«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"ÜSYAN, ÖLKƏNİN PARÇALANMASI, yoxsa DÖVLƏT ÇEVRİLİŞİ?"- "Politico"

Tarix: 17-03-2024 15:15 | Bölmə: Təhlil | Baxış: 137


"Rusiyalıların "Putinsiz Rusiyaya" şansı var, amma çox deyil..."
 
Putinin yeni dönəmi Rusiyaya nə vəd edir?..
 
Bu gün Rusiyada qalibi öncədən bəlli olan bədnam "prezident seçkiləri" başa çatır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Bu istirahət günləri Rusiyada keçirilən "prezident seçkiləri", heç şübhəsiz, Kreml diktatorunun "qələbəsi" ilə başa çatacaq.
 
"Politico" nəşri Vladimir Putinin yeni dönəmində Rusiyada hadisələrin inkişafının 5 ssenarisini təqdim edib.
 
Bu ssenarilər Rusiyada növbəti prezident seçkilərinin keçiriləcəyi 2030-cu ilədək dövrü əhatə edir. Bu beş ssenari aşağıdakılardan ibarətdir:
 
Demokratiyanın çiçəklənməsi
 
Müharibə və iqtisadi vəziyyətin pisləşməsi fonunda hakimiyyətdən narazılıq 1989-cu ildə antikommunist "məxməri inqilablar" nümunəsində hakimiyyət dəyişikliyinə sövq edə bilər. Bunun ehtimalı təxminən 5-10 faiz təşkil edir.
 
Rusiyanın parçalanması
 
Başlanğıc birinci ssenaridə olduğu kimidir, lakin demokratiyaya keçid əvəzinə etnomilli zəmində münaqişələr başlayacaq. Ölkəni 1917-1921-ci illərdə və ya SSRİ-nin parçalanması zamanı olduğu kimi xaos və lokal müharibələr  bürüyəcək. Bu ssenarinin ehtimalı 10-15 faizdir.
 
Milliyyətçilərin çevrilişi
 
Putin tərəfindən bəslənilən, lakin Ukraynada iflasdan məyus olan sağçı radikal qüvvələr 2023-cü ilin iyununda Yevgeni Priqojinin və 1991-ci ildə DFVK sui-qəsdçilərin bacara bilmədiyini edə bilər.

Kütləvi xalq üsyanın əvəzinə sui-qəsdçilərin kiçik qrupu dövlət çevrilişi həyata keçirə bilər və demək olar ki, döyüşsüz hakimiyyəti ələ ala bilər. Bu ssenarinin ehtimalı 15-20 faiz təşkil edir.
 
Texnokratik yenidənyüklənmə
 
Putinin ən yaxın əhatəsi SSRİ-də Nikita Xruşşovun vəzifəsindən kənarlaşdırıldlğı kimi onu "yumşaq" şəkildə vəzifədən kənarlaşdıra bilər. Hakim rejim mahiyyətcə indi olduğu kimi qala bilər, lakin Putinin özünü kənar edib başqa fiqurla əvəzləyəcəklər.

Texnokratların belə rejimi ehtimal ki, Qərbə güzəştə gedəcək və müharibə üçün bütün məsuliyyəti Putinin üzərinə qoyacaq. Bu ssenarinin ehtimalı 20-25 faizdir.
 
Əbədi Putin...
 
Sağlamlığı ilə bağlı mümkün problemlərin qəfləti ölümlə nəticələnəcəyi istisna olmaqla, bu gün Putinin hakimiyyətinə gerçəkdən o qədər də böyük təhlükə yoxdur.

Demokratik müxalifəti və potensial üsyançıları məhv etməklə 71 yaşlı Putinin 2030-cu ilədək yaşamaq üçün şansları kifayət qədər yüksəkdir. Bu ssenarinin ehtimalı 45-50 faizdir.
 
Rusiyada növbəti "Putin seçkiləri"
 
Martın 17-də Rusiyada bir nəfər də müxalifətçi namizəd olmadan prezident seçkiləri keçirilir. Amma Vladimir Putin artıq sayca beşinci dəfədir ki, namizədliyini irəli sürüb.
 
Bu "seçkilərdə" hər-hansı gerçək seçki olmadığından bəzi rusiyalılar baş verənlərə  son dərəcə fəal surətdə münasibət bildirir. Rusiyanın bütün ərazisi boyunca bülletenlərin yararsız hala salınması və seçki məntəqələrinin yandırılması halları qeydə alınıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024