“Zoporojye AES Putinin yeni silahına çevrilə bilər”- “The Times”
“Qəza olacağı təqdirdə nüvə dalğası şərqə yox, qərbə gedəcək”
Məlum olduğu kimi, Kreml artıq Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatı”nın “müharibə vəziyyəti”nə keçdiyinin siqnallarını verir. Bu zaman isə istənilən vasitələrə, o cümlədən nüvə silahına əl atılması ehtimalı xeyli artmış olur.
“The Tmes” nəşri Vladimir Putinin Zaporojye AES-dən silah kimi istifadə etməsi variantının ciddiləşdiyini yazıb. Qəzet yazır ki, martın 22-də Moskvada 100-dən çox insanın ölümü ilə nəticələnən terror aktı, buna görə kimin məsuliyyət daşımasından asılı olmayaraq, gərginliyi daha da artırıb.
Qeyd olunur ki, Ukraynaya edilən son hava hücumları Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasını növbəti dəfə riskə atıb.
Reaktorları soyuq saxlamaq üçün lazım olan enerji təchizatı kəsilir. Potensial ərimə və fəlakətli nüvə qəzasının qarşısını hələlik yalnız köhnə elektrik generatorları ilə almaq mümkün olur.
“The Times”-a danışan britaniyalı mütəxəssis Hamiş de Bretton-Qordon 1986-cı ildə Çernobıl AES-də baş vermiş fəlakəti xatırladıb.
O, bildirib ki, Zaporojye AES-in Çernobıldan daha yeni olmasına və daha çox qoruyucu avadanlıqlara malik olmasına baxmayaraq, elektrik enerjisi olmadan stansiya olduqca təhlükəlidir.
Qordon hesab edir ki, Putin Zaporojye AES-dən silah kimi istifadə edə bilər. Bundan əlavə, o, Rusiya raketlərinin Ukraynadakı ən böyük bəndi vurduğunu xatırladıb.
Mütəxəssisin fikrincə, MAQATE və BMT-nin səylərini dəstəkləmək, növbəti böyük ekoloji və humanitar fəlakətin qarşısını almaq üçün dərhal Zaporojye AES-in ətrafında silahsızlaşdırılmış zona yaratmaq lazımdır: “Ola bilsin ki, Çin və Hindistan kimi ölkələr bu iş üçün qoşun ayıra bilər, çünki Putinin onlara hücum etmək ehtimalı azdır.
Putin çox güman ki, Zaporojye AES-dən improvizə edilmiş nüvə qurğusu kimi istifadə oluna biləcəyini istisna etmir. O, hər həftə dünyanı nüvə hücumu ilə hədələyir. Bundan əlavə, qəza olacağı təqdirdə nüvə dalğasının şərqə yox, qərbə gedəcəyi görünür.
Nüvə enerjisi planeti iqlim dəyişikliyindən xilas etmək və eyni zamanda da Putin, Əsəd və digər despotların əlində dünyanı məhv etmək potensialına malikdir.
Bütün Avropanın radioaktiv çirklənməsinin və müharibənin daha da genişlənməsinin qarşısını almaq üçün ilk növbədə BMT və MAQATE Zaporojya AES-in təhlükəsizliyini təmin etməlidir”./azpolitika
Digər xəbərlər
Tarix: 25-03-2024 17:00 | Bölmə: Təhlil | Baxış: 153

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024