«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
NATO Ukrayna hava məkanını uçuşa bağlayacaqmı?- Bu gün nazirlərlə gərgin danışıqlar gözlənilir

Tarix: 04-03-2022 13:28 | Bölmə: Təhlil | Baxış: 150



Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba bəyan edib ki, martın 4-də NATO üzvləri ilə görüşdə Ukrayna üzərində qeyri-uçuş zonası məsələsini qaldıracaq.
Kiyev Rusiya hərbi təyyarələrinin girişinin önlənməsindən ötrü Qərb liderlərini qeyri-uçuş zonası elan etməyə çağırır. Amma Vaşinqton və NATO müttəfiqləri bu ideyanı rədd edib, bunun Rusiya ilə birbaşa qarşıdurmaya aparacağından ehtiyatlanırlar.
Ukrayna liderləri bu cavabı qəbul etmirlər. Prezident Volodimir Zelenski martın 3-də mətbuat konfransında bu məsələni yenidən qaldırıb. Prezidentin müşaviri Mixaylo Podolyak isə daha öncə "Twitter"də bu haqda yazıb.
“Müharibənin 7 günü ərzində bir milyona yaxın qaçqın yaranıb, Ukraynanın böyük şəhərlərinin tarixi mərkəzləri tamamilə dağıdılıb. Bu, NATO-nun Ukrayna üzərində səmanı bağlamamasının nəticəsidir”, – Podolyak yazıb.
Ukraynanın Baş naziri Denis Şmihal martın 3-də bəyanatında bildirib ki, ölkənin nüvə zavodları üzərində səma qapadılmalıdır. O, NATO-ya Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət etdiyini deyib.
“Ukrayna üzərində səmanı bağlayın! Bu, bütün dünyanın təhlükəsizlik məsələsidir!” – Şmihal bəyanatında vurğulayıb.
Kuleba deyib ki, NATO üzvləri ilə görüşdə qeyri-uçuş zonası və Ukraynanın Hava Qüvvələri və havadan müdafiə avadanlığına yardım məsələlərini qaldıracaq. O həmçinin Qərbin Ukraynaya silah təminatını davam etdirməsindən danışacaq. Qərb ölkələri hazırda Ukraynanı zenit və antitank raketləri ilə təmin edirlər.
Qeyri-uçuş zonası yaradılması xahişinin rədd edilməsi ilə bağlı sualı Kuleba belə cavablandırıb: “Hələlik, detalları açıqlamaq istəmirəm. Bu çox mürəkkəb məsələdir və ən yüksək səviyyədə müzakirə edilməlidir. Buna görə də sabah alyansla bu haqda danışacağıq”.
Kuleba qərbin Rusiyaya sanksiyalarını misli görünməmiş adlandırıb, Rusiya iqtisadiyyatına ciddi ziyan vuracağını, yeni sanksiyaların tətbiq ediləcəyini deyib. Onun sözlərinə görə, Ukraynanın təklif etdiyi heç bir sanksiya rədd edilməyib. Amma nazir sanksiyaların Rusiyanın müharibəni dayandırması, Ukraynanın itkilərini kompensasiya etməsi üçün yetərli olmadığını söyləyib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024