“PUTİNƏ FASİLƏ LAZIM DEYİL, UKRAYNA İSƏ...”- “ABŞ vətəndaşını Rusiya-Ukrayna sərhədi maraqlandırmır"
Ukraynada davam edən müharibənin sonu görünmür. Əksinə, bu savaş dünyanın ayrı-ayrı regionlarında yeni münaqişə ocaqlarını körükləyərək, üçüncü dünya müharibəsi ab-havası yaradır.
Qərbin qətiyyətsizliyi və riyakarlığı, Rusiyanınsa kütbeyin inadkarlığı, imperiyaçılıq həvəsi və s. günahsız insanların ölümünün davam etməsinə şərait yaradır…
Tanınmış rusiyalı siyasətçi, “Yabloko” partiyasının yaradıcısı və lideri Qriqori Yavlinski Amerikanın “The Nation” jurnalına müsahibəsində Ukrayna üçün insan həyatının və dövlətçilyin qorunub saxlanmasının geosiyasi maraqların üzərində olduğunu bildirib.
Həmin müsahibədən bəzi maraqlı hissələri nəzərinizə çatdırırıq: “1939-cu ildə Qırmızı Ordu Finlandiyanın böyük bir hissəsini ələ keçirəndə marşal Mannerheym ölkə baş nazirinin və prezidentinin yanına getdi və onları ölkəni və gələcəyi xilas etmək üçün dayanmalı olduqlarına inandırdı.
Nəticədə Finlandiya bir ölkə kimi qaldı, ordusu və rəhbərliyi qorunub saxlanıldı. Bu, çətin seçimdir(Ukrayna üçün-red.), amma hələlik bu seçim var. Sülh müqaviləsi uzaq perspektivdir.
İndi iki şərt son dərəcə vacibdir: insanların öldürülməsini dərhal dayandırmaq və Ukrayna üçün perspektivləri, gələcəyə doğru hərəkət etmək fürsətini qorumaq. Məgər Ukrayna ərazisinin(Kiyevin nəzarətində qalan) 80 faizini Avropa İttifaqına daxil olmağa yönəltmək olmazmı?
Putinə əslində, heç bir möhlət(fasilə) lazım deyil. O, aktiv şəkildə neft ixrac edir, sanksiyalara baxmayaraq, yeni fabriklər tikə bilər. O, səfərbərliyə belə ehtiyac duymur - müqaviləli əsgərlərə heç xəyal etmədikləri maaş vəd edəcək və insanların özləri döyüşə gedəcək.
Ona hansı fasilə lazımdır ki?! Ukrayna isə obyektiv olaraq Rusiya ilə eyni strateji dərinliyə malik deyil. Ukrayna fərqli durumda, quruluşdadır və Qərbin yardımı qeyri-məhdud deyil, xüsusən ona görə ki, Yaxın Şərqdəki münaqişə hazırda Qərb üçün ciddi problemə çevrilib və bu, bütün dünyanın təhlükəsizliyini təhdid edir.
Bu kontekstdə Ukraynada baş verənlər uzaq, lokal münaqişə kimi qəbul olunmağa başlayıb. Çox az Amerika vətəndaşını Rusiya ilə Ukrayna arasındakı sərhədin tam olaraq haradan keçəcəyi maraqlandırır…”
Yavlinski qeyd edib ki, Rusiyadakı mütərəqqi qüvvələr üçün hazırda fəaliyyət göstərmək olduqca çətindir, buna baxmayaraq onlar insanları Ukraynadakı müharibəyə qarşı çıxmağa inandırmağa çalışırlar: “Biz Rusiyada vətəndaş cəmiyyəti yaratmaq üçün mümkün olan və hətta qeyri-mümkün görünən hər şeyi edirik.
Biz hesab edirik ki, real ictimai rəyin yaranması və baş verənlərə təsir edən faktora çevrilməsi vacibdir.
Biz insanlarla danışırıq, israrla çatdırırıq ki, bu gün ən vacib şey insanları öldürməyi dayandırmaqdır. Biz hesab edirik ki, siyasətin yalnız bir əsas və danılmaz məqsədi var - xalqa, şəxsiyyətə, onun mənafeyinə xidmət etmək.
