NATO ARTIQ İRƏVANDADIR: Gözləyək, ya indi başlayaq?
Ermənistan nəhayət ki, KTMT və Rusiya ilə münasibətləri kəsir - bu məsələ ilə bağlı praktiki razılaşmalar Nikol Paşinyanın Parisə səfəri və onun həm NATO, həm də Vaşinqtonun maraqlarını təmsil edən Fransa prezidenti Emmanuel Makronla apardığı danışıqlar zamanı əldə olunub.
Bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.
O bildirib ki, Yelisey Sarayı İrəvanın Fransa və NATO-dan siyasi və hərbi dəstəyi ilə bağlı Paşinyanın tələb etdiyi zəmanəti verdi:
“Paşinyan Ermənistanın KTMT/Rusiyadan praktiki “boşanması” və Qərbin təhlükəsizlik “çətiri” altına keçid prosesinə başlamaq üçün bu zəmanəti yetərli hesab etdi. Bunu Nikol Paşinyanın bir sıra siyasi bəyanatları sübut edir.
1. Faktların və sağlam məntiqin əksinə olaraq, Paşinyan açıq şəkildə Moskvanı onu devirməyə cəhddə - yəni çevriliş hazırlamaqda ittiham etdi. Bununla o, Ermənistan cəmiyyətinə Rusiyanın düşmən olması ilə bağlı açıq və birmənalı siqnal verdi.
Eyni zamanda, Ermənistanın təhlükəsizlik və xüsusi xidmət orqanlarına rusiyayönlü erməni siyasətçi və ictimai xadimlərini məngənəyə salmaq, onların barəsində ittihamedici sübutlar toplamaq, gözdən salmaq, sonra isə onları təmizləmək tapşırılıb.
2. Paşinyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətində iştirakının dondurulduğunu elan etdi.
KTMT-dən birbaşa və təcili çıxmaq açıq şəkildə düşmənçilik olar və Moskva tərəfindən Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiqi ilə nəticələnər, ona görə də siyasi uzaqlaşma taktikası seçildi və qərara alındı ki, “bütün bağları kəsmək” daha sonra, əlverişli anda olacaq.
Eyni zamanda, Ermənistan KTMT-də “Troya atı” rolunu oynayacaq – Təşkilatın siyasi və hərbi sirlərinə çıxış əldə edərək, onları Qərbə sızdıracaq, eyni zamanda, KTMT və onun qanuni orqanlarının fəaliyyətinə mənfi təsir göstərəcək (xərçəng hüceyrələrinin taktikası: əvvəlcə təqlid, şiş sonra yayılır, metastaz verir və nəticədə bədəni öldürür).
3. Paşinyanın anti-Rusiya ritorikası indi İrəvanın rəsmi media siyasətinə çevrilir. Ermənistan Baş nazirinin Ofisinin nəzarətində olan hökumətyönlü Teleqram kanalları artıq Rusiya rəsmilərini və Rusiya Federasiyasını bir dövlət olaraq birbaşa təhqir etməyə keçib.
Qarşıda Ermənistanda Rusiya televiziyası və radiosunun tam təmizlənməsi ilə bağlı siyasi qərarın qəbulu var - bu, “lazımi vaxtda və münasib əsasla” ediləcək.
4. Ermənistanla aparıcı Qərb dövlətləri arasında xüsusi xidmət orqanları vasitəsilə əməkdaşlıq fəal şəkildə inkişaf edir.
Bu yaxınlarda Qərbin demək olar ki, bütün ən böyük kəşfiyyat xidmətlərinin rəhbərləri İrəvana səfər ediblər və onlara Paşinyanla təkbətək formatda şəxsi görüş imkanı verilib. Onların nə danışdıqlarını təxmin etmək çətin deyil.
NATO üzvü olan ölkələrin bir sıra səfirliklərinin damı altında İrəvanda yerləşdirilən Qərb kəşfiyyat xidmətlərinin diplomatik rezidenturalarının sayı və fəaliyyəti xeyli artıb.
Ermənistan Avropa xüsusi xidmət orqanlarının peşəkar əməkdaşlarından ibarət olan “AB-nin müşahidə missiyası” üçün “yaşıl işıq” yandırıb.
AB-nin bu missiyasının kəşfiyyat və təxribat fəaliyyətinin miqyası həm onların sayını artırmaqla, həm də Ermənistan ərazisində daha çox daimi nümayəndəliklər açmaqla genişləndirilir.
5. Rusiya ilə müttəfiqlik əlaqələrini kəsən İrəvan NATO standartlarına tədricən keçid və gələcəkdə tam qarşılıqlı fəaliyyətə nail olmaqla Şimali Atlantika Alyansı ölkələri ilə hərbi və hərbi-texniki əməkdaşlığın fəal inkişafına başlayıb.
