QADIN ŞƏRİ ALINMADI, CASUSLUQ İTTİHAMI VERDİLƏR - Assanjın xidmətinin bədəli
Adamı 14 ildir təqib edirlər, Ekvador səfirliyində ev dustağı kimi yaşadığı illəri də nəzərə alsaq, 12 ildir ki, bir binaya qapanıb qalıb, hələ məhkəməsi olsa və məhkum edilsə, 175 il də yatacaq.
Bu günlərdə London Ali Məhkəməsində WikiLeaks portalının qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı dinləmələr gedir.
Hakimlər dünya şöhrətli jurnalistin əlavə apellyasiya şikayəti vermək hüququna malik olmadığını müəyyən edərsə, o, yaxın vaxtlarda ABŞ-a göndəriləcək. Orada isə ona ən azı üçrəqəmli həbs cəzası kəsiləcək.
Çünki Culian Assanj öz portalında ABŞ dövlətinin rəsmi şəxslərinin yazışmalarını yayıb. Bu yazışmalarda amerikalıların başqa dövlətlərə qarşı necə bir məkrli siyasət yeritdikləri, onların dalınca nə danışdıqları, rəqib-müttəfiq demədən hansı planlar qurduqları əks olunub.
Düzdür, Assanjın fəaliyyətindən bütün ölkələr öz nəsiblərini alıblar, onların da liderlərinin məxfi danışıq və yazışmaları faş olub, naqolay durumda qalanlar çox olub, ancaq başqa dövlətlər Assanja qarşı o qədər də qəzəbli deyillər.
ABŞ isə, necə deyərlər, onun kəlləsini istəyir. Ona görə ki, WikiLeaks-in dünyaya yaydığı məxfi yazışma və sənədlər bu dövlətin reputasiyasını geridönməz şəkildə zədələyib, onun hamıya yuxarıdan aşağı baxdığını, əksər dövlətlərlə yalandan səmimi müttəfiqlik əlaqələri saxladığını, əslində isə hər zaman öz mənafeyini güddüyünü ortaya qoyub.
O sənədlərin faş olmasından sonra bütün dünyada ABŞ-a münasibət bir xeyli dəyişib, indi o biri dövlətlər dünya hegemonu ilə müəyyən məsafə saxlayır, onun təşəbbüslərinə qoşularkən tərəddüd edir, dominantlığını sözsüz qəbul etmirlər.
Ona görə də ABŞ onu problem yaratmış Assanjı ağır şəkildə cəzalandırmaq istəyr ki, başqalarına da dərs olsun, hamı anlasın ki, ABŞ-a əl və dil uzatmağın bədəli ağır olur.
Assanjı ilk olaraq İsveç həbs etmişdi, 2010-cu ildə onu cinsi xarakterli cinayət törətməkdə ittiham edirdilər. Guya jurnalist intim planda könüllü partnyor tapmağın problem olmadığı ölkədə hansısa qadını zorlayıbmış.
İttihamən qurama və sifariş olduğu gendən çağırırdı. Sifariş ABŞ-dan gəlmişdi. Elə Assanj da qorxurdu ki, Stokholm sonda onu Vaşinqtona təhvil verəcək.
Assanjın üzünə duran qadın onun digər qadınla paralel münasibət qurduğunu iddia edirdi və bildirirdi ki, jurnalist onunla cinsi əlaqədə olarkən qorunmayıb. Assanj bu ittihamı rədd edərək, Stokholm qəzetlərindən birinə məktub yazıb və bu ittihamların açıq-aşkar ortaya çıxmasının WikiLeaks-dəki nəşrlərlə əlaqəli olduğunu bildirib.
Ertəsi gün İsveç səlahiyyətliləri ona qarşı zorlama ittihamlarını ləğv ediblər.
2010-cu ilin sentyabr ayının 1-də isə İsveç səlahiyyətliləri ona qarşı zorlama işini yenidən açıblar. Prokuror Marian Ni deyib: “Hər şeyə rəğmən cinayətin törədildiyinə inanmaq üçün əsas var”. 18 noyabr 2010-cu ildə İsveç məhkəməsi Wikileaks-in qurucusunun həbsinə order verib.
Ertəsi gün Assanjın isveçli vəkili bu məhkəmə qərarından şikayət edib. Assanjı buraxıblar və o, Londana gedib. 27 sentyabr 2012-ci ildə Culian Assanjı dövlətin düşməni elan edən ABŞ orada da onu rahat buraxmayıb. Assanj Ekvador səfirliyinə sığınıb, ona siyasi sığınacaq veriblər.
Əvvəlcə polisin Assanjı həbs etmək üçün səfirliyə basqın etmək niyyətində olduğu bildirilib, lakin Britaniyanın xarici işlər naziri Uilyam Heyq daha sonra səfirliyə basqın olmayacağını söyləyib. 2019-cu ilə qədər Assanj Ekvador səfirliyində yaşayıb.
2016-cı il yanvarın 22-də BMT-nin işçi komissiyası Britaniya və İsveç hökumətlərinə sənəd göndərib və orada Assanjın təhlükəsizliyini təmin etmək, ona sərbəst hərəkət etmək hüququ vermək üçün vəziyyətin qiymətləndirilməsini istəyib.