Mən ölkəmi, xalqımı sevirəm. Bu gün Rusiyada və Ukraynada baş verənlər mənim üçün dəhşətli faciədir. İstəyirəm ki, insan öldürməyi dayandırsınlar, Ukrayna və Rusiya müasir dövlətlər kimi qalsınlar ki, onların gələcəyi olsun”.
Yavlinski hesab edir ki, Avropa İttifaqı və bütünlükdə Qərb Rusiyadan birmənalı olaraq üz çevirə bilməyəcək:
“Birincisi, Rusiya ilə dialoqdan qaçmaq mümkün olmayacaq. Sanksiyalar nəticə vermədi, çünki Rusiya dünya iqtisadiyyatının bir hissəsidir. Dünya iqtisadiyyatı Rusiyasız yaşaya bilməz.
Məsələn, bütün bu müddət ərzində Rusiyadan gələn qaz Ukraynadan keçərək Avropaya axmaqda davam edir və buna bənzər bir çox nümunə var. Rusiya heç yerə getmir. Bu, başa düşülməlidir.
İkincisi, biz gələcək haqqında düşünməliyik. Bu gedişlə Rusiya siyasi meydanında real hakimiyyət iddiası olan daha aqressiv bir diktator görünsə, təəccüblənmərəm.
Yavlinski vəziyyətdən çıxmaq üçün dərhal atəşkəs əldə edilməli və danışıqlara start verilməli olduğunu deyib: “Məni təəccübləndirir ki, bu gün dünyada geosiyasi layihələri deyil, insanların həyatını birinci yerə qoyacaq bir nəfər də olsa böyük, nüfuzlu siyasətçi yoxdur.
İnsanların həyatından başqa hər şeydən danışırlar - həyatın əhəmiyyəti yoxdur. Bəli, siyasətçilər peşman kimi görünürlər, lakin eyni zamanda müharibəni bir növ “qələbə sonluğuna qədər” davam etdirməyin zəruriliyindən danışırlar.
İnsanların həyatını qorumaq onlar üçün əsas sistem formalaşdıran meyar deyil. Ona görə də hər gün insanlar ölür.
Üstəlik, Ukrayna öz perspektivini itirir. Mən rusiyalı siyasətçiyəm və bu münaqişəni Rusiya başlayıb, ona görə də Ukraynanın problemlərindən danışmaq mənə yaraşmaz.
Amma şəxsən mənim üçün Rusiya və Ukrayna çox əzizdir - sağ əllə sol əl kimidirlər. Baş verənlər mənim böyük ağrımdır və mən həm rusların, həm də ukraynalıların ölümünün qarşısını almaq üçün hər şeyi edəcəyəm. Bunun üçün isə əvvəlcə atəşkəs olmalıdır.
Eyni zamanda, atəşkəs razılaşmalarının sərhəd razılaşması olmadığını başa düşmək lazımdır. KXDR ilə Cənubi Koreya arasında 70 ildir ki, sülh müqaviləsi yoxdur.
İkinci Dünya Müharibəsindən sonra Rusiya ilə Yaponiya arasında hələ də razılaşma yoxdur, lakin bu, heç kimi narahat etmir.
Rusiya ilə Ukrayna arasındakı münaqişənin özəlliyi ondan ibarətdir ki, elə bir vəziyyət yaranıb ki, atəşkəs olmadan prinsipcə başqa heç nə mümkün deyil: bütün danışıqlar, müzakirələr, uzunmüddətli barışıqlar yalnız və yalnız atəşkəs əsasında həyata keçirilə bilər”.
Qeyd edək ki, Q.Yavlinskini Rusiyada və ondan kənarda yaşayan müxalif siyasətçilərin bir çoxu Kremllə sövdələşmədə günahlandırırlar. Hətta onun V.Putinin razılığı və istəyilə martda keçiriləcək prezident seçkisində iştirak edəcəyi bildirilirdi.
