“CƏSƏDİ VERMİRLƏRSƏ, DEMƏLİ GİZLƏDİLƏCƏK NƏSƏ VAR...”- Putinin meyitlə bağlı dilemması...
Müəmmalı şəraitdə ölən Rusiya müxalifətinin lideri Aleksey Navalnının cəsədi doğmalarına təhvil verilmir. Onun anası uzaq Salexard şəhərinə gedərək, övladının meyitini təhvil almaq istəyib.
Çünki bundan öncə 3 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi Aleksey Navalnının cəsədinin Salexard morqunda olduğunu bildirmişdi. Siyasətçinin anası uzun yol qət edərək oraya çatanda isə cəsədin onlarda olmadığını deyiblər.
Hazırda hakimiyət təmsilçiləri nə cəsədin yerini deyir, nə onu dəfn etmək üçün təhvil verir, nə də ölümün konkret səbəbini açıqlayırlar. Navalnını anım aksiyalarına çıxan olduqca azsaylı rusiyalılar isə həbs edilirlər.
Doğrudur, Navalnı öz şovinsit, millətçi, imperiyaçı baxışları ilə Putin hakimiyyətindən az fərqlənib.
2022-ci ildə başlanan işğalçılıq müharibəsini pisləsə də, atası ukraynalı olan Navalnı Rusiyanın Krımı işğal etməsinə, ümumilikdə Ukraynaya qarşı aparılan siyasətə haqq qazandırıb, çıxışlarında ukraynalıları təhqiramiz şəkildə “xaxollar” adlandırıb.
Onun müxtəlif vaxtlarda ümumilikdə keçmiş SSRİ xalqlarına qarşı aşağılayıcı, şovinist baxışları, açıqlamaları olub.
Ancaq bütün bunlara baxmayaraq, Navalnının ölümü və cəsədi ətrafında baş verənlər Rusiya hakimiyyətinin və cəmiyyətinin hansı dərəcədə çürüdüyünün, deqradasiyaya uğradığının göstəricisidir...
“BBC”-yə danışan tibb ekspertləri hesab edir ki, Rusiya hakimiyyəti Navalnının cəsədinin yarılmasını nə qədər uzatsa, onun ölüm səbəbini gizlətmək və “izləri itirmək” bir o qədər asan olacaq.
“Yalnız vaxtında aparılan yarılma qəfil ölümün səbəblərini aydınlaşdıra bilər – o, mümkün qədər tez, ən azı 24 saat ərzində yarılmalı idi. Bunlar qəfil ölüm halında normal hərəkətlərdir, yarılma üçün biopsiya və ya digər tədqiqatların nəticələrini gözləmək lazım deyil.
Məncə, ölümün səbəbi tromboemboliya, kəskin koronar sindrom, infarkt və s. olsaydı, Rusiyada artıq onu yarıb, “car çəkərdilər”. Belədə hakimiyyət orqanlarının yarılma edib meyiti təhvil verməsi daha sərfəlidir.
Ancaq bunu etmirlər. Meyit təhvil verilmirsə, deməli gizlədiləcək nəsə var”. Bunları BBC-yə ABŞ-dəki Tufts Tibb Mərkəzinin şöbə müdiri Konstantin Balonov deyib.
“Navalnının cəsədi ən azı iki həftə yaxınlarına verilməyəcək”. Bunu isə mərhum siyasətçinin mətbuat katibi Kira Yarmış deyib. Onun sözlərinə görə, müstəntiqlər Navalnının anasına və vəkillərinə “kimyəvi ekspertizanın keçirilməsi üçün çox vaxt tələb olunacağını” deyiblər.
Bu arada Navalnının cəsədinin bundan sonrakı “taleyi” barədə müxtəlif mülahizələr irəli sürülməkdədir. Əksər müşahidəçilər onun mümkün qədər uzun müddət yaxınlarına təhvil verilməyəcəyi fikrindədirlər.
Rusiya qanunlarına görə, insanın cəsədi “istintaq araşdırması” adı altında maksimum 30 gün saxlanıla bilər və bundan sonra yaxınlarına təhvil verilməlidir.
Bu o deməkdir ki, fevralın 16-da ölüm xəbəri verilən Navalnının cəsədini martın 15-də keçiriləcək prezident seçkisinə qədər məlum bəhanələrlə saxlaya bilərlər. Elə Kremlə də bu variant sərf edir...
Ukraynalı tanınmış jurnalist Dmitri Qordon son şərhində qeyd edib ki, Putin Navalnının cəsədilə bağlı seçim qarşısındadır və onu seçki qurtarana qədər təhvil verməyəcək. Qarşıda Navalnını ya Rusiyada dəfn etmək, ya da Avropada yaşayan ailə üzvlərinə vermək dilemması var.
Rusiyada dəfn ediləcəyi təqdirdə, bu mərasimə istər-istəməz xeyli sayda adam toplaşacaq, səs-küy yaranacaq, yeni həbslər keçirilməli olacaq, baş verənlər siyasi gündəmə təsir edəcək və sair. Bu isə xüsusilə də seçki ərəfəsində əlavə “başağrısıdır” və Kreml üçün qətiyyən arzuolunan deyil.
Digər yandan, Navalnının qəbri onun tərəfdarları və ümumilikdə Rusiyadakı müxalif düşüncə daşıyıcıları üçün bir növ simvola, daimi ziyarət və gələcək etirazlar üçün toplanış yerinə çevrilə bilər. Bu da Kremlə lazım deyil...
Cəsədin Navalnının yaxınları tərəfindən Avropaya aparılaraq, orada dəfn edilməsi də Kremlə sərfəli deyil. Çünki orada onun dəfninə böyük izdiham toplaşacaq.
Həmin mərasimə Avropa ölkələri və ABŞ liderləri qatılacaq. Bu isə Rusiyanın onsuz da ayaqlar altında sürünən beynəlxalq nüfuzuna daha bir ağır zərbə olar və Kremlə qarşı beynəlxalq birliyi daha da gücləndirə bilər.
Odur ki, Navalnının həyatda olması kimi, ölümü də Putin üçün başağrısıdr.
Ancaq xüsusilə də son iki ildə baş verənlər Kremlin həddi-hüdudu olmayan dərəcədə “sırtıldığını”, nə beynəlxalq hüquqa, nə Rusiyanın öz qanunlarına məhəl qoymadığını, heç kimlə hesablaşmadığını və istənilən etirazı, çağırışı və s. güc yolu ilə dəf adə biləcəyini düşündüyünü ortaya qoydu.
Odur ki, Navalnının ölümünü və dəfnini də eyni “prinsiplərə” əsaslanaraq, “yola verəcəklər”. Çünki artıq Kremlin çəkindiyi, utandığı, hesablaşdığı, müqəddəs saydığı heç nə qalmayıb...
C.Məmmədov
Digər xəbərlər
Tarix: 20-02-2024 13:30 | Bölmə: Təhlil / Ölkə | Baxış: 146

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024