“Azərbaycan Rusiyaya sanksiyalardan yayınmaqda kömək edir”- “Sky News” /Təhlil
Digər xəbərlər
Tarix: 12-03-2024 16:30 | Bölmə: Təhlil / Aktual | Baxış: 113
Rusiya keçmiş Sovet ölkələrindən avtomobillər, o cümlədən dəbdəbəli markalar gətirməklə Ukrayna müharibəsi sanksiyalarından yayınmağın yollarını axtarır.
Bu barədə “Sky News”un təhlilində yazılır.
Qeyd olunur ki, Britaniya avtomobil istehsalçıları Ukraynanın işğalından və sanksiyaların tətbiqindən sonra da Rusiyaya yüz milyonlarla funt-sterlinq dəyərində lüks avtomobil satmağa, avtomobilləri dolayı yolla keçmiş Sovet dövlətləri vasitəsilə ixrac etməyə davam ediblər:
“2022-ci ildə Ukraynanın işğalından sonra Britaniyanın Rusiyaya birbaşa avtomobil ixracı sıfıra düşsə də, bu çöküşün ardınca Rusiya ilə qonşu olan ölkələrə, xüsusən də Azərbaycana avtomobil ixracı müvafiq olaraq artdı.
Gəlirlər və Gömrük İdarəsinin (HMRC) rəsmi ticarət məlumatlarına əsaslanan təhlilimiz göstərir ki, Böyük Britaniya keçən il Azərbaycana 273 milyon funt-sterlinqlik (593,9 milyon manat) avtomobil ixrac edib. Hansı ki, bu işğaldan əvvəlki beş illik dövrlə müqayisədə 1860% artım deməkdir”.
Bildirilir ki, Azərbaycana ixracın artımı nəinki misilsizdir, bu, sanksiyaların tətbiqindən əvvəlki iki il ərzində Rusiyaya illik avtomobil ixracı ilə eyni miqyasdadır və orta hesabla 330 milyon funt-sterlinq (717,9 milyon manat) təşkil edir.
“Sky News” HMRC-nin statistikası ilə yanaşı, BMT-nin beynəlxalq ticarət məlumatlarını da təhlil edib.
Qeyd olunur ki, Britaniyadan Azərbaycana avtomobil ixracında görünməmiş artımın qeydə alındığı eyni dövrdə Azərbaycandan da Rusiyaya avtomobil ixracında görünməmiş artım qeydə alıb:
“Məlumatlar “Sky News” mənbələrinin ifadəsi ilə üst-üstə düşür. Onlar bizə bildiriblər ki, alman avtomobillərini əldə edən rus alıcıları onları əsasən Qırğızıstan vasitəsilə gətirsələr də, Azərbaycandan Britaniya avtomobilləri üçün marşrut kimi istifadə etməyə üstünlük verirlər.
“Məlumatlar “Sky News” mənbələrinin ifadəsi ilə üst-üstə düşür. Onlar bizə bildiriblər ki, alman avtomobillərini əldə edən rus alıcıları onları əsasən Qırğızıstan vasitəsilə gətirsələr də, Azərbaycandan Britaniya avtomobilləri üçün marşrut kimi istifadə etməyə üstünlük verirlər.
Britaniya avtomobil istehsalçıları təkid edirlər ki, onlar artıq Rusiyaya avtomobil satmırlar. HMRC tərəfindən ölkədən çıxan bütün mallar haqqında toplanan hökumət məlumatları sözügedən avtomobillərin Rusiyaya aparıldığını sübut etmir. Britaniyadan çıxarılan yükləri limanı tərk etdikdən sonra, xüsusən də üçüncü ölkəyə çatdıqdan sonra izləmək mümkün deyil.
Bununla belə, hökumət Qafqaz və Mərkəzi Asiyadakı keçmiş Sovet dövlətləri kimi Rusiyaya malların göndərilə biləcəyi bu boz zonadan narahatdır”.
Qeyd olunur ki, sanksiya rejimi çərçivəsində Rusiyaya ixracı qadağan edilən mallar siyahısında avtomobillər də var. Bildirilir ki, dəyəri 42 min funt-sterlinqdən (91,3 min manat) yuxarı olan lüks avtomobillərin Rusiyaya satışına xüsusi qadağa qoyulub:
“Satılan avtomobillərin sayını və ümumi dəyərini də göstərən HMRC məlumat bazası Azərbaycana ixrac edilən Böyük Britaniya avtomobillərinin orta dəyərinin 100 min funt-sterlinqdən (217,5 min manat) çox olduğunu ortaya qoyur və bu, yüklərin əsasən və ya yalnız lüks avtomobillər olduğunu göstərir”.
“Sky News”un hazırladığı təhlildə qeyd olunur ki, bütövlükdə Böyük Britaniya üçün ticarət statistikasında Azərbaycana avtomobil ixracının kəskin artması diqqət çəkir:
“Ötən bir neçə il ərzində Qana ilə eyni ölçüdə, təxminən 10 milyon funt-sterlinq (21,7 milyon manat) ticarət dövriyyəsi olan bu dövlət, Avstriya, Portuqaliya və İsveçi qabaqlayaraq, Böyük Britaniya avtomobil sənayesinin dəyərinə görə 16-cı ən böyük ixracat istiqamətinə çevrilib”./yeniavaz
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024