«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Ukraynanın bütün cəbhə xətti çökə bilər"- "Müharibənin bu il başa çatma ehtimalı var"

Tarix: 02-03-2024 14:00 | Bölmə: Təhlil | Baxış: 101



Qərbdən gələn yardımın dayanması ilə Ukraynanın cəbhədəki mövqeyi getdikcə pisləşir. Ruslar 5 aya yaxın davam edən döyüşlərdən sonra ələ keçirdikləri Avdeyevkanın kənar ərazilərini də tutmağa başlayıblar.

Bu zaman ortaya belə bir sual çıxır: "ABŞ-nin Rusiyanın irəliləyişini dayandırmaq planı varmı?"

Xariici KİV-lər xəbər verir ki, Avdeyevkada döyüşün sona çatması ilə rusların sürətinin azalacağı düşünülsə də, bunun əksi baş verdi. Cəmi iki həftə ərzində Avdeyevkanın şimal-şərqində Stepove və Berdiçi, cənub-qərbdə isə Lastoxkine və Orlivka yaşayış məntəqələri ruslar tərəfindən tutuldu.

Məlumata görə, ruslar tərəfindən tutulan bu məntəqələr arasındakı müdafiə xəttində olan ukraynalı hərbçilər çətin vəziyyətə düşüb və ağır itkilər veriblər.

Qeyd olunur ki, Ukraynanın narahatlığı təkcə Avdeyevkanın ətraf əraziləri ilə məhdudlaşmır. "Bloomberg"-ə görə, ABŞ-nin hərbi dəstək paketi tezliklə elan olunmasa, Ukraynanın bütün cəbhə xətti çökə bilər.

Kifayət qədər sursat və canlı qüvvəyə malik olmayan Ukrayna müdafiəçilərinin rus ordusunun hücumlarının qarşısını almaqda çətinlik çəkəcəyi bildirilir.

İddia olunur ki, bu zaman Rusiyanın irəliləməsi müharibənin ilk günlərində olduğu kimi sürətlənə bilər. Xəbərdə həmçinin bildirilir ki, ukraynalı komandirlər döyüş meydanındakı vəziyyəti yaxşı hesablaya bilmirlər.

"CNN" yazır ki, cəbhəyə göndərilməli olan ukraynalı könüllülərlə bağlı ciddi problemlər var.

Nəşr iddia edir ki, daimi yaralananları, xaricə qaçanları, rüşvət verərək adlarını çağırış siyahısından çıxaranları nəzərə alsaq, yeni səfərbərlik elan olunsa belə, Ukraynada döyüşəcək adam qalmayıb.

"Məlum məsələdir ki, hərbçi çatışmazlığı Qərb tərəfindən həll olunmayacaq. Lakin ABŞ sursat çatışmazlığı ilə bağlı nəsə edə bilər. Ukraynaya hərbi dəstək paketləri aylardır ABŞ Konqresi tərəfindən qəbul edilmir.

Seçkiyə 7-8 ay qaldığı halda, Tramp tərəfi hökumətdəki rəqibinin seçkilərə daha çətin vəziyyətdə girməsini istəyir. Ona görə də Baydenin xarici siyasətində mühüm yer tutan Ukraynanın zəifləməsi məsələsi Trampa sərf edir",-deyə məlumatda bildirilir.

Qeyd olunur ki, ABŞ kömək etməsə, Ukraynadakı müharibənin bu il başa çatma ehtimalı var.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024