PUTİNİN NADEJDİN SƏHVİ - Artıq onu seçkiyə buraxmaq da problemdir, buraxmamaq da...
Azərbaycandakı bəzi “rusbaşlar”ın da az qala peyğəmbər kimi biət etdikləri “dahi” Vladimir Putin son zamanlar təkcə xarici siyasətdə deyil, daxili siyasətdə də, yumşaq desək, mükəmməl oyunçu olmadığını isbatlamaqda davam edir.
Bunun nəticəsidir ki, bir tərəfdən Ukraynada apardığı ədalətsiz, amansız və işğalçı müharibə, digər yandan isə həmin müharibənin xarici və daxili fəsadları, eləcə də uzun illər davam edən korrupsiyaya, oğurluğa, yalana, saxtakarlığa, diktaturaya dayanan daxili siyasət Rusiyanı qibtə edilməyəcək duruma salıb...
Martın 15-17-də keçiriləcək prezident seçkisi öncəsi Kreml olduqca çətin seçim qarşısında qalıb.
İlk baxışdan müharibədən istifadə edərək, tam avtoritar idarəetmə rejiminə keçən Kremlin bu seçkiylə bağlı heç bir problemi olmalı deyildi - müxalifət susdurulub, onun liderləri ya həbsxanada, ya da sürgündədirlər, azad mətbuat yoxdur, kütləvi toplaşma hüququndan söhbət belə gedə bilməz, ictimai fəallara qarşı total nəzarət var, təbliğat maşını durmadan işləyir və sair.
Ancaq bütün bunların fonunda Kreml “seçki tamaşası”nın ssenarisində və quruluşunda kobud səhvə yol verib. Bu səhvin adı Boris Nadejdindir...
Məsələ ondadır ki, seçkiyə qədər çoxlarının tanımadığı, tanıyanların isə ciddi fiqur kimi qəbul etmədiyi, üstəlik Kemldə daxili siyasətə görə cavabdeh olan Sergey Kiriyenkonun “layihəsi” kimi qəbul olunan Nadejdin qısa müddətdə Putin üçün əsl başağrısına çevrilib.
Bu isə Nadejdinin siyasətçi, yaxud lider keyfiyyətlərindən yox, Rusiya əhalisinin Putinin apardığı müharibəyə münasibətindən irəli gəlir.
Belə ki, Nadejdinin sadəcə, müharibənin əleyhinə çıxış edən yeganə namizəd olması, onun reytinqini qısa müddətdə fantastik dərəcədə yüksəldib. Müstəqil sorğu mərkəzləri onun reytinqinin artıq 15 faizin üzərinə qalxdığını və seçkiyə buraxılacağı təqdirdə hətta 30-35 faizə qədər artacağını bildirirlər.
Bu o deməkdir ki, əhalinin olduqca böyük hissəsi hər nə qədər Ukraynanı, ukraynalıları sevməsə də, müharibəni də istəmir. Son iki ildə Putinin siyasi xarizması bərk zədələndi, vədləri və rusiyalıların öz ordularından gözləntiləri özünü doğrultmadı.
Əvəzində məhrumiyyətlər, diktatura, sosial-iqtisadi problemlər daha da kəskinləşdi, yüz minlərlə rusiyalı həlak və şikəst oldu, rusiyalılar xaricdə izqoy topluma çevrildilər və sair.
Bütün bunların fonunda prezident olacağı təqdirdə müharibəni dərhal dayandıracağını vəd edən namizədin populyarlıq qazanacağı şübhəsiz idi.
Ancaq belə görünür ki, öz ətrafının vakkuma saldığı, “öz dünyasında yaşayan” Putin müharibəyə başlayarkən Ukrayna xalqını tanımadığı kimi, bu gün də öz xalqını yaxşı tanımır və heç olmasa Priqojinin qiyamından, əhalinin bu qiyama münasibətindən belə lazım olan nəticələri çıxarmır.
Ən azından əgər ölkənin daxilindəki vəziyyəti, əhalinin əhval-ruhiyyəsini dərindən bilsəydi, öz hakimiyyətinin avtoritar mahiyyətindən çıxış edərək, müharibə əleyhdarı olan hər hansı bir namizədi – indiki halda Nadejdini nəinki seçkiyə, heç onun imzatoplama mərhələsinə belə buraxmazdı.
