«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"ABŞ-ın Kiyevin strateji qələbəsini təmin etmək üçün hələ də vaxtı var"- Amerikalı ekspert

Tarix: 15-01-2024 15:40 | Bölmə: Təhlil | Baxış: 95



Vaşinqtonun döyüş meydanında Kiyevin strateji qələbəsini təmin etmək üçün hələ də vaxtı var.

Bunu amerikalı politoloq Endryu Miçta “Politico” nəşrində yayımlanan məqaləsində bildirib.

Endryu Miçtanın sözlərinə görə, Konqres və Co Bayden administrasiyası fikir ayrılıqlarını bir kənara qoymalı, Kiyevin döyüş meydanında strateji qələbəsini təmin etmək üçün nə edilməli olduğunu razılaşdırmalıdır.

Onun fikrincə, Kiyevi Rusiyanın müdafiəsini yarmaq, Ukraynadakı Rusiya ordusunu yararsız vəziyyətə salmaq üçün lazım olan silah və sursatla təmin etmək lazımdır.

"Resursların Ukraynaya bu müharibəni mümkün qədər qısaldacaq şəkildə təmin edilməsi Qərbin əsas məqsədi olmalıdır. ABŞ Ukraynanın üzvlük məsələsi ilə bağlı NATO daxilində dəstəyi təmin etmək üçün hər cür səy göstərməlidir. Heç nə Qərbin qətiyyətinə daha güclü ola verə bilməz",-deyə o qeyd edib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024