«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Crocus City Hall”da TERAKT 73 DƏQİQƏ DAVAM EDİB - Təhlükəsizlik qüvvələri niyə gec müdaxilə edib?

Tarix: 26-03-2024 16:50 | Bölmə: Təhlil | Baxış: 183



Məlum olduğu kimi, ötən həftə Rusiyanın paytaxtı Moskvada "Crocus City Hall” kompleksində son illərin ən qanlı terror aktlarından biri yaşanıb. 

140-a yaxın insanın həlak olduğu bu dəhşətli olaydan bir neçə gün keçməsinə baxmayaraq, hadisənin detalları ətrafında davam edən qızğın müzakirələr səngimək bilmir.

Ən çox müzakirə olunan məsələlərdən biri də təhlükəsizlik qüvvələrinin ləng hərəkəti nəticəsində qətliamın qarşısının çox gec alınmasıyla bağlıdır.

Açıqlanan istintaq materiallarına görə, sözügedən hücum 73 dəqiqə davam edib. Terrorçular yerli vaxtla saat 18:54-də “Crocus City Hall”-a gəliblər. Hücum isə 19:58-də terrorçuların küçədəki insanlara atəş açmaları ilə başlayıb. 

Qeyd olunur ki, hücum edənlər özləri ilə plastik kanistrlərdə benzin gətirib, binanı yandırıblar və saat 20:11-də konsert zalını tərk ediblər. Daha sonra 4 terrorçu kompleksin həyətindəki ağ rəngli "Renault" markalı avtoobillə Bryansk istiqamətində hərəkət ediblər.

Rusiyanın təhlükəsizlik qüvvələrinin hadisələrə bu qədər gec müdaxiləsi istər-istəməz müxtəlif iddiaların yaranmasına səbəb olub. 

Hətta bəzi iddialara görə, Rusiya FSB-si bütün hər şeydən xəbərdar olub və bu səbəbdən terrorçular 1 saatdan artıq müddətdə teraktı törədib, daha sonra da binanı yandıra biliblər.

Qeyd edək ki, teraktdan bir neçə saat sonra hücumu həyata keçirən 4 terrorçu da daxil olmaqla ümümulikdə 11 nəfər saxlanılıb./azpolitika

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024