MAKRONUN UKRAYNA BLEFİ - Fransa Avropanın lideri olmağa can atır, yoxsa Ukraynaya yardım etməyə?
Bir neçə gün əvvəl Parisdə Ukraynaya hərbi yardımla bağlı keçirilən və iyirmiyə yaxın dövlətin yüksək rəsmilərinin qatıldığı konfransda Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı müharibədə Rusiyanın qələbəsinə imkan verilməməsinin, onun məğlubiyyətə uğradılmasının Avropa qitəsinin təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulamaqla yanaşı, gözlənilmədən deyib ki, Avropanın Ukraynaya ordu göndərməsi istisna edilməməlidir.
Amma o, həmçinin əlavə edib ki, hələ bu məsələ ilə əlaqədar konsensus yoxdur.
Görəsən, Makronun “Ukraynaya qoşun göndərilməsi istisna edilməməlidir” sözləri təsadüfi fikir kimi qəbul olunmalıdır, yoxsa burada gələcəyə hesablanmış başqa məqamlar var?
Hazırda Makronun dedikləri beynəlxalq KİV-lərin başlıca gündəm mövzularındandır. Makron təxminən il yarım əvvəl söyləyirdi ki, bu müharibədə Rusiyanın ağır məğlubiyyətə uğradılması yaxşı nəticələrə gətirib çıxarmaz və “Putinin simasının qorunmasına” ehtiyac var.
Amma indi görürük ki, Fransa Prezidenti Rusiyanın Ukraynada qələbə çalmasının yolverilməz olduğunu deyir və lazım gəldiyi təqdirdə hətta Ukraynaya ordu göndərilməsini vacib sayır.
Artıq Makronun fikirlərinə bir sıra Avropa liderləri dərhal münasibət bildiriblər. NATO Baş katibi Yens Stoltenberq alyansın belə bir planının olmadığını açıqlayıb.
Sonra Almaniya, Böyük Britaniya, Polşa və bir çox digər Avropa ölkələri rəsmiləri də Ukraynaya ordu yollamaq niyyətində olmadıqlarını deyiblər.
Bəs Makronun bu ideyası nə ilə nəticələnə bilər?
Əgər Fransanın təşəbbüsü Avropada geniş və uzunmüddətli müzakirələrə səbəb olarsa, gündəmdən düşməzsə və onu digər nüfuzlu siyasi fiqurlar da dəstəkləyərsə, o zaman Ukrayna müharibəsinin yeni və daha radikali fazaya keçməsi mümkündür.
Fransa həmişə Avropada siyasi çəkiyə malik dövlət olduğunu sübut etməyə çalışıb və bu səbəbdən də onun bir çox hallarda ümumi yanaşmadan fərqli addımlar atdığı dönəmlər olub.
Fransa Avropada öz iqtisadi gücünə görə ikinci yerdə qərarlaşsa da, silahlı qüvvələr baxımından köhnə qitənin ən güclü ordusuna malikdir.
Düzdür, Fransanın böyük ordusu yoxdur, amma onun texnoloji cəhətdən inkişaf etmiş silahları və güclü Hərbi Sənaye Kompleksi var. Fransa strateqləri bilirlər ki, təkbaşına liderlik etmək nonsensdir və bunun üçün Avropanın öz güclü ordusu qurulmalıdır.
Fransanın Ukrayna ilə bağlı “canıyananlığına” gəlincə, Makronun səmimiliyi həmişəki kimi, ciddi şübhə doğurur və onun sözləri ilə əməlləri üst-üstə düşmür. Rəsmi Paris istəsəydi, Ukraynaya müstəqil şəkildə daha iri miqyasda və daha aktiv hərbi yardım göstərə bilərdi.
Ancaq bunu etmək əvəzinə, rəsmi Paris Avropa İtifaqının üçüncü ölkələrdən Ukraynaya silah almasına veto qoyur ki, bu da açıq-aşkar Kiyevin ziyanına işləyən qərardır. Yəni, nə özü lazımi qədər silah verir, nə də Avropa İttifaqının kənardan silah alıb verməsinə imkan yaradır.
Bütün bunların fonunda Makronun “Ukraynaya qoşun göndərə bilərik” tezisi məntiqsiz və qeyri-real görünür. Bu həm də onu göstərir ki, rəsmi Paris Ukrayna mövzusu üzərindən özünün hansısa siyasi maraqlarını yürütməyə, daha dəqiq desək, özünü “Avropanın lideri” səviyyəsinə qaldırmağa cəhd göstərir.
