«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MOSKVADAKI TERAKTI TÖRƏDƏNLƏRƏ BU QƏDƏR PUL VƏD OLUNUB - "Bunlar təsadüfi seçilmiş icraçılar idi"

Tarix: 25-03-2024 14:25 | Bölmə: Təhlil | Baxış: 142



“Crocus City Hall”a hücum edən terrorçulara nə qədər pul vəd olunduğu da hazırda  əsas müzakirə mövzusudur. 

Rusiya mediasında yayılan son məlumatlara görə, terrorçular 500 min rubl almalı və öz aralarında bölməli imişlər.

Xatırladaq ki, teraktı törədənlərdən biri olan Şəmsidin Fəriduni həbsdən dərhal sonra dindirilərkən 500 min rubl qonorar aldığını bildirmişdi. Onun sözlərindən elə çıxmışdı ki, sanki hər bir cinayətkara bu qədər pul vəd edilib.

“İzvestiya” qəzetinin məlumatlı mənbəsi bildirib ki, “Crocus City Hall”a hücumda iştirak edən iki terrorçu, yəqin ki, Türkiyədə olarkən təlimat alıblar. O əlavə edib ki, terror aktının qalan iştirakçıları Rusiya ərazisində tapılaraq cinayətə cəlb olunublar.

“Crocus City Hall”a hücum edən cinayətkarları klassik mənada çətin ki, mütəşəkkil terror hücrəsi adlandırmaq olar. Onlar heç bir struktur çərçivəsində mövcud olmayıb. Bu dəstə sözün əsl mənasında terror aktından bir neçə həftə əvvəl formalaşıb.

“Kurator, onların ruhani lideri bunun üçün Rusiya ərazisində olmaq məcburiyyətində deyil, hər şeyi uzaqdan idarə etmək olar. Bunlar intellekti və düşüncə səviyyəsi olduqca aşağı olan təsadüfi seçilmiş icraçılar idi. 

Bu, cəlbetmə fəndlərini və psixoloji təzyiqin müxtəlif üsullarını bilən kuratorlara taksi sürücülərini və bərbərləri terrorçuya çevirməyə imkan verib”, - deyə antiterror təhlükəsizliyi sahəsində ekspert izah edib.

Xatırladaq ki, terror aktı martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalında “Piknik” qrupunun konsertindən əvvəl baş verib.

Son məlumatlara görə, 3-ü uşaq olmaqla 137 nəfər ölüb. Həmçinin terror aktı nəticəsində 182 nəfər yaralanıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024