PUTİNƏ ATƏŞKƏS VƏ VAXT LAZIMDIR - “Ukrayna bir neçə ay duruş gətirə bilsə...”
Rusiya-Ukrayna müharibəsinin ilk vaxtlarında döyüşlərin bu qədər uzanacağı təsəvvür olunmurdu.
Müharibə başlayandan indiyədək tərəflərdən hansının qalib gələcəyi ilə bağlı müxtəlif fikirlər səslənib.
Rusiyanın ərazi zəbt etməsi birbaşa qələbə kimi dəyərləndirilmir.
Artıq müharibədə hərbi-iqtisadi potensialın, insan resursunun və ruh yüksəkliyinin həlledici faktor olması şübhə doğurmur.
Son zamanlar Qərbdən Ukraynaya verilən təslimçi tövsiyələrin sayı çoxalıb. Bu da vaxt keçdikcə Ukraynanın imkanlarının tükənəcəyi ilə izah olunur. Ancaq bunun əksini iddia edənlər də var və onlar öz arqumentlərində təkzibedilməz faktlara söykənirlər.
ABŞ-nin “Ratqersk Universiteti”nin politoloqu, SSRİ, Rusiya və Ukrayna üzrə mütəxəssis, professor Aleksandr Motılın “The Hill” qəzetində dərc olunan “Nə üçün zaman Rusiyanın tərəfində deyil” başlıqlı məqaləsində sözügedən məsələyə toxunulur.
Həmin məqalənin tərcüməsini təqdim edirik:
”Demək olar ki, bir gecənin içində ekspertlər və analitiklər birdən-birə tamamilə başqa “mahnı oxumağa” başlayırlar. Bu yaxınlara qədər Ukrayna açıq-aydın qalib gəlir, Rusiya isə məğlub olurdu.
Sonra noyabr ayında Ukrayna əks-hücum əməliyyatının baş tutmadığını elan etdi və artıq hamıya aydın oldu ki, Ukrayna qalib gələ bilməyəcək, Rusiya isə məğlub olmayacaq.
İndi Roma Papası Fransiskdən tutmuş Macarıstanın Baş naziri Viktor Orbana, senator Ceyms Devid Vensə (Ohayo ştatından olan respublikaçı) və Vladimir Putinə kimi hamı tam əmindir ki, Rusiyanın qələbəsi qaçılmazdır və yaxşı olar ki, Ukrayna daha çox ərazisini və ya suverenliyini itirməmişdən öncə, elə bu gündən danışıqlara razılaşsın.
Məğlubiyyət arqumenti o fikrə əsaslanır ki, bəs zaman Rusiyanın tərəfindədir, çünki onun hər şeyi var, Rusiya minlərlə əsgər itirə və eyni zamanda sadəcə, oturub Ukraynanın gülləsinin nə vaxt bitəcəyini, mənəvi ruhunun sarsılacağı məqamı gözləyə bilər.
Düşünülür ki, gec və ya tez, Ukrayna tükənəcək. Düzdür, müəyyən dərəcədə Rusiya da tükənə bilər, amma Ukraynanın imkanları Rusiya ilə müqayisədə daha azdır. Ona görə də Roma Papasının ifadə etdiyi kimi, “ağ bayraq qaldırmaq cəsarəti lazımdır”.
Amma bu yanaşma səhvdir və zamanın nə üçün Rusiyanın yox, məhz Ukraynanın tərəfində olmasının bir neçə səbəbi var. Rusiya böyük itkilər verir. Amerikanın hazırkı dəyərləndirməsinə görə, müharibədə indiyədək 300 min rusiyalı öldürülüb və yaralanıb.
Böyük Britaniya isə iddia edir ki, bu rəqəm 355 mindir. Ukraynalıların hesabına görə, Rusiyanın ümümi itkisi 450 min nəfərdir. Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda bəyat etmişdi ki, müharibədə 180 min rusiyalı və 31 min ukraynalı ölüb.
Bu rəqəmlərin necəliyindən asılı olmayaraq, aydındır ki, Rusiya daha çox itki verib və onun silahlı qüvvələri ciddi şəkildə deqradasiyaya uğrayıb.
Vətənpərvər əhvallı Rusiya bloqerləri ön xətdə dayanan əsgərlərin arasında narazılığın hökm sürdüyünü açıq etiraf edirlər. Döyüşçülər içində fərarilik artır və əgər sərt cəza tədbirləri həyata keçirilməsəydi, qaçanların sayı daha çox olardı. Əsgər anaları, həyat yoldaşları öz övladlarının və ərlərinin geri qaytarılmasını açıq tələb edirlər.
Öz təbiətlərinə görə rusiyalılar passiv ola bilər və Aleksey Navalnının yoluyla getməyi arzulamazlar, amma bütün dünyadakı insanlar kimi onların da hövsələlərinin bir həddi var.
Navalnının dəfnində iştirak edən on minlərlə insan, 17 martda Putin əleyhinə çıxanlar, Boris Nadejdinin qısa prezidentlik yarışını dəstəkləyənlər, etiraz edən minlərlə başkir - bütün bunların hamısı rusiyalıların qəlbində və düşüncəsində nələrinsə dəyişməsini göstərən faktlardır.
Skeptiklər yadda saxlasınlar ki, 1980-ci illərin sonunda SSRİ-ni silkələyən kütləvi hərəkatlar disidentlər və onların tərəfdarlarının azsaylı toplantılarından başlamışdı.
