«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“İran bu məsələdə ikili oynayır”- “Ərdoğan Rəisiyə anlatmağa çalışıb ki...”

Tarix: 25-01-2024 12:30 | Bölmə: Təhlil | Baxış: 106



“Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Ankarada iranlı həmkarı İbrahim Rəisi müxtəlif mövzularla yanaşı Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edib”.

Bunu Türkiyə-İran liderlərinin danışıqlarını şərh edən politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edir ki, müzakirələrin detallı məlumat verilməsə də, prezidentlərin Cənubi Qafqazla bağlı nələri müzakirə etdiklərini təxmin etmək olar: “Tehran uzaq ölkələrin Cənubi Qafqazda fəal olmasını, o cümlədən ABŞ və ya Avropa dövlətlərinin Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüslərinə neqativ yanaşır.

Bu məsələdə Ankaranın yanaşması fərqli deyil. Ankara da Tehran kimi regional məsələlərin bölgə ölkələrinin vasitəçiliyi ilə həllinin tərəfdarıdır. Ancaq bu məsələdə Tehran ikili oynayır.

Tehran bir tərəfdən ABŞ və Avropanın Cənubi Qafqazda fəal diplomatiyasına qarşı çıxarkən, o biri tərəfdən bununla bağlı İrəvana xəbərdarlıq mesajlarını səsləndirmir. Çünki ABŞ və Avropa İttifaqını müxtəlif formalarda bölgəyə gətirməyə çalışan Ermənistandır”.

Ekspert xatırladır ki, Tehran Ermənistan müdafiə edərək, hər dəfəsində Azərbaycan əleyhinə “sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir” açıqlamasını səsləndirir.

“Bu isə Türkiyənin maraqlarına ziddir. Türkiyə Azərbaycan kimi Zəngəzur dəhlizinin açılmasını istəyir. Tehran isə bunu əngəlləyir. Böyük ehtimalla Ərdoğan Zəngəzur dəhlizinin İrannın maraqlarına zidd olmadığını Rəisiyə bir daha anlatmağa çalışıb” – deyə, politoloq vurğulayıb.

Rasim

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024