Fransa ABŞ-nin Avropadan sıxışdırılıb çıxarılmasının tərəfdarıdır, onun belə bir niyyəti çoxdan var. Fransa hələ İkinci Dünya Müharibəsindən sonra dəfələrlə ABŞ-nin hegemonluğundan yaxa qurtarmağa çalışsa da, buna nail ola bilməyib.
Paris yaxşı anlayır ki, Amerika NATO vasitəsilə Avropada güc sahibidir və əgər alyans şərqdən gələn təhlükəyə qarşı vaxtında və adekvat tədbir görmürsə, deməli, bu qurum öz funksiyasını yerinə yetirmək iqtidarında deyil, ya da qəsdən bunu etmir.
Həm də ki, Rusiyanın Ukraynanı məğlub etməsi, sonradan onun Baltik ölkələrinə təcavüzünü asanlaşdırar.
Əgər ABŞ Ukraynanın real qələbəsini istəyirsə, o zaman hərbi yardımı indiki kimi sönük şəkildə göstərməməlidir. Ukraynanın qələbəsi üçün atılan addımların xronologiyasına nəzər salsaq, görərik ki, müxtəlif bəhanələrlə Ukraynaya silah verilməsi əngəllənir.
Bir çox beynəlxalq təhlilçilər deyirlər ki, Ukraynanı tədricən Rusiya qarşısında silahsız qoymaqla onun məğlubiyyətinə şərait yaradılır. Sonra isə söyləyəcəklər ki, bəs “biz əvvəlcədən deyirdik ki, bu müharibədə Ukrayna qalib gələ bilməz, biz lazım olan istənilən silahı verdik, amma alınmadı”.
Deməli, belə çıxır ki, ABŞ Rusiya vasitəsilə Avropanı qorxu altında saxlmaq siyasəti yürüdür və burada Baltikyanı ölkələri ən zəif həlqədir. Ukraynadan sonra Rusiyanın hibrid üsullarla həmin ölkələrə soxulması mümkündür.
Artıq Rusiya televiziyasındakı proqramlarda bunun psixoloji zəmininin hazırlanması istiqamətində ciddi təbliğat işi gedir. Elə Ukraynaya müdaxilə də məhz bu cür ssenari ilə həyata keçirilmişdi.
İndi fransızlar düşünürlər ki, belə olan halda yeni “soyuq müharibə” başlayacaq və istər-istəməz Avropa öz təhlükəsizliyinin təminatı üçün ABŞ-dən daha çox asılı vəziyyətə düşəcək.
Uzun illərdir ki, Fransa və Almaniya yenidən böyük dünya gücünə çevrilmək üçün Avropanı iqtisadi baxımdan bir çətir altına yığmağa çalışıblar, sonra isə fürsət yaranan kimi Avropa İttifaqının vahid ordusunu yaratmağı planlayıblar.
Fransa və Almaniya Avropa İttifaqının birləşmiş ordusunun qurulmasını 15 il öncə bəyan etmişdilər. Lakin onlar Amerikanın təzyiqi səbəbindən fikirlərindən müvəqqəti olaraq geri çəkildilər.
Bunu həyata keçirmək üçün Avropanın hər cür potensialı var, lakin indiki şərtlər daxilində NATO-nu bir kənara atıb, yeni hərbi birlik yaratmaq özü ilə bərabər xeyli risklər də gətirə bilər.
Hələlik Avropanın hərbi gücü müstəqil və genişmiqyaslı döyüş əməliyyatları aparmaqdan uzaqdır. ABŞ kimi bir nəhəng Avropadan asanlıqla vaz keçməyəcək. Elə ona görə də Fransa imkan yaranan kimi əsl məqsədini ortaya qoyur.
Fransadan fərqli olaraq Almaniya hələ ki, ürkək davranır və Amerikanı qıcıqlandırmaq istəmir. Məsələn, Makronun məlum çıxışından sonra Almanya kansleri dərhal bəyanat verdi ki, ölkəsi Ukraynaya “Taurus” raketləri göndərməyəcək.
Yəni, demək istəyir ki, bu məsələdə Almaniyanın Fransa ilə fikirləri üst-üstə düşmür.
Doğrudan da, əgər NATO-nun əvəzinə Avropa İttifaqının özünün güclü və müstəqil hərbi alyansı olsaydı, Rusiya çoxdan Ukraynada ağır məğlubiyyətə uğradılmışdı və bəlkə də Kreml Ukraynaya soxulmağa heç cürət belə etməzdi.
Hadisələrin gedişi göstərir ki, köhnə qitə böyük problemlərlə üzləşib və tam müstəqil siyasət yürütmək iqtidarında da deyil./azpolitika
Vaqif Nəsibov
Digər xəbərlər
Tarix: 01-03-2024 13:45 | Bölmə: Təhlil | Baxış: 129

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024