«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Güney Azərbaycanda yeni həbslər: İran rejiminin məqsədi nədir?- VİDEO

Tarix: 10-02-2024 20:30 | Bölmə: Təhlil | Baxış: 99


Son günlər İran təhlükəsizlik orqanları tərəfindən Güney Azərbaycan milli fəallarının həbs edilməsi ilə bağlı xəbərlər yayılmaqdadır.

“Azad İran” “YouTube” kanalında yayımlanan süjetdə qeyd olunur ki, müşahidəçilər bu prosesi Güney Azərbaycanda milli fəalların kütləvi həbsinin ikinci dalğası adlandırırlar. 

Həbslərin birinci dalğası ötən ilin payız aylarında baş verib. Əsasən İran Kəşfiyyat Nazirliyi, yəni “Ettelaat” tərəfindən həyata keçirilən bu repressiyada milli fəallardan Armita Pavir, Röya Zakiri, Mürtəza Nurməhəmmədi, Davud Şiri, Əli Babayi, Əmirhüseyn Ağayi, Məhəmmədrza Müvəhhid, Hüseyn Azadi, Nasir Rəzmcu, Yürüş Mehrəlibəyli, İbrahim Rəşidi və bir çox digərləri  Tehran, Təbriz, Ərdəbil, Meşkinşəhr, Sufiyan, Gərgər şəhərlərində saxlanıblar.

Birinci dalğada tutulanların bəziləri sonradan azadlığa buraxılsa da, Güney Azərbaycan milli hərəkatının Yürüş Mehrəlibəyli  və İbrahim Rəşidi Savalan  kimi önəmli simaları hələ də həbsdə saxlanmaqdadır. 

Qeyd edək ki, İran rejiminin ölkədə yaşayan xalqların milli-mədəni haqlarını tələb edən fəallara qarşı amansız davranışı yeni məsələ deyildir. İran İnsan Haqları Fəalları Təşkilatının hesabatına  görə, təkcə 2023-cü ildə etnik hüquqları müdafiə edən 324 nəfər İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. 

Lakin son vaxtlar rejimin daha çox Güney Azərbaycan milli fəallarına fokuslanması diqqəti çəkir ki, bu da, əlbəttə, səbəbsiz deyildir. Yayılan hesabatlara görə, fevralın 5-dən başlayaraq üç gün ərzində azı 11 azərbaycanlı fəal müxtəlif şəhərlərdə heç bir izahat verilmədən rejim təmsilçiləri tərəfindən saxlanılıb.



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024