“Qərblə İranın ortaq məqsədi TÜRK BİRLİYİNİN QARŞISINI ALMAQDIR"
“Azərbaycanın Qarabağ zəfəri Ermənistanı dəstəkləyən Qərbi ciddi şəkildə narahat edib. Bəzi ölkələr, xüsusən də Fransa Bakı ilə yanaşı, Xankəndi, Şuşa və Zəngilan kimi, Qarabağın müxtəlif yerlərinə nüfuz etməyə çalışır.
Digər tərəfdən, Ermənistana Fransa da daxil olmaqla, 8 fərqli ölkədən qabaqcıl silah-sursat idxalına start verilib.
Qlobal qüvvələr 2 illik müddətdə regionda genişmiqyaslı münaqişə mühiti yaratmağı planlaşdırırlar. Qərblə İranın ortaq məqsədi Türk Birliyinin qarşısını almaqdır”.
Bu barədə Türkiyənin aparıcı nəşrlərindən olan “Türkiye Gazetesi”ndə yayımlanan “Azərbaycan böyük müharibəyə hazırlaşır” başlıqlı məqalədə bildirilir.
Sözügedən məqalənin maraqlı hissələrinin çevirməsini azpolitika-ya istinadla təqdim edirik:
“Azərbaycan hakimiyyətindəki mənbələrdən aldığımız məlumata görə, rəsmi Bakı bu plandan xəbərdardır. Onlar seçkiləri irəli bir tarixdə keçirməklə, qarşıdan gələn çətin prosesdə siyasi, iqtisadi və hərbi cəhətdən güclü olmağı istədiklərini bildiriblər.
Hazırda erməni işğalından azad edilən Qarabağ yenidən qurulur. Xüsusən də Zəngəzura qədər uzanan Bakı-Ağdam xəttində işlər demək olar ki, yekunlaşıb.
Beynəlxalq əlaqələr üzrə ekspert Taleh Əliyev bu barədə bunları deyib: “Xarici qüvvələrin məqsədi bu dəhlizi neytrallaşdırmaqdır. Biz bu cür kritik dəhlizi ermənilərin təşəbbüsünə və ya müxtəlif xarici qüvvələrə buraxmayacağıq.
Türk dünyasını birləşdirən bu layihə yeni Qafqaz xəritələri hazırlayan aktyorları qorxudur. Ona görə də Türk Birliyinin əsas elementini sabotaj edirlər”.
Azərbaycanı ən yaxşı tanıyan türk komandirlərindən olan sabiq briqada generalı Yücel Karauz isə prosesi belə şərh edib: “Türkiyə və Azərbaycan təhlükənin fərqindədir. Birgə ordu strukturunu qəbul edən iki ölkə indi ortaq hava məkanı layihəsini icra edirlər.
Bütün təyyarələr birgə hərəkət edir. Gəncədəki hər bir hərəkət Elazığdakı bazadan izlənilir. Yaxud Bakıda, Xəzərdə nə baş verirsə, Egeydəki türk hərbi ünsürləri bundan xəbərdardırlar.
Bütün silah sistemlərimiz inteqrasiya olunub. Aramızda NATO-nun 5-ci maddəsinə ekvivalent olan əməkdaşlıq müqaviləsi imzalanıb”.
Qarabağın yenidən Azərbaycana birləşdirilməsi regionun bir çox ölkələrinin layihələrini dərindən sarsıtdı. İran və Fransa illərdir istismar etdikləri qızıl və mis yataqlarını itiriblər. İran regionda ticarət və narkotik vasitələrin daşınması layihəsini də əlindən çıxarıb.
Qafqazda Rusiya, İran və Fransa arasında nüfuz mübarizəsində mühüm yer tutan Qarabağın yeni statusu ilə yanaşı, Ukrayna müharibəsi, enerji və kənd təsərrüfatı sahələrində yeni balansın yaranması da bölgənin əhəmiyyətini artırıb.
Azərbaycanlı ekspert Elməddin Behdud bildirib ki, Cənubi Qafqazla bağlı müxtəlif hesablar var: “Qəzza gərginliyi Livan, Suriya, İraq və İranı əhatə edərsə, bu vəziyyətin Qarabağa da yansıması ehtimalı yüksəkdir. Dövlətimiz erməni təhlükəsi ilə yanaşı, bu ehtimalı da nəzərə alır. Azərbaycanı zəiflətmək adı ilə talış, tat və kürd vətəndaşlarımızı təhrik etmək planları qururlar.
Türkiyə ilə hərbi, iqtisadi və milli bağ qurduq. Əgər təxribat və ya hücum olarsa, prosesin sonunda hələ də erməni işğalı altında olan Gorus, Sisyan, Mehri və Qafan Azərbaycana birləşəcək”.
Digər xəbərlər
Tarix: 12-02-2024 14:00 | Bölmə: Təhlil | Baxış: 118

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024