PAŞİNYANIN HİYLƏSİ İFŞA OLUNDU - Qranadada isə Bakıya tələ hazırladıqları məlum oldu
“Ermənistan hakimiyyəti Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə görə məsuliyyəti öz üzərinə götürməmək üçün Alma-Ata Bəyannaməsi ilə bağlı spekulyasiya edir”.
Press-fakt.com azpolitika-ya istinadla xəbər verir ki, bunu Ermənistanın birinci prezident Levon Ter-Petrosyanın köməkçisi olmuş Levon Zurabyan “Sputnik Ermənistan”a müsahibəsində deyib.
Xatırladaq ki, İrəvan və Bakı arasında danışıqlar kontekstində Alma-Ata Bəyannaməsi ilk dəfə Fransa Prezidenti və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri tərəfindən qəbul edilmiş 6 oktyabr 2022-ci il tarixli Praqa Bəyanatında qeyd edilib.
Daha sonra Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 31-də Soçi bəyanatında bu sənədə istinad qeyd edilib.
Sənədin imzalanması və ratifikasiyası zamanı Levon Ter-Petrosyanın köməkçisi olmuş Levon Zurabyan bəyannaməni iki aspektdə - hüquqi və siyasi aspektdə nəzərdən keçirməyi təklif edir.
Zurabyanın sözlərinə görə, Bəyannamənin özü Belovejskaya sazişlərini (MDB-nin yaradılması haqqında saziş, 8 dekabr 1991-ci il) təkrarlayır. Bir fərqlə ki, Rusiya, Ukrayna və Belarusiyadan başqa, keçmiş SSRİ-nin digər ölkələri də bunu imzalayıblar.
Belovejsk sazişləri imzalananan sonra - ertəsi gün Levon Ter-Petrosyanın təmsil olunduğu partiya MDB-yə qoşulmaq təşəbbüsünü elan edib. Məhz buna görə İrəvan Alma-Ata Bəyannaməsini imzaladı (21 dekabr 1991-ci il).
Bundan sonra MDB-nin yaradılması haqqında Saziş ratifikasiya üçün Ermənistan Ali Şurasına (parlamentinə) göndərilib.
"Rattifikasiya zamanı (18 fevral 1992-ci il) Ermənistan Ali Soveti 10 qeyd-şərt qəbul etdi. 10-cu qeyd-şərtə əsasən, MDB nəinki keçmiş sovet respublikalarına, həm də SSRİ-nin keçmiş muxtariyyətlərinə qoşulmaq üçün açıq olacaq.
Hələ Sovet İttifaqının ləğvi haqqında Bəyannamədən əvvəl (1991-ci il dekabrın 26-da) biz müstəqilliklə bağlı ümumxalq referendumları keçirmişdik”, - Zurabyan bildirib.
Qeyd edək ki, Ermənistan Ali Sovetinin sazişə əlavə etdiyi 10-cu qeyd-şərtdə deyilir: “13-cü maddənin ikinci abzasına “SSRİ-nin bütün ölkələri üçün açıq” sözlərindən sonra “o cümlədən, keçmiş muxtar qurumlar üçün” əlavə edilsin.
SSRİ Ali Sovetinin “SSRİ-nin mövcudluğuna xitam verilməsi haqqında” bəyannaməsi qəbul edilməzdən əvvəl müstəqillik elan edilməsinə dair ümumxalq referendumunu keçirmiş və bunun əsasında muxtar qurumun (ləğv olunmuş “dqr”-in) “ali icra hakimiyyəti orqanı” onun tərkibinə qəbul olunmaq xahişi ilə MDB-yə müraciət edib”.
Zurabyanın iddiasına görə, Ermənistan 1992-ci ildə Alma-Ata Bəyannaməsini ratifikasiya edərkən aydın şəkildə ləğv edilmiş “dqr”-in də MDB-yə qoşulmasl istəyi bəyan olunub.
Zurabyan iddia edir ki, Alma-Ata Bəyannaməsində ərazi bütövlüyü ilə yanaşı, öz müqəddəratını təyinetmə hüququ da tanınır. Ancaq buna baxmayaraq, Bakı Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tanımasını tələb edir.
Zurabyan bildirib ki, əgər müvafiq saziş bu gün imzalansaydı, məlum olardı ki, Ermənistan iki ölkə arasındakı münaqişənin ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi ilə razılaşır.
Baş nazir Nikol Paşinyan bunu nəzərə alaraq və özünü tənqiddən kənarda tutmaq üçün bəyannaməyə istinad edir və belə bir təsəvvür yaratmağa çalışır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü eyni şəkildə tanımağa çoxdan razı olub.
