“KORRUPSİYA CƏBHƏSİ”NİN “QƏHRƏMAN” GENERALLARI...- Və əsl general adına kimlər daha çox layiqdir?
“20 milyonu kabinetində Nəcməddin Sadıqova vermişəm... Kimə nə qədər pul verilməli olduğunu o müəyyən edib. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi...”
Bunu Müdafiə Nazirliyinin bir neçə generalının, polkovnikinin, idarə rəislərinin adı keçən korrupsiya cinayətləri ilə bağlı keçirilən məhkəmədə polkovnik Məlikməmməd Qurbanov deyib.
Doğrusu, belə ifadələr N.Sadıkov deyil, hansısa bələdiyyə sədri, “JEK” müdiri barədə verilsəydi, həmin adam çoxdan dəmir barmaqlıqlar arxasında idi. Ancaq başqa bir generalın - Xanlar Vəliyevin başçılıq etdiyi Hərbi Prokurorluq nədənsə bu qədər şahid ifadələrinə və sübutlara rəğmən, Sadıkova “gözün üstə qaşın var” demir, ya da deyə bilmir...
Ümumiyyətlə, ordu generallarının və polkovniklərinin 100 milyonlarla ölçülən korrupsiya əməllərinə dair cinayət işinin araşdırılması prosesi bir çox xüsusiyyətlərinə görə “MTN işi”nə bənzəyir.
Orada da çoxlu sayda generalların, polkovniklərin adları hallandı, dövlətin, dövlətçiliyin dayağı olmalı olan bir güc strukturuna yaraşmayan dəhşətli, biabırçı faktlar üzə çıxdı, böyük-böyük rütbələr daşıyan bu şəxslər əslində, nə qədər cılız olduqlarını nümayiş etdirdilər, günahı bir-birilərinin üzərinə atdılar, bir çoxları həbsə atıldım (böyük əksəriyyəti artıq azadlıqdadır-C.M.) və sair.
Ancaq ifşa prosesi hansısa səviyyəyə qədər çataraq oradaca “ilişib qaldı”. İndi də buna bənzər proses sabiq Baş Qərargah rəisində - N.Sadıkovda “ilişib”.
Şahidlər, ittiham olunan zabitlər ordudakı yeyinti, talama sisteminin uzun illərdən bəri mövcud olduğunu açıq etiraf edirlər. Ancaq nə işdirsə, görünür, bütün bunlardan nə Hərbi prokurorun, nə də nazirin xəbəri olmayıb...
Ümumiyyətlə, çoxları Azərbaycanda generalların sayının çox olmasından gileylənirlər. Doğrudan da bir fəxri adın, mükafatın, elmi dərəcənin, yüksək hərbi rürtbənin gözdən salınmasının ən qısa yolu onu kimə gəldi – layiq olana da, olmayana da verməkdir.
Lakin əksər hallarda həmin şəxslərin tutduqları yüksək vəzifə qanunvericiliklə general rütbəsinin verilməsini zəruri edir. Bu zaman isə istər-istəməz, vəzifəsindən irəli gələrək, layiq olan da, olmayan da general rütbəsi daşımış olur.
Sonradan isə bu cür cinayət, korrupsiya faktları üzə çıxanda, bu işlərə bulaşmış adamların nə mənəviyyat, nə zabit şərəfi, nə də digər kriteriyalara görə gerçək general adının, rütbəsinin heç həndəvərinə də yaxın buraxılmamalı olan adi möhtəkir, alverçi zehniyyətinin daşıyıcıları olduğu məlum olur.
Bunu “MTN işi”ndən “Tər-tər işi”nə qədər bilinənlər, nəhayət, hazırda davam edən və general Nizami Məmmədovun həbs edildiyi, N.Sadıkovun isə adı keçən məhkəmə işləri də bariz şəkildə nümayiş etdirir.
İndi xirtdəyə kimi rüşvətə, korrupsiyaya, çirkaba batmış, büdcə oğrusu olanlar, əsgərin boğazından kəsib özünə milyonlar qazananlar, villalar tikənlər də general sayılır, Səməd bəy Mehmandarov, Həzi Aslanov, Polad Həşimov, Hikmət Mirzəyev və digər layiqli generallarımız da.
Yaxşı ki, hərb tariximizdə belə generallarımız da olub və var. Yaxşı ki, “general” deyəndə ilk növbədə onlar ağıla gəlir, Nəcməddin Sadıkov, Eldar Mahmudov və digər bu kimilər yox...
Klassik anlamda general həm də sərkərdədir. Keçmişdə bir çox ordularda adı nəinki hansısa biabırçı əməllə ləkələnmiş, hətta döyüşdəki məğlubiyyətə belə dözməyərək, zabit şərəfinin zədələndiyini düşünərək özlərini güllələyən zabitlər, generallar olub.
Çünki “zabit şərəfi” anlayışı müqəddəs idi və əslində, bunun nə demək olduğunu anlayanlar üçün elə indi də müqəddəs olmalıdır. Ancaq nə yazıq ki, zəmanə xeyli dəyişib...
Bu gün orduda, əsl hərbçilər arasında səngərdəki, dağ başındakı əsgərlə öz yemək payını, “kontur”unu paylaşan, onu göz bəbəyi kimi qoruyan gənc leytenant isti kabinetlərdə oturub bazar alverçisi kimi pul bölüşdürən, yanaqları “par-par yanan”, bəzi rüşvətxor, talançı, “şalvarı qırmızı xətli” generallardan daha doğma, daha hörmətli və daha yüksək RÜTBƏ daşıyıcılarıdır - əsl generallar da elə onlardır!
Cəlal Məmmədov
Digər xəbərlər
Tarix: 15-03-2024 14:00 | Bölmə: Təhlil | Baxış: 130

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024