Artıq Ermənistan ərazisində amerikalıların iştirak etdiyi bir sıra hərbi təlimlər keçirilib.
Fransa müdafiə naziri Sebastyan Lekornunun İrəvana rəsmi səfəri də çox əlamətdardır. Fransa Cənubi Qafqaz regionundan zorla çıxarılan Rusiyanı de-fakto əvəz etməyə başlayıb.
2024-cü ilin sonuna kimi İrəvan Gümrüdəki Rusiya hərbi bazasının bağlanması və orada Fransa hərbi bazasının yerləşdirilməsi ilə bağlı siyasi qərar qəbul edə bilər, eyni aqibət Ermənistandakı Rusiya sərhədçilərini də gözləyir.
Fransa hərbi bazasının ardınca çox yaxında Erebunidə Amerika hərbi hava bazası peyda ola və ABŞ elektron kəşfiyyat mərkəzi də yerləşdirilə bilər.
O ki qaldı Paşinyanın “Rusiya hərbi bazası məsələsi gündəmdə deyil” sözlərinə, bu, sadəcə olaraq, Rusiyanı “qarmaqda saxlamaq” istəyidir, İrəvanın Vaşinqton, Paris və Brüssellə razılaşdırdığı strateji dezinformasiya elementidir - Moskvanı sərt cavaba indidən təhrik etməmək üçün.
Ermənistan Rusiyada zabit hazırlığını məhdudlaşdırır, özünü tamamilə Qərbə yönləndirir. Bildirilib ki, Fransa öz hərbi məktəblərində erməni zabit və çavuşları, eləcə də hərbi texnikanın istismarı və texniki xidməti üzrə erməni texniki mütəxəssisləri hazırlamağa başlayan NATO üzvü olan ilk ölkə olacaq.
6. Ermənistana Qərb istehsalı olan silahların tədarükü başlayıb. Qatarın lokomotivi Fransadır. Paris Ermənistan üçün NATO standartlarına tam uyğun gələn kompleks hava hücumundan müdafiə sistemi yaratmağı tam şəkildə öhdəsinə götürüb. Proqrama bir neçə mərhələ daxildir.
İlk mərhələdə İrəvan “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemi alacaq. Ermənistan ordusunun bu hava hücumundan müdafiə sistemləri ilə müvafiq hazırlığından sonra Fransa “Krotale” və “Roland” hava hücumundan müdafiə sistemlərini verəcək.
Son mərhələ SAMP/T uzaqmənzilli hava hücumundan müdafiə sisteminin Ermənistan silahlı qüvvələrinə çatdırılmasını nəzərdə tutur.
Paris yuxarıda qeyd olunan zenit-raket komplekslərindən əlavə, ilk mərhələdə Ermənistana üç, gələcəkdə isə daha altı GM-200 hava məkanını mobil idarə edən radar verəcək.
Hava hücumundan müdafiə sistemləri və radarların inteqrasiyası müvafiq avtomatlaşdırma sistemlərindən istifadə etməklə hava hücumundan müdafiə döyüş idarəetmə mərkəzinin yerləşdirilməsi əsasında fransız hərbi mütəxəssisləri tərəfindən həyata keçiriləcək.
Bu, NATO-ya bütün Cənubi Qafqaz üzərində hava məkanına nəzarət etməyə imkan verəcək – və bu, Rusiya Federasiyasının milli təhlükəsizliyinə birbaşa və aşkar təhdid yaradır.
Qarşıda Birgə Regional Hava Hücumundan Müdafiə Sisteminin yaradılması haqqında Rusiya-Ermənistan sazişinin denonsasiyası, yəni Rusiya və KTMT ilə yekun və tam qırılmadır.
Fransanın zirehli texnikasının ilk partiyası - "Bastion" zirehli texnikası, eləcə də gecəgörmə cihazları artıq Ermənistana gətirilib. Digər silah növlərinin də çatdırılması planlaşdırılır…
Ümumiləşdirmək olar ki, Nikol Paşinyan Rubikonu keçib, Ermənistanda de-fakto NATO artıq mövcuddur.
İrəvan “əsrlik erməni-rus dostluğu” ilə bağlı əvvəlki şüarları lazımsız yerə ataraq, sözün əsl mənasında, gözümüzün önündə çox yaxın gələcəkdə Rusiya Federasiyası üçün real hərbi risklər və təhdidlər daşıyan NATO körpüsünə çevrilir.
Və əsas sual budur: bunun nəhayət baş verməsini gözləmək, yoxsa indi fəal hərəkət etmək?”
Digər xəbərlər
Tarix: 25-02-2024 12:00 | Bölmə: Təhlil / Aktual | Baxış: 118

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024