Lakin Yavlinski seçkiyə getmədi. Onun guya Kremllə sövdələşdiyi barədə iddiaları isə qeyri-ciddi hesab edən Yavlinski hər nə yolla olursa-olsun, Rusiyada qalacağını və mövcud şərait daxilində bütün imkanlardan istifadə edərək, müxalif qüvvə kimi öz fəaliyyətini davam etdirəcəyini bildirir./azpolitika
C.Məmmədov
Digər xəbərlər
Tarix: 20-01-2024 11:00 | Bölmə: Təhlil | Baxış: 76

Üçüncüsü, 21-ci əsrin ortalarına qədər Avropa İttifaqı nəinki Ukraynadan, hətta Rusiya və Belarusdan da təcrid oluna bilməyəcək. Biz hansısa effektiv inteqrasiya formasını axtarmalı olacağıq.
Bu, imperativdir, onsuz Avropa Şimali Amerika və Cənub-Şərqi Asiya ilə rəqabət aparan ciddi iqtisadi güc mərkəzinə çevrilə bilməyəcək”.
Yavlinski vəziyyətdən çıxmaq üçün dərhal atəşkəs əldə edilməli və danışıqlara start verilməli olduğunu deyib: “Məni təəccübləndirir ki, bu gün dünyada geosiyasi layihələri deyil, insanların həyatını birinci yerə qoyacaq bir nəfər də olsa böyük, nüfuzlu siyasətçi yoxdur.
İnsanların həyatından başqa hər şeydən danışırlar - həyatın əhəmiyyəti yoxdur. Bəli, siyasətçilər peşman kimi görünürlər, lakin eyni zamanda müharibəni bir növ “qələbə sonluğuna qədər” davam etdirməyin zəruriliyindən danışırlar.
İnsanların həyatını qorumaq onlar üçün əsas sistem formalaşdıran meyar deyil. Ona görə də hər gün insanlar ölür.
Üstəlik, Ukrayna öz perspektivini itirir. Mən rusiyalı siyasətçiyəm və bu münaqişəni Rusiya başlayıb, ona görə də Ukraynanın problemlərindən danışmaq mənə yaraşmaz.
Amma şəxsən mənim üçün Rusiya və Ukrayna çox əzizdir - sağ əllə sol əl kimidirlər. Baş verənlər mənim böyük ağrımdır və mən həm rusların, həm də ukraynalıların ölümünün qarşısını almaq üçün hər şeyi edəcəyəm. Bunun üçün isə əvvəlcə atəşkəs olmalıdır.
Eyni zamanda, atəşkəs razılaşmalarının sərhəd razılaşması olmadığını başa düşmək lazımdır. KXDR ilə Cənubi Koreya arasında 70 ildir ki, sülh müqaviləsi yoxdur.
İkinci Dünya Müharibəsindən sonra Rusiya ilə Yaponiya arasında hələ də razılaşma yoxdur, lakin bu, heç kimi narahat etmir.
Rusiya ilə Ukrayna arasındakı münaqişənin özəlliyi ondan ibarətdir ki, elə bir vəziyyət yaranıb ki, atəşkəs olmadan prinsipcə başqa heç nə mümkün deyil: bütün danışıqlar, müzakirələr, uzunmüddətli barışıqlar yalnız və yalnız atəşkəs əsasında həyata keçirilə bilər”.
Qeyd edək ki, Q.Yavlinskini Rusiyada və ondan kənarda yaşayan müxalif siyasətçilərin bir çoxu Kremllə sövdələşmədə günahlandırırlar. Hətta onun V.Putinin razılığı və istəyilə martda keçiriləcək prezident seçkisində iştirak edəcəyi bildirilirdi.
Lakin Yavlinski seçkiyə getmədi. Onun guya Kremllə sövdələşdiyi barədə iddiaları isə qeyri-ciddi hesab edən Yavlinski hər nə yolla olursa-olsun, Rusiyada qalacağını və mövcud şərait daxilində bütün imkanlardan istifadə edərək, müxalif qüvvə kimi öz fəaliyyətini davam etdirəcəyini bildirir./azpolitika
C.Məmmədov
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024