olan Kalininqrad vilayətini Finlandiya ərazisindən keçən dəhliz vasitəsi ilə təmin edir, əlaqə saxlayır.
Prezident İlham Əliyevin tələbi də bu variantla üst-üstə düşür. Hiss olunur ki, Paşinyan hökuməti bu məsələdə inandkarlığı sona qədər davam etdirə bilməyəcək, çünki əsas tərəfdaşları da onun mövqeyini dəstəkləmir.
Dəhlizin Zəngəzurun hansı istiqamətindən keçəcəyi ilə bağlı da fikir ayrılığı var. Prezident bildirdi ki, əlverişli marşrut Mehri rayonundan keçən, hazırda dəmir yol xəttinin mövcud oluğu istiqamətdir.
Ermənistanın təklif etdiyi yol isə iqlim və reylef baxımdan əlverişsizdir. Maraqlıdır ki, İrəvan rəsmiləri indiyə qədər bu yol haqda publik danışmayıb.
Görünür, bu təklif heç Ermənistanda formalaşmayıb, İran və Birləşmiş Ştatların tövsiyəsi ilə Azərbaycanın tələbinə alternativ marşrut planı kimi cıxarılıb. Amma Mehri xəttinin deyil, onun nədən zəruri olduğunu Ermənistan rəhbərliyindən əsaslandıran olmayıb.
Zəngəzur dəhlizinə Rusiya hərbçilərinin nəzarət etməsinə gəlincə, bu Paşinyanın imza atdığı öhdəliklərdən biridir. İrəvan indi onu yerinə yetirməkdən imtina edir, Bakı isə məsələni bu şəkildə qaldırmaqla topu Rusiya-Ermənistan müstəvisinə ötürür.
Xatırladaq ki, eyni qaydada 19 sentyabra qədər Ermənistan 10 noyabr bəyanatının bir çox müddəalarını yerinə yetirməkdən imtina edirdi və Azərbaycan bu məsələni hərbi yolla qısa müddətdə həll edə bildi.
İndi Rusiya necə hərəkət edəcəyinə, yaxud etməyəcəyinə özü qərar verməlidir. Bakı üçün əsas məsələ Naxçıvanla maneəsiz əlaqənin təmin olunmasıdır.
Azərbaycanın işğalda olan anklav kəndləri ilə bağlı məsələdə də Ermənistanın mövqeyi arqumentsiz və qeyri-müəyyəndir. Ortada 8 kəndin işğal faktı var, Prezident İlham Əliyev bunu “dözülməz” adlandırır.
Yəni, məsələ qısa müddətdə həll olunmalıdır. Dövlət başçısı sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın bu ay keçiriləcək iclasında Tovuz-Qazax istiqamətindəki anklavların taleyinə aydınlıq gətirilməsi məsələsini qoyub.
Bakının tələbi belədir: anklav olmayan 4 kənd dərhal qaytarılmalıdır, qalan kəndlərdə yaşayış bərpa olunmalı, onlarla əlaqə üçün təhlükəsiz yollar müəyyən edilməlidir. Azərbaycanın nəzarətində olan Başkənd məsələsinə qalan anklavlarla birgə baxılmalıdır.
Ermənistan isə bildirir ki, Tovuz rayonu istiqamətində bəzi torpaq sahələri Azərbaycanın nəzarətindədir. Söhbət hansı ərazilərdən gedir, onlar nə zamandan Ermənistanın nəzarətindən çıxıb, bu məlum deyil.
Ümumiyyətlə, bu məsələ heç vaxt İrəvanın gündəliyində olmayıb, indi haradan meydana gəldi, bəlli deyil.
Bu sıraya İrəvanın başqa qeyri-müəyyənliklərini əlavə etməklə onların sayını artırmaq olar.
Beləliklə, məlum olur ki, Ermənistan rəhbərliyi Azərbaycanla normallaşma prosesi ilə bağlı hələ ki, aydın mövqe formalaşdıra bilməyib. Sülh sazişindən əvvəl bu haqda düşünmək lazımdır...
Rasim Əliyev
Digər xəbərlər
Tarix: 12-01-2024 10:40 | Bölmə: Təhlil | Baxış: 95

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024