SƏRHƏD TƏXRİBATININ HƏDƏFİ: Aİ Ermənistanda missiyasını genişləndirir - ŞƏRH /FOTO
Sərhəd təxribatına görə məsuliyyəti tək Ermənistan deyil, onun arxasında duran dövlətlər və beynəlxalq təşkilatlar da daşıyırlar. Onlardan gələn qərəzli bəyanatlar, qatı ermənipərəst mövqe də bu qənaəti təsdiqləyir.
Bu sırada Avropa İttifaqı və ona daxil olan ölkələr, xüsusən də Fransa xüsusi canfəşanlıq göstərirlər. O, Ermənistanı silahlandırır, anti-Azərbaycan fəaliyyəti genişləndirir, revanşistləri yeni müharibəyə cəlb etməyə çalışır.
Şübhəsiz ki, Ermənistan onlar üçün heç bir əhəmiyyət kəsb etmir, ondan regionda maraqlarının təmin olunmasında vasitə kimi yararlanır.
Şübhəsiz ki, Qərbin qərəzli və ikili mövqeyini həyata keçirməkdə Aİ, xüsusən də təşkilatın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin xüsusi rolu var. Bu şəxs fevralın 13-də Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasından sonra verdiyi bəyanatında öz ənənəsinə sadiq qalaraq anti-Azərbaycan fikirlər səsləndirib.
O, sərhəd təxribatına obyektiv qiymət vermək, onun səbəbkarını açıq demək əvəzinə, təxribatçı bəyanatlar verib. Ali nümayəndə bu son açıqlamaları ilə əsl mahiyyətini bir daha ortaya qoymuş olub.
C.Borrel Ermənistanda Aİ-nin fəaliyyətinin genişləndirilməli olduğunu, bu istiqamətdə fəaliyyət göstəriləcəyini dilə gətirib. Aİ nümayəndəsi Ermənistan ordusunun fevralın 12-də şərti sərhəd ərazisində azərbaycanlı sərhədçini yaralaması faktını görməzdən gəlib, eyni zamanda, rəsmi Bakının özünümüdafiə hüququna uyğun olaraq atdığı addımları sual altına almağa çalışıb.
Digər bir məsələ ondan ibarətdir ki, Ermənistan rəhbərliyi ilə eyni mövqedən çıxış edən Aİ nümayəndəsi qoşunların sərhəd bölgəsindən geri çəkilməsi kimi əcaib təkliflə çıxış edib. Bu da, ilk növbədə, Azərbaycanın suverenliyinə zidd olmaqla yanaşı, işğalçı Ermənistan ordusunu Azərbaycana qarşı növbəti hücumları üçün əlverişli mövqelərə çıxarmaq məqsədi daşıyır.
Əlbəttə, Ermənistan ordusu öz torpağında möhkəm dayanmış Azərbaycan ordusu ilə üz-üzə gəlmək istəmirsə, ölkəsinin içərilərinə doğru geri çəkilməkdə sərbəstdir.
Maraqlıdır ki, Borrel Azərbaycanın Qarabağ bölgəsindən ötən il Ermənistanın təhriki ilə köçüb getmiş erməniləri “qaçqın” adlandırmaqdan da çəkinməyib. Ermənilərə humanitar qayğıdan danışdığı halda, Ermənistandan zorla qovulmuş 300 mindən artıq azərbaycanlı haqqında bir kəlmə belə danışmayıb.
Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi təxribat İrəvanın sülhə olan real münasibətini də göstərir. Ermənistanın sülhə sədaqətindən dəm vuran baş nazir Nikol Paşinyanın, əslində, gözə kül üfürməklə məşğul olduğunu son insident də təsdiqləyir.
Artıq hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi və vəziyyəti gərginləşdirməyə xidmət etdiyi şübhə doğurmur.
Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da Borrelin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir.
“Təəssüf ki, Aİ tərəfi beş ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində hərbi qulluqçumuzun yaralanmasına etinasız yanaşır.
Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər, həmçinin, Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb”, - XİN bəyan edib.
Təəssüflə qeyd edilib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə birtərəfli ermənipərəst mövqe tutaraq Azərbaycanla Avropa İttifaqı təsisatları arasında uçurum yaradır və özünü nəticə etibarilə Azərbaycan-Ermənistan normallaşma prosesindən tamamilə təcrid edir.
Görünən odur ki, Aİ Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız azərbaycanofobiyanın genişləndirilməsi üçün əsas rupora çevrilir, Borrel də bu siyasətə ciddi töhfə verməkdədir. Hədəfi də başa çatmış münaqişəni yenidən alovlandırmaq, regiona təsir imkanı qazanmaqdır. Ermənistan isə bu çirkin oyunun reallaşmasında vasitə rolunu oynayır./Report
Digər xəbərlər
Tarix: 14-02-2024 19:40 | Bölmə: Təhlil | Baxış: 101

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024