«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
10 GÜNƏ 10 TƏYYARƏ...- “Ukraynalıların bu qədər təyyarəni necə vurduqları tam aydın deyil”/TƏHLİL

Tarix: 28-02-2024 16:00 | Bölmə: Təhlil | Baxış: 107



Məlum olduğu kimi, Ukraynada davam edən müharibədə son günlər Rusiya hərbi aviasiyası ciddi itkilər verməkdədir.

“Forbes” nəşrində dərc edilən yazıda Ukrayna Silahlı Qüvvələrinin buna necə nail olduğu araşdırılıb.

Yazıda qeyd olunur ki, Ukrayna Rusiya təyyarələrini vurarkən bahalı “Patriot” və “NASAMS” sistemlərinə aid raketlərdən istifadə edir.

Ukraynanın uğurları həmçinin Rusiyanın ixtiyarında olan “A-50” radar təyyarələrinin üçdə birinin məhv edilməsindən sonra Rusiyanın nəzarətindəki ərazilərdə yaranan “kor nöqtələr” ilə bağlıdır: “Ukrayna Hərbi Hava Qüvvələri 10 gün ərzində Rusiyanın 10 hərbi təyyarəsini vurub.

Bunlar Rusiya Hərbi Hava Qüvvələrinin doqquz ən yaxşı “Su-34” və “Su-35” qırıcı-bombardmançıları, həmçinin nadir “A-50” radar təyyarəsidir”.

Nəşr qeyd edir ki, rusiyalıların öz təyyarələrini itirmə tempi onları əvəz etmə tempini 20 dəfə üstələyir. Çünki Rusiyanın illik müxtəlif modifikasiyalı hərbi təyyarə istehsalının sayı bir neçə onluq təşkil edir.

“Forbes” bildirir ki, müxtəlif ehtimallara rəğmən, “ukraynalıların bu qədər təyyarəni necə vura bildikləri tam aydın deyil”.

Yazının müəllifi David Akse hesab edir ki, Ukrayna Hərbi Hava Qüvvələri “Patriot” sistemlərinin bəzilərini mobil qruplar vasitəsilə cəbhə xətti yaxınlığında sürətlə hərəkət etdirir və Rusiya təyyarələrini pusquya salaraq, 145 km məsafəni vura bilən “PAC-2” raketləri ilə məhv edir.

Daha sonra tez bir zamanda öz yerini dəyişir.

Lakin cümə günü ukraynalılar Rusiyanın “A-50” təyyarəsini daha uzaq məsafədən, təxminən 200 kilometrdən vura bilib. Bu isə daha uzun mənzilli raket sistemindən istifadə edildiyindən xəbər verir. 

Müəllifin fikrincə, bəlkə də ukraynalılar bu zaman uzun müddətdir öz anbarlarında saxladıqları “S-200”-dən istifadə edib...

Bununla belə, “Forbes” əmindir ki, ukraynalılar 40 km məsafəni vura bilən 20-yə yaxın “NASAMS MANPADS” sistemlərinin bəzilərini cəbhə xəttinə yaxınlaşdırıblar. Nəticədə ruslar bazar ertəsi ilk dəfə olaraq Zaporojye yaxınlığında NASAMS buraxılış qurğusunun birini aşkar edərək, raketlə məhv edə bilib.

Yazıda qeyd olunur ki, ola bilsin Ukrayna “qaynar zona” yaratmaq üçün yuxarıda qeyd olunan bütün sistemləri və əlindəki digər bu qəbildən olan silahları eyni anda cəbhə boyu yerləşdirib.

Lakin bu halda Ukraynanın “Patriot” və “NASAMS” üçün raketləri tezliklə tükənəcək, çünki ABŞ 2023-cü ilin dekabr ayının sonundan bəri Ukraynanı bu döyüş sursatları ilə təmin etməyib.

“Forbes” Rusiya qoşunlarının hərəkətlərinin Rusiya aviasiya itkilərinin kəskin artmasına səbəb olduğunu istisna etmir, çünki Rusiya Hərbi Hava Qüvvələri öz quru qoşunlarının irəliləməsi üçün Ukrayna qoşunlarını sıxışdıraraq, cəbhə xəttinə daha yaxın döyüş əməliyyatları həyata keçirir.

Ukrayna Müdafiə Strategiyaları Mərkəzi isə bildirir ki, “düşmən təyyarələrdən birbaşa döyüş meydanında istifadə etmək qorxusunun öhdəsindən gəlib və bu, təyyarələrin itkisinə səbəb olsa da, nəticədə onun quru qoşunları atəş gücündə əhəmiyyətli üstünlük əldə edir”.

Yazıda o da bildirilir ki, məhz Rusiyanın hücum hərəkətlərindəki artım Ukrayna hava hücumundan müdafiə sistemlərini daha çox hədəflə “təmin edir”, buna görə də onlar daha çox rus təyyarəsini vururlar.

Həmçinin, Ukraynanın uğurlarını şərtləndirən məqamlardan biri də rusiyalı pilotların çox vaxt Ukraynanın raket atışlarını görə bilməmələridir: 

“Ukrayna ordusu, görünür, Rusiya Hərbi Hava Qüvvələrini tükəndirmək və gələcək bombardmanların qarşısını almaq üçün əlində olan son “Patriot” və “NASAMS” raketlərindən istifadə etməyə çalışır. 

Rusiya Hərbi Hava Qüvvələri isə öz təyyarələrini və təcrübəli ekipajlarını tam tükətməzdən öncə Rusiya quru qüvvələrinin tutduqları mövqelərdə möhkəmlənməsinə kömək etməyi hədəfləyir”.

“Forbes” sonda qeyd edir ki, vəziyyətdən çıxış yolu ABŞ-nin Nümayəndələr Palatasının tezliklə Ukraynaya 60 milyard dollarlıq yeni yardım paketini təsdiqləməsidir.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024