«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
AVROPA AZƏRBAYCANI HƏDƏF ALIB? VƏ YA NİYƏ HƏDƏF ALIB?- Belə bir addım atılması təsadüfdürmü?- VİDEO

Tarix: 24-01-2024 17:55 | Bölmə: Təhlil / Aktual | Baxış: 132

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi plenar iclasda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməməyi tövsiyə edib.

Monitorinq Komitəsi hesab edib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri ən az bir il təsdiq edilməməlidir.

AŞPA-nın Azərbaycan parlamentarilərinin səlahiyyətlərini hansı formada məhdudlaşdıracağı bu gün keçiriləcək debatlarda məlum olacaq. Plenar sessiya Azərbaycan nümayəndə heyətinin səlahiyyələrini tamamilə və ya qismən məhdudlaşdıra bilər.

Azərbaycanın səlahiyyətlərinin məhdudlaşdırılması haqqında təşəbbüsü almaniyalı deputat Frank Şvabe irəli sürmüşdü.

O, səbəb kimi Azərbaycanda insan hüquqlarının pozulmaqda davam etməsini və siyasi məhbuslarının sayının artmasını, rəsmi Bakının fevralın 7-də keçiriləcək prezident seçkilərini dəyərləndirmək üçün AŞPA nümayəndə heyətini dəvət etməkdən imtina etməsini göstərib.

Eyni zamanda, o, Azərbaycanın 2023-cü ildə AŞPA məruzəçilərinin Laçın dəhlizinə buraxmaqdan imtina etdiyini xatırladıb.

Bu arada Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel Azərbaycanı Ermənistanın suverenliyinə qəsd etməkdə günahlandırdı və "Ermənistanın suverenliyinin pozulması Bakı üçün ciddi nəticələrə səbəb olacaq"-dedi.

Eyni vaxtda Azərbaycana qarşı iki Avropa Təşkilatının bu formada mövqeyi birmənalı qarşılanmır.  

AŞPA-nın irəli sürülən iddialarını götürsək, həmin iddiada göstərilən siyasi məhbus, insan haqları problemi illərdir ki, mövcuddur.  Amma AŞPA  bu problemləri qaldıraraq heç vaxt belə bir addım atmayıb.  

İndi nə baş verib ki, AŞPA belə bir addım atır? Və ya iki nüfuzlu Avropa Təşkilatının eyni vaxtda belə bir addım atması təsadüfdürmü?
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır. 



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024