İRAN “MƏN DƏ VARAM” DEYİR... - Qonşularını hədəfə alan Tehranın məqsədi nədir?
Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsi dünyada elə bir cəzasızlıq mühiti, xaos yaradıb ki, kimin əlində güc, imkan, hansısa silah varsa, yan-yörəsindəkilərin başına yağdırmağa çalışır.
Xüsusilə də totalitar rejimlərin sanki ipini açıb buraxıblar...
İrandakı hakim rejim artıq bir neçə gündür ki, qonşu dövlətlərin ərazilərini bombalayır. Məlum olduğu kimi, İran ötən gün Pakistanın Bəlucistan əyalətinə ballistik raket və PUA-larla zərbələr endirib.
Bunu İranın Kirman əyalətindəki məlum terrror aktını törədən qüvvələrə cavab kimi qələmə verməyə çalışan İran rejimi, əslində, Pakistan yox, Əfqanıstanı hədəf götürməli idi.
Çünki hücumda iştirak edən terrorçulardan ən azı biri məhz bu ölkədən cəlb olunub. Amma Tehran əvvəlcə İraqın Ərbil şəhərini, sonra isə Pakistan ərazisini bombalayıb.
Ərbilə hücumda olduğu kimi, bu dəfə də Tehran bunun "Ceyş əl-Ədl" terror qruplaşmasına zərbə olduğunu iddia edib.
Doğrudur, belə bir terrorçu qruplaşması var və bunlar Pakistanla sərhəddə narkotik ticarəti və qaçaqmalçılığı ilə məşğul olan bəluclardan ibarətdir.
Lakin Pakistanın özü də onlıarla mübarizə aparır və mütəmadi zərbələr endirir. Ən əsası isə bu qruplaşmalara qarşı mübarizədə indiyə kimi Pakistan və İran birgə, qarşılıqlı şəkildə razılaşdırılmış əməliyyatrlar keçirib.
Lakin bu dəfə İran açıq özbaşınalıq edərək, qonşu dövlətin ərazisini bombalayıb. Nəticədə, Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi, iki günahsız uşaq həlak olub, üç qız isə yaralanıb.
Bu, o deməkdir ki, İran Ərbildə olduğu kimi, burada da hücumun hədəfinin hərtərəfli kəşfiyyatı ilə məşğul olmadan, hara gəldi, necə gəldi raket atmaqla məşğul olub.
Görünən odur ki, İran özünün Yaxın Şərqdəki proksi qüvvələrini aktivləşdirdikcə, bunun cavabını öz ərazisində baş verən terror aktlarında və digər hücumlarda görür.
Qonşu dövlətlərin ərazilərinə endirilən zərbələr isə ən azı iki məqsədə xidmət edir.
Bunlardan birincisi, daxili narazılıqları səngitməkdir. Kirmandakı partlayışdan sonra İranda ölkənin təhlükəsizkliyini təmin edə bilmədiyi üçün hakim rejimə qarşı haqlı olaraq kəskin etirazlar baş qaldırıb.
Qonşu ölkələrə bu cür xaotik zərbələrlə İranı idarə edənlər guya həmin təhlükələrə cavab verdiyinin görüntüsünü yaradır. Baxmayaraq ki, nəticədə əsasən dinc və günahsız insanlar həlak olur.
Yeri gəlmişkən, ABŞ-nin, İsrailin Qəzaddakı qətliamlarına, dinc əhalini bombalamasına etiraz edən fars rejimi, özü də onların “yolu” ilə gedir və bunu heç də pis bacarmadığını nümayiş etdirir.
Qonşu dövlətlərin ərazilərini bombalamaqda ikinci məqsəd isə bir növ “gövdə göstərisi”dir, “mən də varam” bəyanatıdır.
Sanki bununla da İran tərəfindən region dövlətlərinə göz dağı verilir və istənilən dövlətin ərazisini bombalamaq, istədiyini etmək imtiyazına malik olduğunu göstərmək istəyir.
Lakin yəqin ki, hakimiyyətdəki “mollaların” arasında bunun nə qədər təhlükəli oyun olduğunu anlayanlar az deyil. Hər halda, Pakistanın kəskin etirazı var və güclü orduya malik olan bu dövlətin bu cür açıq təcavüz aktlarına cavab vermək imkanları İran rejimində şübhə yaratmalı deyil…
Bəs İran bu siyasətini nə qədər davam etdirə bilər və nə qədər uzağa gedə bilər? Qasim Süleymaninin məhv edilməsindən sonra İranın qonşu ölkədəki ABŞ bazalarından birinə “hücumu”nu xatırlayın.
Tehran həmin vaxt yalnız sözügedən bazanın həndəvərinə bir-iki partlamayan raket atmaqla “qisas aldı”. Bundan o tərəfə gedə bilmədi.
Yaxud, İsrailin dinc fələstinliləri qırmasına yalnız sözdə etiraz edərək, özü savaşa qatılmadı və qatılmağa da hazırlaşmır, “Hizbullah” kimi məzhəbçi proksilərini qabağa verməklə işini bitmiş hesab edir.
Bütün bunlar o deməkdir ki, Tehrandakı rejimi yalnız qarşısında özündən daha güclüsünü gördüyü yerə qədər gedə bilər. Qonşuluqda isə elə Pakistan da daxil omaqla, belələri kifayət qədərdir…
C.Məmmədov
Digər xəbərlər
Tarix: 17-01-2024 15:00 | Bölmə: Təhlil | Baxış: 117

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024