İSRAİL VƏ HƏMAS MÜHARİBƏNİ DAYANDIRIR?..- Çin hərəkətə keçdi
İsrail və HƏMAS arasında on minlərlə insanın ölümünə səbəb olan toqquşma 4 aya yaxındır davam edir.
Qərb, eləcə Yaxın Şərqdə yerləşən ərəb dövlətləri girov və məhbusların azad edilməsi, eləcə də döyüşlərin dayandırılması üçün tərəflərə təzyiq etməyə çalışır.
Qərb mətbuatına, yerli mənbələrə, eləcə də rəsmi şəxslərə istinadən müharibə ilə bağlı ən son məlumatları diqqətinizə çatdırırıq.
İsrail və HƏMAS arasında müharibə 7 oktyabr 2023-cü ildə başlayıb. İsrail 1,400, HƏMAS isə bu həftə 26 minə yaxın itki olduğunu bildirib.
Münaqişə Yaxın Şərqdə bir çox dövlətlərə də təsir edib. Yəməndəki Ənsar Allah (husilər) hərəkatı HƏMAS-a dəstək məqsədilə İsrailə gedən gəmilərə zərbələr endirib.
ABŞ və Britaniya buna cavab olaraq Yəməndə hərəkatın mövqelərini hədəfə alıb.
Husilərin zərbələri Çini də narahat edir...
Husilərin noyabr ayından bəri bölgədəki gəmilərə hücumları Asiya ilə Avropa arasında ticarəti yavaşladıb. Hücumlar dünya gəmi nəqliyyatının təqribən 15%-ni təşkil edən və Avropa ilə Asiya arasında mühüm kanal rolunu oynayan marşrut boyunca həyata keçirilir.
Dünyanın ən böyük daşıma şirkətlərindən olan "Maersk" və digər böyük gəmi şirkətləri yüzlərlə ticarət gəmisinə Qırmızı dənizdən uzaq durmağı, Afrika ətrafında dövrə vurmağı və ya gəmilərin təhlükəsizliyi təmin olunana qədər fasilə verməyi tapşırıb.
Bank rəhbərləri böhranın inflyasiya təzyiqləri yarada biləcəyindən narahatdırlar. Məlumata görə, dekabrın əvvəlindən yükdaşıma tarifləri iki dəfədən çox artıb, sığorta mənbələri isə Qırmızı dəniz vasitəsilə daşınmalar üçün risklərin artdığını deyir.
Qeyd olunan yoldan ən çox istifadə edən dövlətlərdən biri də Çindir.
"Reuters" yazır ki, Çin rəsmiləri husilərin Qırmızı dənizdə gəmilərə hücumlarının qarşısını almaq üçün İrandan kömək istəyib.
Bu məsələnin Çin və İran paytaxtlarında baş tutan son görüşlərdə müzakirə edildiyini bildirən mənbələr danışıqların nə vaxt keçirildiyi və kimin iştirak etdiyini açıqlamayıb.
"Çin mahiyyət etibarı ilə deyir ki, "mənfəətlərimizə hər hansı şəkildə zərər vurularsa, bu, Tehranla işimizə təsir edəcək. Ona görə də husilərdən təmkin nümayiş etdirmələrini xahiş edin", - İrandakı mənbə deyib.
Qəzetlər yazır ki, ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan yaxın günlərdə Çinin xarici işlər naziri Vanq Yi ilə görüşəcək.
Onlar Qırmızı dənizdə husilərin gəmilərə hücumlarını müzakirə etməyi planlaşdırırlar. Çin Xarici İşlər Nazirliyi görüşün yanvarın 26-dan 29-dək Taylandda keçiriləcəyini təsdiqləyib.
Məlumata görə, Amerika rəsmiləri Çindən husilərin Qırmızı dəniz və Ədən körfəzində gəmilərə hücumlarına son qoymaq üçün İrana təzyiq göstərməsini istəyib.
