SENATIN KOMİK QƏTNAMƏSİ: Ermənilərdən daha çox erməni olan fransızlar - TƏHLİL /FOTO
BMT TŞ-nin beş daimi üzvündən biri - Fransanın dünyadakı yeri və nüfuzunun hazırkı durumu Quterreşin tarixi etirafının əyani sübutudur. Bu ölkənin beynəlxalq hüquqa və özünün imza atdığı sənədlərə qarşı nümayiş etdirdiyi sayğısızlıq onun dünyadakı yerinin başlıca göstəricisidir.
BMT-nin baş katibi Antonio Quterreşin diqqətçəkən etirafı dünyanın geosiyasi müstəvisindəki gerçək mənzərəyə verilmiş obyektiv qiymət oldu: “Bəzi ölkələrin siyasi proseslərə təsiri BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin malik olduqları hörmətdən daha çoxdur”.
Quterreş başa düşüb ki, “Türkiyə, İsrail, İran kimi dövlətlərin dünyaya təsir imkanları ABŞ, Fransa, Böyük Britaniya, Çin və Rusiyanın nüfuzunu üstələyir”.
BMT baş katibinin bu etirafı reallığı əks etdirir, ancaq nədən qaynaqlandığına dair izahı vermir: TŞ-nin daimi üzvlərinin hörmətdən düşmələrinin səbəbi onların özləri və tətbiq etdikləri ikili standartlardır.
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Hörmətdən düşmüşlərdən biri

Nüvə silahına malik bir dövlətin Afrikanın inkişafdan qalmış xammal ölkələrindən sıxışdırılıb biabırcasına qovulması onun başında duran rəhbərliyinin sahib olduğu qeyri-ciddi imic və reputasiyanın məntiqi sonluğudur.
Belə görünür ki, Fransa hazırkı siyasi qüvvənin hakimiyyətdə olduğu dövrdə bu girdabdan qurtula, yenidən ciddilik imicini bərpa edə bilməyəcək.
Təəssüf ki, bölgəmizdən coğrafi uzaqlığına, Qafqazda heç bir tarixi təsir ənənəsinə malik olmamasına baxmayaraq, Fransanın düşdüyü rəzil vəziyyət bu və ya digər şəkildə ölkəmizin gündəmində də yer alır.
Səbəb isə birdir: Parisin Azərbaycana qarşı əsassız və mənasız qərəzi.
Məğlubiyyətin çətin həzmi
Başa çatan həftə Fransa Senatı Azərbaycana qarşı növbəti, əsasında heç bir hüquqi, tarixi və reallığı əks etdirən arqumentin olmadığı məntiqsiz və kinli addımını atıb.
Qanunverici orqanın yuxarı palatası qəbul etdiyi qətnamədə Azərbaycanın beynəlxalq birlik, o cümlədən Fransanın özünün də tanıdığı suveren ərazisində həyata keçirdiyi antiterror əməliyyatını pisləyir, eyni zamanda, ərazi bütövlüyü prinsipini dəstəkləyir.
Bizim deyil, Ermənistanın. Yaranmış maraqlı mənzərə, yəni Ermənistanın özünün Azərbaycanın ərazi bütövlüyünü tanıması reallığında Fransanın ermənilərə görə bizim torpaq bütünlüyümüzü şübhə altına alması, bu komik qətnamənin gerçək mahiyyətini açır.
Yəni Fransa Senatında təmsil olunan qanunvericilər bu qədərmi savadsız, məlumatsız və qeyri-ciddidirlər?
Güman ki, yox. Bu, sadəcə olaraq həm 44 günlük müharibədə, həm də sonrakı üç il ərzində geosiyasi mübarizədə Ermənistanla birlikdə Fransanın da Azərbaycana acınacaqlı məğlubiyyətinin etirafı və həzm edilə bilinməməsinin sübutudur.
Necə yəni? Beynəlxalq hüquq və prinsipləri tapdala, tarixi inkar et, gerçəkliyi nəzərə alma, hətta coğrafiyaya belə zidd get və ağlına gələn qərarı qəbul et, nədir ki, erməniləri sevirsən və bizdən xoşun gəlmir?
Bütün bunlardan sonra BMT-nin baş katibi necə şikayətlənməsin ki, TŞ-nin üzvü olan Fransa hörmətdən düşüb?
Sülhə növbəti təhdid
Fransa Senatının son qətnaməsinin Ermənistanla Azərbaycan arasında imzalana biləcək yekun sülh sənədinə qarşı yönəldiyi aydındır. Fransa son üç ildə bunu ilk dəfə deyil edir.
Şarl Mişelin moderatorluğu ilə Praqada keçən görüşdə Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra Makronun verdiyi qəfil əsassız bəyanatlarla mümkün sülhün qarşısını almasından çox zaman ötməyib.
