"Müharibədən sonra Ermənistanda yoxa çıxan 17 min avtomat İranın əlinə keçə bilər"- “EU Reporter”
Ermənistanın daxili işlər naziri Vaqe Kazaryan bir neçə gün əvvəl İkinci Qarabağ müharibəsindən sonra orduya məxsus 17 min avtomatın yoxa çıxdığını açıqlamışdı.
Brüsseldə fəaliyyət göstərən nüfuzlu “EU Reporter” saytı bu mövzuda maraqlı araşdırma ilə çıxış edib.
Press-fakt.com apa-ya istinadla “EU Reporter”in “Regional destabilizator: itirilən erməni avtomatlarının qurbanları kimlər olub?” başlıqlı həmin məqaləsini təqdim edir:
“Erməni hərbçilərinə necəsə 17 min avtomatı itirmək müvəffəq olub. Bu, zarafat deyil, Ermənistanın daxili işlər naziri Vaqe Kazaryanın sözlərinə görə, bu qədər silah anbarlarda yoxdur.
Ermənistan hərbçilərinin əsas hücum silahları isə Rusiya istehsalı olan “Kalaşnikov” avtomatlarıdır.
Bu rəqəmi təsəvvür etmək çətindir - 17 000. Təsəvvür edin - bu qədər silah 3,5 piyada briqadasını silahlandırmaq üçün kifayətdir!
Ermənistanın bütün ordusunun sayı 65 min nəfərdir, deməli, itirilmiş silahlar şəxsi heyətin dörddə birinə bəs edir.
Əgər həmin 17 min silah düzgün qablaşdırılsaydı, bu, 1400-dən çox kifayət qədər böyük və ağır qutu (hər birində 12 avtomat) olardı ki, bu da silahların yerdəyişməsi üçün 10-dan çox hərbi yük maşını tələb edərdi.
Kazaryanın sözlərinə görə, silahlar 2020-ci ilin sonunda, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsinin böyük hissəsini azad etdiyi 44 günlük müharibədən sonra yoxa çıxıb.
Həmin silahlar müharibə zamanı itməyib və ya Azərbaycan qoşunları tərəfindən qənimət kimi götürülməyib – silahlar məhz münaqişədən sonra yoxa çıxıb.
Kazaryan, həmçinin, qeyd edib ki, o, "silah və sursatla bağlı məsələdən narahatdır", çünki bunun "regional təhlükəsizlik və sabitlik üçün potensial nəticələri" ola bilər. Bu da o deməkdir ki, silahlarla yanaşı, onların sursatlarının çatışmazlığı da var və heç kim miqyasın nə qədər olduğunu bilmir.
Əgər silahlar yerli əhali tərəfindən oğurlansaydı, hər hansı vətəndaş üsyanı çox güman ki qanlı toqquşmalara çevriləcək və dövlətin dağılmasına səbəb olacaqdı.
Amma Ermənistandakı siyasi vəziyyəti və silahlı üsyana çevrilməyən vaxtaşırı kütləvi etirazları nəzərə alsaq, çox güman ki silahlar artıq ölkədə yoxdur. Ermənistan kimi ölkədə 17 min avtomat gizlətmək çətin olardı.
Bu silahlar indi haradadır? Onlar, şübhəsiz ki, Türkiyə, Gürcüstan və Azərbaycan sərhədlərindən keçərək Ermənistanı tərk etməyib.
Planetin istənilən yerində silah almaqda çox maraqlı olan bircə qonşu ölkə qalır - İran. Müxtəlif terror təşkilatlarının əsas dəstəkçisi olan Tehran onları müntəzəm olaraq yüngül və ağır silahlarla təmin edir.
Rusiya istehsalı olan avtomatların əlavə dəyəri var. Onlar əslində izlənilməzdir. İran “Kalaşnikov” avtomatının öz analoqlarını - KLF və ya KLS avtomatlarını istehsal edir.
Lakin onlar yüngül dizayn fərqləri, İranın istehsal etdiyi “Kalaşnikov”un aşağı keyfiyyəti, zavod “markirovka”ları və s. asanlıqla fərqlənirlər. Husilərə, "Hizbullah"a və ya HAMAS-a Rusiya istehsalı olan silahların göndərilməsinə üstünlük verilir - onların haradan gəldiyini heç kim dəqiq bilmir.
Bu gün sanksiyalardan yayınmaqda dəstəyinə görə İran-Rusiya müttəfiqliyinin mühüm tərkib hissəsi olan Ermənistanın fəal köməyi sayəsində İrəvan bu cür silahların əldə olunacağı yerdir.
Təsəvvür edin ki, 2020-ci ildən bəri Ermənistan hərbi ehtiyatlarından “yoxa çıxan” “Kalaşnikov” avtomatları HAMAS-ın əlinə düşə və İsraildə oktyabrın 7-də törədilən terror aktlarında istifadə oluna bilərdi.
Bir il əvvəl Rusiya təbliğatı Ukraynaya göndərilən silahların cinayətkarların əlinə keçəcəyi versiyasını fəal şəkildə təbliğ edirdi. Şərqi Avropada yüzlərlə odlu silahın müxtəlif dəstələrə satıldığı iddia edilirdi.
Dəlillər kifayət qədər qeyri-müəyyən olsa da, bu barədə mediada böyük səs-küy var idi. Əlbəttə, çox güman ki, cinayətkarlar döyüş bölgəsindən silah ala bilərdilər.
Amma təəccüblüdür ki, biz terrorçulara ən böyük silah tədarükçüsü olan İranla həmsərhəd bir ölkədə itkin düşən 17 min silah barədə heç bir müzakirə aparmırıq”, - məqalənin müəllifi Sara Miller qeyd edib.
Digər xəbərlər
Tarix: 24-01-2024 12:05 | Bölmə: Təhlil | Baxış: 81

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024