ABŞ İRANIN QAPISINI DAHA BƏRKDƏN DÖYÜR: Müharibə ola bilərmı? - ŞƏRH /FOTO
ABŞ-İran münasibətlərində gərginlik artır və tərəflərin bir masa arxasında məsələləri müzakirə etmək imkanları məhdudlaşır. İordaniyadakı hərbi bazasının vurulması nəticəsində ABŞ-nin üç hərbçisinin ölməsi və 40-nın yaralanması vəziyyəti daha da mürəkkəbləşdirib.
Çünki rəsmi Vaşinqton dünyanın müxtəlif bölgələrində milli maraq və təhlükəsizliyini, hərbçilərinin həyatını qorumaq üçün mövcud olduğunu bildirir. ABŞ həm də müttəfiq və tərəfdarlarının təhlükəsizliyinin qayğısına qaldığını da vurğulayır.
Bu ilin yanvarından İordaniya Hava Hücumundan Müdafiə Qüvvələri Suriyanın cənubunda İranın dəstəklədiyi qüvvələrə məxsus obyektlərə dəfələrlə zərbə endirib.
Məlumatlara görə, həmin dəstə silah və narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olurmuş. Ümumiyyətlə, bu ay ərzində İordaniya hərbi aviasiyası Suriya ərazisini üç dəfə bombalayıb. Bu hücumlar nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan Həsən Əsgəri öldürülüb.
Tehran və Vaşinqton yalnız İraq, Suriya və Yəməndə deyil, İordaniyada da bir-birinə qarşı müharibə aparır.
ABŞ-nin adı açıqlanmayan rəsmi nümayəndəsi “ABC News”a bildirib ki, İordaniyada məlum hadisə nəticəsində üç amerikalı hərbçinin ölməsinə cavab olaraq yaxın günlərdə İranın çoxlu hədəflərinə zərbələr endirəcəklər:
“ABŞ qüvvələrinə qarşı bu hücumlara şərait yaradan obyektlərə və insanlara qarşı çox dəqiq, planlaşdırılmış həmlələr olacaq”.
Birləşmiş Ştatlar Prezidenti Co Bayden İranın regiondakı qruplaşmaları silahlandırmasına görə məsuliyyət daşıdığını bildirib. Bununla belə o, Yaxın Şərqdə müharibənin genişlənməsinə səy göstərmədiklərini də söyləyib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, İordaniyadakı ABŞ bazasına hücumun məsuliyyətini SEPAH-ın İraqda dəstəklədiyi qruplar daşıyır.
Tehran hakimiyyəti İordaniyada Birləşmiş Ştatların hərbi bazasının vurulmasında əlinin olduğunu təkzib edib. SEPAH-ın komandanı, general-leytenant Hüseyn Salami qarşı tərəfin açıqlamalarına cavab olaraq bildirib ki, ABŞ-nin hədələrindən qorxmurlar: “Bu günlərdə ABŞ rəsmilərinin sözlərindən bəzi təhdidlər eşidirik.
Onlara deyirik ki, siz bizi sınaqdan keçirmisiniz və biz bir-birimizi tanıyırıq. Biz heç bir təhlükəni cavabsız qoymuruq”. O, müharibə axtarmadıqlarını, amma savaşdan da qorxmadıqlarını bildirib.
İndiyədək Pentaqon (ABŞ Müdafiə Nazirliyi) İranın Suriya və İraqdakı bir sıra hərbi obyektlərini, yaxud onun dəstəklədiyi silahlı qruplaşmaların mövqelərini vurub.
İranın “islam müqavimət hərəkatı” kimi təqdim etdiyi dəstələr də ABŞ-nin hərbi bazalarına zərbələr endirib. Bu hadisələr nəticəsində amerikalı hərbçilər yaralanmışdı, ancaq ölümlə bağlı məlumat yayılmamışdı.
HƏMAS-İsrail müharibəsi ilə İranın bölgədəki kartları açıldı. Hətta, ehtiyat etdiyi məsələlər də məlum oldu. ABŞ və İsrail Yaxın Şərqdə baş verən silahlı münaqişələrdə iştirakını gizlətmir.
Tehran hakimiyyəti isə Qüds qoşunu və hərbi təlimatçıları ilə regionda mövcud olduğu halda bunu gizlətməyə çalışır, yaratdığı silahlı dəstələr vasitəsilə proseslərə müdaxilə edir. Yəni həmin qrupların arxasında gizlənirlər.
Bununla da məsuliyyətdən boyun qaçırmağa çalışırlar. Bu baxımdan Hüseyn Salaminin açıqlaması da daha çox ictimai rəy üçün nəzərdə tutulub.
HƏMAS vasitəsi ilə başlayan müharibə həm də regionun başqa dövlətlərin məsələyə münasibətini aşkarladı. Bu məsələdə İran daha qabarıq görünməyə başladı.
Məlum oldu ki, Yaxın Şərqdə sabitliyi pozan əsas qüvvə Tehran hakimiyyətidir. Bu isə perspektivdə onun bölgə ölkələri tərəfindən müdafiəsində problem yarada bilər.
Mövcud gərginlik fonunda əsas sual budur ki, ABŞ-İran müharibəsi olacaqmı? Birləşmiş Ştatların İslam Respublikası ərazisində açıq müharibəyə girəcəyi ehtimalı azdır.
Bununla belə nöqtəvi zərbələrin endiriləcəyi də istisna edilmir. İran mümkün belə vəziyyət qarşılığında ABŞ-nin regiondakı müttəfiqlərinin ərazilərinə hücumlar edə, yaxud obyektlərinə zərbələr endirə bilər. Hətta Birləşmiş Ştatlar ərazisində də qarışıqlıq yaratması ehtimalı da yox deyil.
ABŞ maraqlarını qorumaq üçün Yəmən, Livan, Suriya, İraq, Livanda müxtəlif formalarda İrana qarşı müharibə aparır, amma bunu müxtəlif cür adlandırırlar.
İstənilən halda bu, mahiyyət etibarı ilə savaşdır. Bir tərəfdə ABŞ hərbçiləri və maraqları, o biri tərəfdə isə İran hakimiyyətinin özünü qorumaq, Xameneinin “islam inqilab doktrinasının yaymaq” üçün “müqavimət hərəkatı” adı altında qurduğu qruplaşmalar, Qüds qoşunu durur.
Sadəcə döyüşlər onların ərazisində getmir. Ancaq bu qarşıdurmadan daha çox İran cəmiyyəti əziyyət çəkir. Çünki bu ölkənin vətəndaşları heç bir maliyyə qarşılığı almadan başqa ölkənin torpaqlarında döyüşür, Tehran hakimiyyətinin iddia və hikkəsinin qurbanı olurlar. İran isə vətəndaşlarının cibindən xərcləyir. Ölkənin iqtisadi vəziyyəti görünən qədər ağırdır və s.
Vaşinqton isə bu qarşıdurmada Suriya və İraqı qazanıb. Başqa sözlə ABŞ və İsrailə qarşı apardığı 45 illik müharibənin nəticəsi İslam Respublikasının ziyanınadır.
Əvvəllər İran sərhədlərindən uzaqda olan ABŞ artıq Tehranın qapısını bütün ətraf ölkələrdən, hətta, Ermənistandan belə döyür. Odur ki, tərəflər arasında müharibənin elan olunacağını gözləməyə dəyməz. O onsuz da var.../Report
Digər xəbərlər
Tarix: 31-01-2024 19:30 | Bölmə: Təhlil | Baxış: 125

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024