Buraxdı və indi bunun yaratdığı ağrılı mənzərə ilə üz-üzə qaldı...
İmzatoplama kampaniyasına qatılan insanların yaratdığı uzun növbələr Putinə və onun siyasətinə, apardığı müharibəyə dinc kütləvi etiraz forması aldı. Ölkədə siyasi aktivlik artdı, Başqırdıstan və digər bəzi bölgələrdə narazılıqlar baş qaldırdı.
Bu da azmış kimi, Navalnı, Xodorkovski və digər müxalif qüvvələr də Kremlin gözləntilərinin əksinə olaraq, Nadejdini birmənalı şəkildə dəstəklədilər və öz tərəfdaşlarına bununla bağlı çağırış etdilər. Bu isə Kreml üçün daha bir gözlənilməz və xoşagəlməz sürpriz oldu.
Yeri gəlmişkən, mühacirətdə yaşayan tanınmış rusiyalı siyasi texnoloq Abbas Qalyamov müsahibələrinin birində Kremlin Nadejdinlə bağlı iki ciddi səhvə yol verdiyini bildirib.
Onun fikrincə, birinci səhv ondan ibarətdir ki, Yekaterina Duntsovadan fərqli olaraq, Nadejdini seçkinin imzatoplama mərhələsinə buraxdı. Bu zaman nəzərə almadı ki, müharibə əleyhinə çıxan namizədin lazım olan sayda imza toplaması onun üçün heç bir problem yaratmayacaq.
Çünki əhalinin böyük hissəsi, hətta uzun illər Putinə rəğbət göstərənlərin belə əhəmiyyətli qismi bu gün müharibənin əleyhinədir.
Ona görə, hər nə qədər paradoksal görünsə belə, hətta Putinin hakimiyyətdə qalmasını, lakin eyni zamanda da müharibənin dayanmasını, Rusiyanın dünyaya açılmasını istəyənlər də Nadejdinin seçkidə iştirakına tərəfdardırlar.
Qalyamovun fikrincə, Kremlin ikinci səhvi onun real müxalifətin Nadejdinə mümkün münasibətini düzgün hesablaya bilməməsidir. Belə ki, Putin Navalnı, Xodorkovski və digərlərinin Nadejdini “Kremlin layihəsi” kimi təqdim edərək, onu hədəfə alacaqlarını, ələ salacaqlarını və qətiyyən dəstəkləməyəcəklərini düşünürdü.
Lakin Kreml bu hesablamalarında da yanıldı. Aparıcı müxalif qüvvələr daha incə və rasional oynadılar – Nadejdini birmənalı olaraq dəstəklədilər. Onlar Nadejdinin şəxsi keyfiyyətləri, siyasi gücü, “kimin adamı olması” və digər məsələlərdən yox, onun ideyalarından, müharibəyə münasibətindən çıxış etdilər və doğru da etdilər.
İmzatoplama kampaniyasındakı kütləviliyi və Nadejdinin bugünkü reytinqini şərtləndirən amillərdən biri də məhz budur.
Buraxılan bütün kobud səhvlərin nəticəsidir ki, Kreml hazırda çox çətin bir seçim qarşısında qalıb. Fevralın 7-də MSK Nadejdinin seçkiyə buraxılıb-buraxılmayacağı barədə qərar verməlidir. Əksər müşahidəçilər bu qərarın mənfi olacağını, onun seçkiyə buraxılmayacağını proqnozlaşdırırlar.
Artıq MSK-nın Nadejdinə toplanan imzaların 15 faizində(qanunla 5 faizdən çox ola bilməz-red.) xətalar aşkarlandığı barədə bəyanatı bunu deməyə əsas verir.
Onu da qeyd edək ki, bu xətalar Nadejdinin lehinə olan imzaların həqiqiliyi ilə yox, daha çox hansısa texniki məsələlərlə, məsələn, imza toplayan mərkəzlərin notarius sənədlərindəki çatışmazlıqlar, onlara verilən etibarnamələrin düzgün tərtib edilməməsi və s. bu kimi sırf texniki bəhanələrlə əlaqələndirilir.
