RUSİYA SÜLHMƏRAMLILARA MANDAT ALMAQ İSTƏYİR - “Qarabağdan çıxarıb sərhədə yerləşdirməyə çalışacaq...”
Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli atəşkəs bəyanatının şərtlərinə görə, Qarabağa gətirilən Rusiya sülhməramlılarının bölgədə qalma müddəti 5 ildir.
Bu müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri etiraz etməzsə, hərbçilərin bölgədə qalma müddəti daha 5 il uzadıla bilər.
Azərbaycan Prezidenti və yüksək rütbəli diplomatlar bu barədə danışarkən 2025-ci ilin noyabrını nişan veriblər. Yəni bu tarix Rusiya sülhməramlılarının ölkədə qalacağı son müddətdir.
Ötən ilin sentyabrın 19-20-də Xankəndidəki separatçı-terrorçu rejimə qarşı həyata keçirilən anti-terror əməliyyatından sonra ermənilər könüllü olaraq ərazilərimizi tərk etdiyindən Rusiya hərbçilərinə bölgədə ehtiyac qalmayıb.
Təsadüfü deyil ki, hazırda Xarici işlər naziri Sergey Lavrov başda olmaqla Rusiya diplomatiyası onlara Qarabağda “iş” axtarır.
Fevralın 10-da Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin "TASS" agentliyinə müsahibəsində Qarabağı tərk etmiş ermənilərin geri qayıdacağı təqdirdə onların təhlükəsizliyini Rusiya sülhməramlılarının qoruya biləcəyini vurğulayıb.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov isə “İzvestiya” qəzetinə müsahibəsində sülhməramlıların Azərbaycanın təhlükəsizlik qüvvələri ilə birgə tarixi abidələri və binaları mühafizə etdiklərini bildirib. Amma kimdən, hansı təhlükədən qoruduqlarını açıqlamayıb.
Səfir onu da bildirib ki, Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında sülhməramlıların gələcək taleyi ilə bağlı məsləhətləşmələr başlayacaq. Kremlin 1 il 8 ay əvvəldən müzakirə açması təsadüfi deyil.
Görünür, Rusiya strateqləri hazırki geosiyasi qarşıdurmanın yaxın gələcəkdə Moskvanın regiondakı hərbi-siyasi imkanlarına necə təsir edəcəyini proqnozlaşdıra bilmirlər. Ona görə, indidən Azərbaycanın razılığını alıb, hərbçilərin azı daha 5 il bölgədə qalmasını təmin etməyə çalışırlar.
Rəsmi Bakı sülhməramlıların 10 noyabr bəyanatında nəzərdə tutulduğu müddətdə qalmasına etiraz etməsə də, onlara hansısa əlavə statusun verilməsində maraqlı deyil.
Əvvəla, Qarabağda buna artıq ehtiyac yoxdur. Digər tərəfdən geosiyasi dəyişikliklərin digər oyunçuların Cənubi Qafqazdakı imkanlarına necə təsir edəcəyi də məlum deyil.
Ona görə də Azərbaycan rəhbərliyi sülhməramlılar məsələsini müzakirə predmetinə çevirməkdə maraqlı olmadığını göstərir.
Amma mövud reallıqlar da nəzər alınmalıdır və bu məsələ son 3 ilin əməkdaşlıq təcrübəsinə uyğun olaraq Rusiya ilə qarşıdurmaya gedilmədən həll edilməlidir. Bu istiqamətdə hansısa kompromislər mümkündürmü?
Politoloq Elxan Şahinoğlu xatırladır ki, Rusiya rəsmiləri və diplomatları hər dəfə “Rusiya hərbi kontingenti 2025-ci ildən sonra da bölgədə qala bilər” dedikcə Azərbaycan rəsmiləri və diplomatları “2020-ci il 10 noyabr bəyanatına görə Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır” cavabını verirlər.
Onun sözlərinə görə, bununla iki ölkə rəsmiləri və diplomatları arasında qiyabi polemika gedir: “Rusiya “qalmaq istəyirik” dedikcə, Azərbaycan “qalmaq müddətiniz gələn il bitir” cavabını verir. Moskvadan bir ara açıqlama gəldi ki, guya, Rusiya hərbi kontingenti ərazidə minaların zərərsizləşdirilməsi ilə məşğul olacaq.
Ancaq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənın bugünkü açıqlamasından bəlli olur ki, Rusiya hərbi kontingenti minaların zərərsizləşdirilməsinə maraq göstərmir.
Əks halda azərbaycanlı diplomat “ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur” cümləsini işlətməzdi”.
Ekspertin sözlərinə görə, deməli, minaların zərərsizləşdirilməsiylə bağlı ortaq fəaliyyət yoxdur.
“Lap yaxşı, bu bizim bir il sonra Qarabağda işsiz-gücsüz qalan Rusiya hərbi kontingentini evinə yola salmağımızı asanlaşdıracaq”, - o əlavə edib.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da bildirir ki, Rusiya sülhməramlılarının bölgədəki gələcəyi barədə müzakirələr başlayıb: “Bəllidir, bunlar mandatları bitən kimi hazırki mövqelərini boşaldıb harasa getməlidirlər.
Eyni zamanda biz başa düşürük ki, Rusiya və başqa oyunçular çalışacaqlar ki, bölgədə təsirlərini bu və ya digər formada saxlasınlar. Avropa İttifaqı öz müşahidə missiyasını Azərbaycanla sərhədə yerləşdirib.
Digər tərəfdən, biz bilirik ki, 1992-ci ildən Zəngəzur tərəfdə, Ermənistan-İran sərhədində rus sərhədçiləri var. Eyni zamanda 44 günlük müharibədən dərhal sonra Rusiya orada 3 və ya 4 yeni nəzarət məntəqəsi yaradaraq sərhədçilərdən ibarət olan hərbçiləri orada yerləşdirib.
Amma onların yerləşdirilməsi heç bir hüquqi sənədlə tənzimlənmir.
Çünki biz Rusiya və Ermənistan arasında bağlanmış sazişə baxanda görəcəyik ki, 1992-ci ildə imzalanmış bu sənəd sadəcə olaraq MDB-nin xarici sərhədlərinin qorunması üçün Rusiya sərhədçilərinin yerləşdirilməsi ilə bağlıdır. Amma yeni qurulmuş nəzarət məntəqələri MDB üzvləri arasında yaradılıb”.
T.Zülfüqarov hesab edir ki, Rusiya Qarabağdan hərbçilərini çıxarıb Azərbaycan-Ermənistan sərhədlərində saxlamağa çalışacaq.
“Söhbət təkcə sərhədçilərdən də getmir. Həm Rusiya, həm də Qərb çalışacaqlar ki, sərhədlərlə bağlı gedən danışıqlarda iştirak etsinlər. Artıq dolayı olsa da buna aid bəyanatlar verirlər”, - keçmiş nazir vurğulayıb.
Rasim Əliyev
Digər xəbərlər
Tarix: 13-02-2024 18:40 | Bölmə: Təhlil | Baxış: 110

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024