Birinci prezidentin keçmiş köməkçisi və mətbuat katibi bütün bunları hiylə və aldatma adlandırır.
“Bu, Paşinyan administrasiyasının öz xalqını və ictimai rəyi aldatmaq məqsədi ilə uydurduğu hiylə idi” – deyə, o, qeyd edib.
Zurabyanın sözlərinə görə, Azərbaycan sülh müqaviləsində Alma-Ata Bəyannaməsinə istinadın olub-olmaması ilə maraqlanmır, onun üçün vacib olan ərazi bütövlüyü prinsipinə əsaslanan qərardır. Ermənistan bu məsələ ilə bağlı Praqada siyasi qərar qəbul edib.
Bununla yanaşı, belə bir təəssürat yaranır ki, İrəvanın 1991-ci ildə bəyannaməni ratifikasiya etdiyi qeyd-şərtlər Ermənistanın indiki hakimiyyəti üçün sadəcə olaraq mövcud deyil.
"Onlar susur, yalnız Alma-Ata Bəyannaməsinin mətnindən və ərazi bütövlüyündən danışırlar. Hüquqi nöqteyi-nəzərdən İrəvan Ali Şuranın qeyd-şərtlərinə yenidən baxmalı olacaq. Bunun üçün Paşinyan parlamentə dəyişikliklər layihəsi ilə getməyə borcludur” – deyə, Zurabyan vurğulayıb.
Əgər bunu etməsə, o zaman Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü Alma-Ata Bəyannaməsi tanımasının heç bir hüquqi əsası olmayacaq.
Zurabyanın sözlərinə görə, bundan başqa Paşinyan rejimi Ermənistanın icra hakimiyyəti orqanlarına Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıyan hər hansı sənədi imzalamağı qadağan edən Ali Şuranın daha bir qərarına yenidən baxmalı olacaq.
Onun sözlərinə görə bütün bunlar olduğu halda Paşinyan hakimiyyəti Alma-Ata Bəyannaməsindən ciddi şəkildə siyasi məqsədlər üçün istifadə edir.
Ona görə də Zurabyan hesab edir ki, Ermənistan hakimiyyəti çox vaxt qanunun tələblərini rəhbər tutmayan bu sənədlərə yenidən baxmadan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh müqaviləsi imzalamağa çalışacaq.
Zurabyanın fikirlərini şərh edən politoloq Fərhad Məmmədov hesab edir ki, Ermənistan Alma-Ata Bəyannaməsini “zorlayaraq” özünü hüquqi baxımdan çıxılmaz vəziyyətə salıb: “Deməli, Ermənistanın qeyd-şərtləri Ali Sovetinin qərarı səviyyəsində qəbul edilib.
Ermənistanın indiki hökuməti ölkənin girdiyi hüquqi dalandan çıxması üçün bu qərarı ləğv etməlidir.
Hüquqi məsələlər zarafat deyil... Paşinyan heç vaxt hüquqi prosedurlar və qanunlarla dost olmayıb. Onun Ermənistan lideri kimi bütün fəaliyyəti prosedurlardan və hüquqi məsələlərdən yan keçib... O, 2020-ci ildəki danışıqlar prosesi ilə də eyni şeyi etmək istəyirdi, amma alınmadı”.
Ekspert vurğulayır ki, Ermənistan qanunvericiliyində yer alan işğal faktını Qərb də görməzdən gəlməməlidir: “Bundan sonra Alma-Ata Bəyannaməsinə keçidi ehtiva edən Qranada bəyanatınız nədir? Ya Qərbin bu sənəddən xəbəri olmayıb və Paşinyan tərəfindən aldadılıb, ya da bilib və qəsdən Bakıya tələ hazırlayıb... Paşinyan Qərb himayədarlarını belə istifadə edir”.
Qeyd edək ki, rəsmi Bakı Qranada görüşünə qatılmamaqla Paşinyanın Qərb himayədarları ilə birlikdə hazırladıqları planı boşa çıxardı.
F.Məmmədov hesab edir ki, yeganə çıxış yolu Konstitusiyanı, Ali Şuranın qərarlarını, erməni diplomatlarının bəyanatlarını Azərbaycana qarşı təcavüz və işğalçılıq siyasətinin ləkələrindən təmizləməkdir.
Rasim Əliyev
Digər xəbərlər
Tarix: 24-01-2024 14:00 | Bölmə: Təhlil | Baxış: 94

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024