ABŞ baş kəşfiyyatçını Avropaya göndərir
ABŞ prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsü HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı məsləhətləşmələr üçün Avropaya göndərəcək. Səfərin dəqiq tarixi məlum olmasa da, gələn həftə baş tutacağı gözlənilir.
Məlumata görə, Börns İsrail və Misirdən olan həmkarları David Barnea və Abbas Kamel, həmçinin Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək. Məsləhətləşmələr çərçivəsində tərəflər Qəzza zolağında hərbi əməliyyatların dayandırılması imkanlarını müzakirə etməyi planlaşdırırlar.
HƏMAS hərəkatı İsrailin fələstinliləri azad etməsi müqabilində israilli məhbusları azad etməyə hazır olduğunu açıqlayıb. Bu barədə HƏMAS lideri Usamə Həmdan danışıb.
“İsrail düşməni məhbuslarımızı azad edərsə, HƏMAS onlar şən məhbuslarını azad edəcək. Biz vasitəçilərin təcavüzün dayandırılması və məhbusların dəyişdirilməsi ilə bağlı təkliflərinə çox ciddi yanaşırıq”, - deyə Həmdanı qeyd edib.
Qərb mətbuatı yazır ki, HƏMAS döyüşlərdə “əhəmiyyətli fasilə” əldə etmək istəyir. "Axios" portalı isə İsrailin HƏMAS-a hərbi əməliyyatları iki aylıq dayandırmağı təklif etdiyini bildirib.
Bu müddət ərzində mülki qadın və uşaqlardan başlayaraq girovlar mərhələli şəkildə azad ediləcək.
Husilər "qara siyahıda"...
ABŞ Maliyyə Nazirliyi hisslərin bir sıra liderlərinə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Hərəkatın hərbi əməliyyatlarına cavabdeh olan “əsas liderləri” Amerikanın "qara siyahı"sına düşüb. Böyük Britaniya hakimiyyəti də oxşar sanksiyalar tətbiq edib.
Sanksiya siyahısına husilərin Müdafiə Nazirliyinin rəhbəri Məhəmməd əl-Atifi, dəniz qüvvələrinin komandanı Məhəmməd Fadl Əbd əl-Nəbi, sahil müdafiə qüvvələrinin rəhbəri Məhəmməd Əli əl-Qadir və satınalmaları idarə edən “hərəkatın nüfuzlu funksioneri” Məhəmməd Əhməd əl-Talibi daxil edilib.
Onların ABŞ-dakı bütün aktivləri dondurulacaq və onların ABŞ-a girişi də qadağan ediləcək.
Beynəlxalq Ədalət Məhkəməsinin İsrail qərarı
Beynəlxalq Ədalət Məhkəməsinin hakimləri cümə günü Cənubi Afrikanın İsrailə qarşı fövqəladə tədbirlər görülməsi ilə bağlı qərar verməlidir.
Məhkəmə qərarını təxminən bir saat davam edəcəyi gözlənilən iclasda verəcək. Hakimlər soyqırım iddialarının mahiyyəti ilə bağlı qərar verməyəcəklər.
Məlumata görə, Cənubi Afrika məhkəmədən İsraili hərbi əməliyyatlarını dayandırmağa məcbur edən müvəqqəti sərəncam verməsini istəyib.
İsrail Cənubi Afrikanın iddialarını yalan və "kobud şəkildə təhrif olunmuş" adlandırıb və Qəzzada mülki əhalinin tələfatının qarşısını almaq üçün əlindən gələni etdiyini bildirib.
Məhkəmənin qərarları qətidir və apellyasiya şikayəti yoxdur, lakin qərarın icrası üçün heç bir məcburetmə yolu yoxdur. HƏMAS Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi istənilən atəşkəs qərarına əməl edəcəyini bildirib./modern.az
Digər xəbərlər
Tarix: 26-01-2024 10:30 | Bölmə: Təhlil | Baxış: 105

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024