İstənilən halda, müharibə nə qədər uzanarsa, bir o qədər çox rusiyalı əsgər öləcək və onların yaxınları daha qəzəbli olacaqlar. Nəhayət, əhali böyük ehtimalla ”Artıq yetər!” deyəcək.
İkinci səbəb iqtisadiyyatdır. Əksər Qərb analitiklərinin və həmçinin də “The Economist” jurnalının yazdıqlarına (bu yaxınlarda həmin jurnal “Rusiya iqtisadiyyatı pessimistlərə yenidən meydan oxuyur”, -deyə bəyan etmişdi) baxmayaraq, Rusiya iqtisadiyyatı böhrana doğru gedir.
Rusiyalı iqtisadçı Vladimir Milovun və “Yel Universiteti”nin iqtisadçısı Ceffri Zonnenfeldin fikirlərinə görə, Rusiyanın Ümumi Daxili Məhsulunun yüksəlməsinin səbəbi böyük məbləğdə pulların hərbi sektora investisiya edilməsi ilə bağlıdır.
Sadə vətəndaşlara aid olan sahələr isə yetərincə maliyyələşdirilmir və onlar mənfi böyümə nümayiş etdirirlər. Ən pisi də odur ki, sənaye sahələrinə yatırılan sərmayənin həcmi azalır. Rusiyanın böyük büdcə kəsiri var və bunu yalnız gəlirli sahələrin milliləşdirilməsi və ya vergilərin qaldırılması ilə bağlamaq mümkündür.
Birinci addım iqtisadiyyatı taqətdən salacaq, ikincisi isə əhalini yoxsullaşdıracaq. Ceffri Zonennfeld və onun həmkarı Stiven Tianın fikrinə görə, “Rusiyanın iqtisadi dayanıqlığı əsl iqtisadi məhsuldarlıq yox, bütün ölkəni silkələyərək qəpik-quruşla müharibəyə dartan “Potyomkin fasadı”ndan başqa bir şey deyildır”.
Milov qeyd edir ki, müharibədəki qazanc yalnız varlıları, həmçinin də Putini və onun yaxın əlaltılarını zənginləşdirir.
Rusiya iqtisadiyyatının birdən-birə mafioz imperiyasına bənzərliyini itirəcəyinə inanmağa heç bir əsas yoxdur, iqtisadiyyat zəifləyəcək, insanlara təzyiqlər davam edəcək, korrupsiyalaşmış şişmanlar daha da şişmanlaşacaq və azğınlaşacaqlar.
Müharibə nə qədər uzanarsa, Rusiya xalqı və eləcə də rejim üçün bir o qədər pis olacaq.
Təəccüblü deyil ki, böyük sayda ölən və yaralananlar, həmçinin də artan iqtisadi problemlər fonunda cəmiyyətin razılığını qazanmaq üçün Putinin zorakılığa söykənməkdən başqa çox az şeyi qalıb.
Özünə legitimlik donu geyindirmək üçün prezident seçiklərində parlaq nəticə göstərilməsi hədsiz gülüncdür. Guya ki, o, səslərin 88 faizini qazanıb...
Zorakılıq qısamüddətli perspektivdə işə yaraya bilər, amma Putin bilir ki, zaman onun əleyhinə işləyir. O, dünyanı atəşkəs istədiyinə inandırmağa cəhd edir. Atəşkəs işğal olunmuş ərazilərin Rusiyada qalmasına və Putinə yaralarını sarımağa, yenidən silahlanmaya imkan verər. Vaxt Putinə ən çox lazım olan şeydir.
Əksinə, zaman Ukraynanın tərəfindədir. Ona önümüzdəki bir neçə ayda duruş gətirməsi lazımdır. Bu müddətdə Rusiya hücumlarını gücləndirəcək və vəziyyət çox ağırlaşa bilər.
Çünki Rusiyanın qısa müddət ərzində Ukraynaya qalib gəlməyə imkanı yoxdur, Ukrayna sağ qalacaq, Qara dəniz donanmasını məhv etməyə, Rusiya təyyarələrini vurmağa davam edəcək və Kerç körpüsünə ölümcül zərbə vurmağa hazırlaşacaq.
Hətta əgər ABŞ Konqresi 60 milyard dollar həcmində yardım zərfini təsdiq etməsə belə (indi yardımın göstəriləcəyi ilə bağlı proqnoz bir neçə həftə əvvəlkindən yaxşıdır), başqa alternativ var. Rusiyanın xaricdəki aktivləri işğalın qurbanına (Ukraynaya) yardım üçün yönəldilə bilər.
Ola bilər ki, ABŞ Konqresinin yaratdığı boşluqların bəzilərini avropalılar dorduracaqlar. Trampın prezidentliyi Ukrayna üçün vəziyyəti çətinləşdirə bilər, amma bu, Rusiyanın qələbə qazanmasına kömək etməyəcək.
Putin və onun rejiminin silahı var, lakin onlar bunun üstündə çox otura bilməzlər, onu yeyə bilməzlər. Bu silahlar ukraynalıları öldürmək və rusliyalıları məhbəsə atmaq üçün yararlıdır, amma bunlar rejimi ölümcül qüsurlardan xilas edə bilməz”./azpolitika
Vaqif Nəsibov
Digər xəbərlər
Tarix: 22-03-2024 18:10 | Bölmə: Təhlil | Baxış: 97

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024