«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ Rusiya hədəflərinin vurulmasında Ukraynaya necə kömək edir

Tarix: 07-05-2022 13:03 | Bölmə: Təhlil | Baxış: 175
ABŞ Rusiya hədəflərinin vurulmasında Ukraynaya necə kömək edir
"Moskva" kreyseri


Qara dənizdə Rusiyanın “Moskva” kreyserinin ““Neptun” raketləri ilə məhv edilməsi əməliyyatı” zamanı Ukrayna tərəfi ABŞ-dan kəşfiyyat məlumatları alıb.

Bu barədə CNN-ə ABŞ müdafiə nazirliyindəki vəziyyətdən xəbərdar olan mənbələr bildiriblər.

"Qara dənizdə Rusiyaya məxsus hərbi gəmini görən Ukrayna qüvvələri, onun əslində "Moskva" kreyseri olduğunu təsdiqləmək üçün amerikalı təmasları ilə əlaqə saxlayıb. Amerika tərəfi cavab verib ki, bu gəmidir və onun yeri ilə bağlı kəşfiyyat məlumatı verib", - mənbə bildirib.
Kreyserə zərbə prosesinə gəldikdə isə, mənbənin sözlərinə görə, bu barədə ABŞ-ın məlumatı olmayıb. Ukarayna buna özü qərar verib.

“Bayden administrasiyasının Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsinə gəldikdə bu hələ də davam edir. Bununla yanaşı, ABŞ-ın paylaşdığı məlumatlar məhdudiyyətlə təqdim edilir” - deyə mənbə bildirir.

Məsələn, ABŞ indiyədək Rusiyanın özündə potensial hədəflər barədə Ukraynaya məlumat verməkdən imtina edib. Rəsmilərin dediyinə görə, Rusiya qoşunlarının Ukraynada hərəkəti ilə bağlı ABŞ kəşfiyyatı müəyyən bir yerdə nəqliyyat vasitələri və personalın növləri kimi təfərrüatları ehtiva edə bilsə də, ABŞ Ukraynaya konkret Rusiya hərbi liderlərinin yeri ilə bağlı kəşfiyyat məlumatı təqdim etməyib.

Pentaqonun sözçüsü Con Kirbi isə deyir ki, “Biz yüksək səviyyəli hərbi liderlərin döyüş meydanında yerləşməsi ilə bağlı kəşfiyyat məlumatı vermirik və Rusiya hərbçilərinin hədəfə alınması ilə bağlı qərarlarda iştirak etmirik”.

Xatırladaq ki, aprelin 14-də Rusiya Federasiyası Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” raket kreyseri Qara dənizdə batıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı kreyserin Ukrayna istehsalı olan “Neptun” tipli iki gəmi əleyhinə raketlə vurulduğunu bildirib. Rusiya bu faktı təkzib etsə də, sonradan Pentaqon Ukrayna tərəfinin məlumatını təsdiqləyib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024