Nəhayət, 11 aprel 2019-cu ildə Ekvador prezidenti Lenin Moreno videomüraciət edərək Assanjı ölkəsinin Britaniyadakı səfirliyində sığınacaqdan məhrum etdiyini bildirib.
Ekvador xarici işlər naziri bəyan edib ki, Assancın Ekvador vətəndaşlığı da ləğv edilir. Bütün bunlar ABŞ və Britaniyanın Ekvadora təzyiqləri nəticəsində olub.
2019-cu ildən bəri Assanj Britaniya ədliyyəsinin əlindədir. ABŞ-ın Avropadakı və dünyadakı 1 nömrəli müttəfiqi olan Britaniyanın hakim və prokurorları 5-ci ildir ki, bu işi yavaş-yavaş, bişirə-bişirə hala gətirirlər və qətiyyən tələsmirlər. Assanj zatən türmədə, göz altındadır, zərərsizləşdirilib, peşə fəaliyyətini davam etdirə bilmir.
ABŞ səlahiyyətliləri onu məxfi məlumatların açıqlanması da daxil olmaqla 18 cinayət qanununun pozulmasında və “Casusluq aktı” ilə ittiham edir.
Maraqlıdır, Assanjı necə casusluqda ittiham etmək olar ki, o, məxfi məlumatları əldə edərək hansısa dövlətə, transmilli holdinqə ötürməyib, dünya ictimaiyyətinin nəzərinə çatdırıb, bəşəriyyətə xidmət edib.
Məgər onun ABŞ qarşısında hansısa bir dövlət sirrini yaymayacağına dair öhdəliyi, andı, iltizamı olub ki, əlinə düşən informasiyaları yaymaqdan çəkinsin? Həmin informasiyaları əldə etməyin üsullarına gəlincə, jurnalistlərin qarşısında elə bir qoruq-qaytaq yoxdur, onun işi informasiya əldə etməkdir.
Bu, dövlətin vəzifəsi və borcudur ki, öz sirlərini qorusun və onun məmurları daxili yazışmalarda daha korrekt, daha təmkinli və daha mədəni olsunlar. Sabah bizim əlimizə Avstraliyanın hansısa cinayətini ifşa edən sənəd düşsə, biz onu yaymamalıyıq ki Kanberradan gəlib bizi həbs edərlər? Absurd.
Əslində WikiLeaks portaında onun casus qalmaqalları, korrupsiya maxinasiyaları, müharibə cinayətləri, müxtəlif ölkələrin hakimiyyətlərinin ən yüksək eşelonlarının cinayətləri barədə dərc olunan məxfi materiallar beynəlxalq məhkəmələrin açacağı cinayət işlərinin predmeti olmalıydı.
Assanj öz fəaliyyəti ilə beynəlxalq məhkəmələrə ciddi və analoqsuz materiallar verib. Buna görə ona təşəkkür edilməliykən, özlərini “demokratiyanın beşiyi”, “insan haqlarının keşikçisi”, “dünyada haqq-ədalətin qoruqçusu”, “söz və mətbuat azadlığının gözətçisi” elan edən ölkələr adamı həbs edib cəzalandırılar.
Başqa dövlətlərin rəhbərlərinin korrupsiya maxinasiyalarını araşdırıb hesabat hazırlamağa gəlincə, bunu dünyada ən effektiv və yayğın şəkildə edən məhz ABŞ-dır.
Bu dövlətdə hər kəsə qarşı ifşaedici materiallar var və ABŞ lazım gəldikdə həmin materialların altına sərəncamında olan agent-jurnalistlərin birinin imzasını qoyaraq, inhisarında olan media qurumlarında bütün dünyaya yaydırır. Bu, legitimdir, Assanjın etdiyi qanunsuzdur?
Başqa vaxt hansısa ölkədə bir aksiyada jurnalistin köynəyi cırılanda bəyanatı bəyanata calayan “Amnesty International” kimi təşkilatlar Culian Assanjın işində susqundurlar.
Adı çəkilən qurum 17 may 2019-cu ildə belə bir açıqlama verib: “Culian Assanjın işi yaxından izlədiyimiz, lakin üzərində fəal işləmədiyimiz bir işdir.
Amnesty International Culian Assanjı vicdan məhbusu hesab etmir”. Niyə? Ona görə ki, ABŞ belə tələb edir./musavat.com
Digər xəbərlər
Tarix: 22-02-2024 14:55 | Bölmə: Təhlil | Baxış: 108
Adamı 14 ildir təqib edirlər, Ekvador səfirliyində ev dustağı kimi yaşadığı illəri də nəzərə alsaq, 12 ildir ki, bir binaya qapanıb qalıb, hələ məhkəməsi olsa və məhkum edilsə, 175 il də yatacaq.
Söhbət söz və mətbuat azadlığını öz prioriteti elan edən, bu sahədə qüsurlara görə digər dövlətlərin başını yaran ABŞ və Avropada öz işini gördüyü üçün həbs altında yaşayan Culian Assanjdan gedir.

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024