Beş milyard dollarlıq ticarət - Türkiyə Qırğızıstanda möhkəmlənir - FOTO
Rəsmi Bişkek və Ankara ikitərəfli ticarətin həcmini beş milyard dollara çatdırmaq niyyətində olduqlarını bəyan ediblər. Ankarada Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarovla Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında aparılan danışıqlar zamanı bu barədə razılıq əldə olunub.
Türkiyə Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqazda mövqelərini gücləndirməkdədir. Güc mərkəzinə çevrilən qardaş ölkənin diqqət yetirdiyi bölgələr sırasında Mərkəzi Asiya xüsusi yer tutur. Türkiyə və Mərkəzi Asiya ölkələrinin rəsmiləri arasında qarşılıqlı səfərlər, ikitərəfli münasibətlər güclənir, strateji önəm kəsb edir.
SSRİ dağıldıqdan və müstəqillik əldə etdikdən sonra daha çox Rusiyanın təsiri altında olan Mərkəzi Asiya ölkələri son illər Türkiyə ilə də münasibətləri inkişaf etdirməkdədirlər. Bu əməkdaşlığın güclənməsində Azərbaycanın da əvəzsiz rolu var.
Türk Dövlətləri Təşkilatı iki ölkə lideri sayəsində güc mərkəzinə çevrilməkdədir. Humanitar, mədəni əməkdaşlıq artıq siyasi, iqtisadi, hərbi əməkdaşlığa çevrilib.
Zəngəzur dəhlizinin açılması ilə isə Türkiyə və Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi bağlantı daha da güclənəcək. Ən ciddi nailiyyət ondan ibarətdir ki, Mərkəzi Asiya dövlətləri Türkiyənin iştirakı olmadan hər hansı bir problemin həllinin mümkünsüzlüyünü anlayırlar. Bir məsələni də qeyd etmək gərəkdir ki, Türkiyə bölgə uğrunda mübarizədə tək deyil.
Artıq regionda oturuşmuş dövlətlər var - Rusiya və Çin. Bu sırada olmaq istəyənlər sırasında ABŞ və Avropa ölkələri də var. Görünən odur ki, region uğrunda mübarizə asan olmayacaq. Özbəkistanla sıx münasibətlər quran rəsmi Ankara artıq Bişkeklə də təmaslarını artırıb.
Beş milyard dollarlıq ticarət
Artıq rəsmi Bişkek və Ankara ikitərəfli ticarətin həcmini beş milyard dollara çatdırmaq niyyətində olduqlarını bəyan ediblər.
Ankarada Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarovla Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında aparılan danışıqlar zamanı bu barədə razılıq əldə olunub.
Prezident Rəcəb Tayyib Ərdoğanın Bişkekə gözlənilən səfəri ilə əlaqədar təşkil olunan hökumətlərarası komissiyanın 11-ci iclası və biznes forumu da keçirilib.
Akılbek Japarov Ankaraya rəsmi səfəri çərçivəsində 500-ə yaxın sahibkarın qatıldığı biznes forumda iştirak edib. O, çıxışında qeyd edib ki, Qırğızıstan-Türkiyə münasibətləri prezident Sadır Japarovun dövründə yeni səviyyəyə yüksəlib:
“2023-cü ilin yanvar-noyabr aylarında Qırğızıstan ilə Türkiyə arasında ticarət dövriyyəsi 560,5 milyon dollar təşkil edib. Eyni zamanda, Türkiyə 2022-ci ildə Qırğızıstan iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkə olub, Türkiyədən yatırılan investisiyaların ümumi həcmi 341,6 milyon dollar təşkil edib”.
Öz növbəsində Cevdet Yılmaz da qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın yaxşı potensialı var. Qeyd edək ki, gələn il prezidentlər Sadır Japarov və Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Bişkekdə Strateji Tərəfdaşlıq üzrə Ali Şuranın iclasının keçirilməsi planlaşdırılır.
ABŞ ölkəyə nüfuz etməyə çalışır
Türkiyənin diqqət yetirdiyi bölgədə digər güc mərkəzlərinin fəallığı da səngimir. Xüsusilə Ukrayna müharibəsi səbəbindən Rusiyanı hər yerdə çətin duruma salmağa çalışan Qərbin, ən çox da ABŞ-nin Mərkəzi Asiyadakı fəaliyyəti diqqət çəkir.
Lakin bu fəaliyyət gözlənildiyi kimi Türkiyənin yumşaq güc siyasətindən fərqli olaraq təhdid və şantaja əsaslanır.
Bu günlərdə Qırğızıstan rəhbərliyi ABŞ-nin ünvanına sərt bəyanat verib. Prezident Sadır Japarov ABŞ dövlət katibi Antoni Blinkenə cavab məktubunda Vaşinqtonu və digər ölkələrin hökumətlərini respublikanın daxili işlərinə qarışmamağa çağırıb.
Bundan əvvəl Blinken Japarova mesaj göndərərək Qırğızıstan parlamentinin “Qeyri-kommersiya təşkilatları haqqında” qanuna dəyişikliklərə baxmasından narahatlığını ifadə edib.
Japarov məktubda Bişkekin bərabərhüquqlu əməkdaşlığın tərəfdarı olduğunu və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazır olduğunu vurğulayıb.
“Mən həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, - Qırğızıstan lideri qeyd edib.
Japarov təəssüflə bildirib ki, ABŞ dövlət katibinin Qırğızıstanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı “obyektiv” fikirləri yoxdur.
Beləliklə, Qırğızıstan uğrunda fövqəldövlətlərin mübarizəsi qızışır. Bu mübarizədən kimin qalib çıxacağını söyləmək isə çətindir. Son seçimi təbii ki, qırğız xalqı edəcək./"Kaspi”
Digər xəbərlər
Tarix: 19-02-2024 00:42 | Bölmə: Təhlil | Baxış: 102

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024