Yəni, MSK-nın çoxdan adət edilən saxtakarlıq tryukları. Ancaq hər halda, bunları əlində bayraq edən MSK Nadejdini seçkiyə buraxmaya bilər.
Bu halda Nadejdin Ali Məhkəməyə müraciət edəcək. Məhkəmə on gün ərzində qərar verməlidir. Hipotetik olaraq, məhkəmənin Nadejdinin xeyrinə qərar çıxaracağı halda isə MSK daha beş gün ərzində yekun qərar verə, ya da bu qərarı mübahisələndirə bilər və s.
Belədə Nadejdin seçkiyə buraxılsa belə, onun namizədliyinin rəsmən təsdiqlənməsi fevralın sonu, martın əvvəllərinə çəkə bilər. O zaman isə onun seçki kampaniyası aparmaq üçün çox az vaxtı qalır...
Bir sözlə, Kreml üçün hər iki variant - Nadejdini seçkiyə burxmaq da, buraxmamaq da problemlidir. Onun imzatoplama kampaniyasına düzülən uzun növbələri artıq hamı gördü və bu vaxta qədər siyasətə qarışmayan adi rus “obıvateli” də yaxşı başa düşür ki, Nadejdinin topladığı imzalar saxta deyil.
Belədə onu seçkiyə buraxmamaq açıq-aşkar saxtakarlıq, qorxaqlıq, Putinin onsuz da ciddi şəkildə zədələnmiş ölkə daxilindəki nüfuzunun daha bir zərbə almasıdır.
Bu, o deməkdir ki, Putin özünə güvənmir, nəinki Navalnıdan, Xodorkovskidən və digər “ağır çəkili” müxalifətçilərdən, hətta son zamanlara qədər Solovyovun, Skabeyevanın və digər “dişovka” Kreml təbliğatçılarının öz efirlərinə çağırıb danladıqları, az qala üzünə tüpürdükləri Nadejdindən belə qorxur, onun qabağından qaçır.
Onu seçkiyə buraxmaq isə başqa bir problem yaradacaq. Bu halda ortaya çıxacaq nəticələri proqnozlaşdırmaq çox çətindir. İmzatoplama kampaniyasındakı kütləvilik zatən Kremli yaxşıca qorxudub.
İndi kim tam təminat verə bilər ki, bu namizəd seçkiyə buraxılacağı təqdirdə 2020-ci ildə Belarusda olanlar təkrarlanmayacaq və Nadejdin “Rusiyanın Tixonovskayası”na çevrilməyəcək, Putindən və müharibədən narazı olanlar küçələrə çıxmayacaq və sair.
Kreml Putinin seçkidəki “qələbəsini” legitimləşdirmək xatirinə bu riskə getməyə hazırdırmı? Böyük ehtimalla yox! Ona görə də Nadejdinin seçkiyə buraxılmayacağına dair proqnozlar daha inandırıcı görünür.
Bir də qalır Kreml üçün ən optimal olan - Nadejdinin özünün “könüllü olaraq” seçkidən çəkilməsi, yaxud qəflətən hansısa gözlənilməz xəstəlikdən “vəfat etməsi”, ya da “qəzada həlak olması” variantı. Nə qədər qəribə və acınacaqlı olsa da, hətta bu variantları belə istisna etmək olmaz – Nadejdinin nəyi Priqojindən artıqdır?
Bəlkə də inandırıcı görünmür, amma mümkündür. Çünki Dmitri Medvedevin, Sergey Lavrovun, Nikolay Patruşevin, Vyaçeslav Volodinin, digər “əsabələr”in, eləcə də Putinin özünün davranışları və açıqlamaları, onların dünyaya, ukraynalılara, hətta öz xalqına münasibəti Rusiyanı idarə edən zehniyyətin nə dərəcədə deqradasiyaya uğradığının bariz göstəricisidir.
Bu zehniyyətdən isə istənilən ağlasığmaz dərəcədə axmaq və amansız addımı gözləmək olar...
Cəlal Məmmədov
Digər xəbərlər
Tarix: 06-02-2024 13:30 | Bölmə: Təhlil | Baxış: 101

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024