Paris sınıq-salxaq hərbi texnikasını Ermənistana göndərməklə açıq şəkildə nümayiş etdirir ki, bölgədə yekun sülhün bərqərar olmasında nəinki maraqlı deyil, üstəlik, hər vasitə ilə onun qarşısını almağa çalışacaq.
Fransanın erməni inadının əsasında Parisin özünü zorla bölgəyə pərçimləmək niyyəti durur. Bunun Parisdəkilərin ağıllarına gələn ən rahat və görünür, onlar üçün məqbul yolu Azərbaycana qarşı qərəzli mövqe tutmaqla, guya ermənilərin qəlbinə girməkdir.
Ancaq, necə deyərlər, məhəbbət öz yerində, mədə isə boşdur.
Fransanın Qafqaza girməsi üçün buradan kiminsə çıxması lazımdır. Söhbət Ermənistandan gedirsə, deməli, sıxışdırılan Rusiyadır. Senatın qəbul etdiyi mənasız və gülünc qətnamələri tərəzinin bir, Ermənistanın Rusiya ilə mövcud ticarət dövriyyəsini isə ikinci gözünə qoysaq, hansı ağır gələr?
Cavab verməyə ehtiyac yoxdur - son üç ildə Parislə İrəvan arasındakı iqtisadi əlaqələrin Rusiyanın bölgədəki nüfuzuna təsir nisbətindən danışmaq gülünc olardı.
Ən azı ona görə ki, bu əlaqələrdə heç bir əhəmiyyətli artım nəzərə çarpmır. Senatın son anti-Azərbaycan qətnaməsindəki “arqument”lərin təbəssüm doğurmasının səbəbi də elə budur.
Məğlubiyyətin həzm prosesinin çətinliyi və yetərli dəlillərin olmaması Fransa qanunvericilərinin belə komik vəziyyətə düşmələrinin başlıca günahkarıdır.
Ermənilərdən daha çox erməni olan fransızlar
Fransızların ermənilərdən daha çox erməni görünmək istəkləri əndazəni o qədər aşıb ki, həqiqətən də ermənilər kimi düşünməyə başlayıblar. Senatın qəbul etdiyi sənədlərin müəllifləri ermənilər olmasa da, istisna deyil ki, erməniləşmiş fransızlardır. Qətnaməyə gözucu nəzər yetirmək bu qənaətə gəlmək üçün kifayətdir.
Fransalı qanunvericilər orta statistik erməni kimi düşünməyə, saxta statistikaya, tarixi şişirtmə və fetişə aludə olmağa başlayıblar:
- Fransa sentyabrın 19-20-də Azərbaycanın “Artsax”da həyata keçirdiyi “aqressiya”nı pisləyir;
- Fransa Azərbaycanı ermənilərin qayıtmaq hüquqlarına, onların təhlükəsizliyi və rifahlarına təminat verməyə çağırır;
- “Dağlıq Qarabağ”ın “siyasi liderləri”nin həbsini pisləyir;
- Dini və mədəni irsin vəziyyətinin yoxlanılması üçün UNESCO-nun regiona səfər etməsini vacib sayır;
- Və ən gülməlisi: Fransa Azərbaycan neft və qazının Avropaya ixracına embarqo tətbiq edilməsini istəyir.
Fransa Senatının qətnaməsindən irəli gələn iddiaları cavabsız da buraxmaq olar, ancaq hər halda:
- “Artsax” haradır və hansısa xəritədə, beynəlxalq sənəddə əks olunubmu, onu Ermənistanın özü də daxil olmaqla kimsə tanıyıbmı?
- Fransa ermənilərin hansı qayıtmaq hüququndan, bu hüquqa “verilməli” olan zəmanətdən danışır ki, Azərbaycan Prezidenti hələ könüllü köçdən əvvəl dəfələrlə bu təminatı səsləndirib?
Qarabağdan gedən ermənilərin özləri etiraf edirlər ki, onlara öz “liderləri” tərəfindən zəng olub və “evlərinizi tərk edin” göstərişi verilib. Fransa bəlkə bu təminatı başqa ünvandan istəsin?
- Separatçılıq, terror, bölücülük, soyqırımı, qətllərlə hərbi-kriminal xuntanın başına gəlmiş şəxslər siyasi leksikonda nə vaxtdan “siyasi liderlər” hesab olunmağa başlayıblar?
- Azərbaycan UNESCO-nu dəfələrlə işğal bölgəsinə dəvət edəndə senatorlar niyə susurdular?
- Azərbaycan neft və qazına embarqo arzusunda olan fransalı senatorlar nədən Xəzər dənizində enerji daşıyıcılarının hasilatı ilə məşğul olan fransız neft-qaz nəhəngini vətənə geri çağırmırlar?
Nə isə. Komik Senat...
Digər xəbərlər
Tarix: 21-01-2024 15:30 | Bölmə: Təhlil | Baxış: 100

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024