«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Putinin çıxışındakı şifrəli mesaj - Martın 24-dən sonra...

Tarix: 23-03-2024 22:22 | Bölmə: Təhlil | Baxış: 107



Belə bir məsəl var: “Malı itənin imanı da itər”. Yəni o mənada ki, mal yiyəsinin zənni əvvəlcə yüz yerə gedər, hətta suçu olmayanlardan da şübhələnər. Sui-zənn isə islama görə, günah sayılır. Amma mövzu bu deyil...

Artıq Rusiyanın dövlət telekanalları Moskva yaxınlığındakı “Crocus City Hall” kompleksində baş vermiş dəhşətli terror aktını israrla Ukraynaya bağlamağa çalışır.

İki gündür TV-də müxtəlif çaplı “ekspertlər zəruri ictimai rəy formalaşdırmaq üçün ağla gələn və gəlməyən sui-qəsd nəzəriyyələri irəli sürürlər. Görünür, “yuxarı”nın təlimatı belədir.

Bunu Putinin sözləri də dolayısıyla təsdiqləyir. Rusiya prezidenti bugünkü çıxışında deyib: “Onlar (terrorçuların bəziləri – red.) gizlənmək üçün Ukraynaya doğru hərəkət ediblər.

İlkin məlumatlara görə, Ukrayna tərəfindən onların dövlət sərhədini keçməsi üçün “pəncərə” də hazırlanıb”.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin dünən yaydığı məlumata görə (bunun nə dərəcədə həqiqət olduğunu yalnız özləri bilir), terror aktını törətməkdə şübhəli bilinən 4 nəfər məhz Ukrayna ilə sərhədə yaxın ərazidə saxlanılıb...

Amma sərhədi keçmək istəmək hələ keçmək demək deyil. Hər halda, onlar sərhəddə yox, ona yaxın ərazidə yaxalanıblar - əgər rəsmi informasiyaya inansaq. İkinci yandan, aydındır ki, tutulanladan asanca istənilən ifadəni almaq olar(dı).

WhatsApp Image 2024-03-23 at 19.31.27.jpeg (74 KB)

Nəhayət, lap tutaq onlar o tərəfə qaçmaq istəyiblər. Prinsipcə burda qeyri-adi nə var? Hamı bilir ki, Ukrayna və Rusiya işğalçı müharibəyə görə biri-birinə düşmən kəsilib. Terrorçular da ola bilsin düşünüblər ki, Kiyev bu səbəbə onları Moskvaya verməz...

Dərhal vurğulayaq: heç kim terroru, vəhşiliyi himayə etmir. Ancaq görünən budur ki, Rusiyada Ukrayna haqda gerçəkdən terrorçu dövlət imici yaratmağa səy edilir.

Yeri gəlmişkən, saxlanılanlardan istintaq zamanı bu yöndə lazımı ifadələr almaq rus xəfiyyəsi üçün adi şeydir. Yetər ki, müvafiq “tapşırıq” olsun. Halbuki rəsmi Kiyev faciəyə heç bir aidiyyəti olmadığını elə həmin gün, ən yüksək səviyyədə bəyan edib.

Ukraynanın 1 nömrəli müttəfiqi ABŞ da hadisənin Kiyevə heç bir dəxli olmadığını bildirib. Eyni zamanda, Amerika başda olmaqla, Qərb dövlətləri, Avropa Birliyi, Brüssel terror olayını sərt şəkildə pisləyib.

O zaman Moskva nədən yenə də axın əleyhinə “üzməyə”, məsələni siyasiləşdirməyə çalışır? Ukraynaya qarşı hansısa qadağan olunmuş kütləvi qırğın silahının tətbiqinə haqq qazandırmaq üçünmü? Buna - dinc əhaliyə qarşı qeyri-mütənasib və haqsız zərbəyə hazırlıqmı gedir?

Yoxsa Rusiyada ümumi səfərbərliyə əsas yaratmaq, üç ildir uzanan işğalçı müharibəni davam etdirmək üçün əlavə motiv axtarılır? Putinin konkret niyyəti, planı nə? Böyük ehtimalla, bunu matəm günündən - 24 martdan az sonra biləcəyik./musavat.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024