TEXASDA NƏ BAŞ VERİR: ABŞ DAXİLİ MÜNAQİŞƏYƏ SÜRÜKLƏNİR? - Təfərrüatlar
Digər xəbərlər
Tarix: 29-01-2024 13:30 | Bölmə: Təhlil | Baxış: 166
Son vaxtlar Amerikanın Texas ştatı Demokrat Prezident Co Baydenlə onun miqrasiya və Ukrayna siyasətləri ilə razılaşmayan respublikaçılar arasında qarşıdurmanın mərkəzinə çevrilib.
Xarici KİV-lər xəbər verir ki, yanvarın 22-də ABŞ Ali Məhkəməsi qubernator Qreq Abbottun miqrant axınına qarşı mübarizəsi çərçivəsində Texasda ABŞ-Meksika sərhədində quraşdırılmış 30 mil (təxminən 48 km) məftilli hasarın sökülməsinə qərar verib.
Texas Milli Qvardiyası isə federal sərhədçilərin Rio-Qrande çayı boyunca Meksika ilə sərhədin bir hissəsinə (təxminən 4 km uzunluğunda) girişinin qarşısını alıb.
Ştat hakimiyyəti ABŞ administrasiyasının sərhədi lazımi şəkildə qorumadığını və bunun qeyri-qanuni miqrantların artmasına səbəb olduğunu bəyan edib.
Texas miqrantları “Lone Star” əməliyyatının davamı kimi Vaşinqton, Nyu York və Çikaqo da daxil olmaqla Amerikanın böyük şəhərlərinə avtobuslarla göndərməyə başlayıb.
“Lone Star” əməliyyatı nədir?
“Lone Star” əməliyyatı nədir?
“Lone Star” əməliyyatının əsası 2021-ci ildə Texas qubernatoru Qreq Abbott tərəfindən qoyulub. Səbəb Baydenin miqrasiya qanunlarını yumşaltmasından sonra Latın Amerikasından qeyri-qanuni miqrant axınının kəskin artması olub.
Abbottun əmri ilə Texas hüquq-mühafizə orqanları Meksika ilə sərhədi müstəqil mühafizə etmək hüququ əldə edib. Bura tikanlı məftillərin çəkilməsi, habelə qaçqınların tutulması da daxil olub.
Əməliyyat zamanı Texas Milli Qvardiyası təxminən yarım milyon miqrantı saxlayıb, həmçinin 35 minə yaxın miqrantı həbs edib.
ABŞ Demokrat Partiyasının tənqidlərinə cavab olaraq, Texas hakimiyyəti Demokrat siyasətçilərin rəhbərlik etdiyi ən böyük ştat və şəhərlərə qeyri-qanuni miqrantların olduğu avtobuslar göndərməyə başlayıb.
Jurnalistlərin “Abbott avtobusları” adlandırdığı bu avtobuslar Nyu York, Çikaqo və Denver kimi şəhərlərdə humanitar böhranlara səbəb olub və Demokratlar arasında qəzəb doğurub.
Ümumilikdə, 2022-ci ildən bəri Texasdan ölkənin digər şəhərlərinə 102,1 min qanunsuz miqrant daşınıb.
Son hadisələr
Son hadisələr
Yanvarın 22-də Ali Məhkəmə Texasla mübahisədə Baydeni dəstəkləyib və ştatın təhlükəsizlik qüvvələrinin miqrantları ələ keçirmək hərəkətlərini konstitusiyaya zidd elan edib.
Məhkəmə həmçinin federal hakimiyyət orqanlarına dövlət orqanlarının göstərişi ilə qurulan sərhəd maneələrini sökmək hüququ verib.
Lakin Texas məhkəmənin qərarını yerinə yetirməkdən imtina edib.
Bundan əvvəl yanvarın 13-də Texas və Vaşinqton arasında qarşıdurma az qala İql-Pass ərazisində silahlı toqquşmaya çevrilib.
Texas Milli Qvardiyası ABŞ Federal Sərhəd Patrulunun qeyri-qanuni miqrantların sonrakı qeydiyyat üçün göndərilməsindən əvvəl müvəqqəti saxlanma məntəqəsi kimi istifadə etdiyi Şelbi Siti Parkını faktiki olaraq ələ keçirib.
Vaşinqton bunu dövlət sərhədinin ələ keçirilməsi kimi qiymətləndirib.
Yanvarın 23-də ABŞ Daxili İşlər Nazirliyi Texas Milli Qvardiyasına parkı tərk etməyi və federal təhlükəsizlik qüvvələrinə qaçqınlar üçün obyektə girişi təmin etməyi əmr edib, lakin qubernator Abbott cavab verib ki, Bayden Konqres tərəfindən qəbul edilmiş miqrasiya qanunlarını sədaqətlə yerinə yetirmək üçün verdiyi andı pozub.
Bayden isə Texas hakimiyyətinə ultimatum verib: “Miqrantlara qarşı bütün maneələri aradan qaldırın və sərhədi təmizləyin, əks halda Texas hakimiyyəti federal məhkəmə ilə və çox güman ki, münaqişənin hərbi yolla həlli ilə üzləşəcək”.
Onlara qərar qəbul etmək üçün bir gün vaxt verilib.
Buna baxmayaraq, qubernator Abbott jurnalist Taker Karlsona verdiyi müsahibədə dövlət sərhədlərinin qeyri-qanuni miqrantlardan qorunması məsələsində federal hakimiyyət orqanları ilə münaqişəyə hazır olduğunu bildirib.
“Düşünürəm ki, gələn il yanvarın 20-nə qədər hər şey həll olunacaq, ümid edirəm ki, yeni prezident and içəcək, o, təkcə Texas sərhədi ilə bağlı deyil, bütün ölkə üçün immiqrasiya qanunlarını sərtləşdirəcək”, - Abbott bildirib.
Münaqişə necə başladı?
Münaqişə necə başladı?
Demokratlar və Respublikaçılar arasında münaqişə Ukraynaya görə meydana gəlib. Belə ki, münaqişə respublikaçılar Ukraynaya Amerika sərhədinin qorunmasına kömək etmək üçün nəzərdə tutulan vəsaitin bir hissəsinin yönləndirilməsini tələb etdikdən sonra baş verib.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli, amerikalı iş adamı İlon Mask, eləcə də 25 ştatın respublikaçı qubernatorları Abbottu dəstəklədiklərini bəyan ediblər.
Murad Məmmədov
Murad Məmmədov
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024