“TƏZMİNAT TƏLƏBİ SÜLH MÜQAVİLƏSİNİN ŞƏRTİ OLMALIDIR”- "Bakının əlində Paşinyanın imzaladığı sənəd var”
“Bakı Rusiya aktivlərinin Ukraynaya verilməsi prosesini izləməlidir...”
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar geniş sülh prosesinin mühüm tərkib hissəsidir.
Sülh müqaviləsi iki ölkə arasında gələcək əməkdaşlıq üçün çərçivə formalaşdırmaqdırsa, kommunikasiyaların açılması, humanitar məsələlər, reparasiya və digər mövzular öz dinamikası olan paralel proseslərdir”.
Bunu politoloq Fərhad Məmmədov bildirib.
“Yəni Azərbaycan-Ermənistan münasibətlərində sadalanan mövzulardan hər hansı biri konkret dövr ərzində yaranan şərtlərə uyğun aktual olur.
Bəzi mövzular gələcəyə təxirə salına bilər, məsələn, kommunikasiyaların blokdan çıxarılması, Zəngəzur dəhlizinin açılması. Yaxud əksinə, onlar sülh müqaviləsinin şərtlərinə çevrilə bilər, məsələn, Ermənistan qanunvericiliyinin dəyişdirilməsi”, - ekspert əlavə edib.
Politoloq xatırladır ki, Ermənistanın təzminat ödəməsi mövzusu müharibənin lap sonundan aktual olub. Onun sözlərinə görə, Azərbaycan dəymiş ziyanın monitorinqini və qiymətləndirilməsini həyata keçirib.
“Bakının əlində Ermənistanın Baş nazirinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində olması faktını tanıyan üçtərəfli bəyanatı imzalaması faktı var”, - o qeyd edib.
F.Məmmədov deyir ki, son onilliklərdə təzminatların ödənilməsinə dair bir neçə nümunə var: “Ən son misal Rusiyanın dondurulmuş maliyyə aktivlərinin Ukraynaya veriləcəyini göstərmək olar. Biz Qərbin Rusiyanın maliyyə ehtiyatlarının Ukraynaya transferini hansı hüquqi formada həyata keçiriəcəyinə baxmalıyıq.
Bir şey aydındır - təzminat üçün əsas əsas şərt Ukraynaya qarşı təcavüz və sonradan onun ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı iddiasıdır.
Bu mülahizə tam olara Azərbaycana qarşı təcavüz etmiş, ərazilərimizi işğal etmiş Ermənistana uyğun deyil. Ermənistan qanunvericiliyi Azərbaycan üçün sübut bazası təşkil edir.
Azərbaycanın Ermənistan qanunvericiliyinin dəyişdirilməsi tələbi müəyyən dərəcədə İrəvanın təzminatlarla bağlı Bakının mövqeyini hansısa formada yumşaltmaq üçün mühüm məsələdir. Ancaq Paşinyan hökuməti konstruktivlik nümayiş etdirməsə, o zaman bütün bu sənədlər onu dənizin dibinə sürükləyən lövbərə çevirəcək”.
Politoloq vurğulayır ki, Paşinyanın Makronun təkliflərindən sonra “Azərbaycanla sülhün mümkünsüzlüyü haqqında” verdiyi bəyanat Bakını sülh müqaviləsi üçün yeni şərtlər irəli sürməyə vadar edə bilər.
“Qanunvericiliyin dəyişdirilməsi şərti ilə yanaşı, təzminat mövzusu da ilkin şərtlərdən birinə çevrilə bilər”, - o əlavə edib.
F.Məmmədovun sözlərinə görə, Qərb, xüsusilə ABŞ təzminat iddiaları mövzusuna böyük diqqət yetirir: “Məhz Vaşinqtonda nümayəndə heyətlərinin tərkibinə Xarici İşlər Nazirliklərində beynəlxalq məhkəmələrə qaldırılan iddialar üzrə məsul şəxslər daxil idi ki, bu da Birləşmiş Ştatların qarşılıqlı iddialardan çəkinməyi təklif etdiyini güman etməyə əsas verirdi.
Bununla belə, danışıqlar prosesinin öz dinamikası var. Burada təzminat mövzusu yeni məna kəsb edə bilər. Ermənistanın təzminat ödəməyə qadir olmadığı barədə arqumenti tənqidə tab gətirmir. Belə ki:
-Ermənistan üç il ərzində Azərbaycan ərazisində ordu saxlamaq üçün ildə 400 milyon dollar ödəyən ölkədir;
-iqtisadi artım nümayiş etdirən və maliyyə ehtiyatlarını artıran ölkədir;
-Hindistandan və Fransadan silah almağa milyardlar xərcləyən bir ölkədir.
Yəni Ermənistanın əsaslı maliyyə qaynaqları var. Nəzərə alsaq ki, Ermənistan sivil ölkələrdən fərqli olaraq işğal illərinə görə Azərbaycandan rəsmən üzr istəməyib, o zaman çoxmilyardlı təzminatlar erməni təcavüzkarlığın qarşısını almaq üçün zəruri şərtə çevrilir”.
Politoloqun sözlərinə görə, Qərb himayədarları Azərbaycana təzminat ödəməyi öhdələrinə götürüb bu məsələdə Ermənistana kömək edə bilərlər.
“Buna nail olmaq üçün Bakının təzminat prosesini məhkəmələrdə real təhlükə səviyyəsinə çatdırması və ya təzminat mövzusunu sülh müqaviləsinin şərti kimi irəli sürməsi məqsədəuyğun olardı.
Təəssüf ki, bunsuz Ermənistanın Qərb himayədarları yerindən tərpənməyəcək, Azərbaycanın dağıdılmış şəhər və kəndlərini, azərbaycanlıların mina partlayışlarından ölməsini, öz doğma torpaqlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlını vecinə almırlar”, - Fərhad Məmmədov vurğulayıb.
Rasim Əliyev
Digər xəbərlər
Tarix: 27-02-2024 15:25 | Bölmə: Təhlil | Baxış: 147

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024