«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Rusiyanın əsas məqsədlərindən biri Ukraynanı dənizə çıxışı olmayan ölkəyə çevirməkdir..."

Tarix: 05-03-2022 13:45 | Bölmə: Təhlil | Baxış: 192


Rusiya Kiyevin mərkəzinə daxil olmaq üçün 3 istiqamətdən əməliyyat keçirəcəyi istisna olunmur...
 
Rusiya hədəflərinə plana uyğun nail olsaydı, nüvə silahının adını çəkməzdi...
 
 “Müttəfiq Qətiyyəti-2022” təlimləri çərçivəsində Rusiya minlərlə şəxsi heyətə malik hərbi qruplaşmasını, iki S-400 zenit-raket kompleks divizionunu, bir “Pantsir-S” divizionunu və on iki “Su-35” qırıcısını Belarus ərazisinə göndərdiyi əvvəlcədən məlum idi. Riusiya Müdafiə Nazirliyinin məlumat verdiyi bu manevrlərin İlk mərhələsi fevralın 10-da, ikinci mərhələ isə fevralın 20-də başa çatmalı idi, amma başa çatmadı və bu qoşunların böyük hissəsi artıq Kiyevin 20-30 km-lik məsafəsində, Ukrayna ilə sərhədə yaxın ərazidə cəmləşən 150 min qoşun ilə birlikdə Kiyevdəki yerli qoşunlara qarşı döyüş əməliyyatlarında aktiv iştirak edir. 

“Müttəfiq Qətiyyəti - 2022” təlimləri, ilk növbədə Moskvanın hərbi və geosiyasi oyununun bir hissəsidir, eyni zamanda ABŞ və Aİ ilə Rusiyanın təhlükəsizlik zəmanəti barədə danışıqlarda müəyyən bonuslar əldə etmək məqsədi daşıyır. Bu təlimlərin Ukraynaya qarşı olduğunu, burada əsas məqsədlərdən biri Minski Moskvanın tamhüquqlu müttəfiqinə çevirmək və Minsk-Kiyev münasibətlərini birdəfəlik pozmaqdan ibarət olduğunu daha əvvəl bir çoxları kimi mən də səsləndirmişdim.

Təlimlərdən hələ əvvəl Rusiya və Belarusun birgə hərbi təlimlərini, Moskvanın Ukraynaya qarşı aqressiv münasibətinin növbəti fazası kimi dəyərləndirənlər də az deyildi. Türkiyə də daxil olmaqla bir çox NATO ölkələri Ukrayna ərazisinə müdaxiləni Rusiya Federasiyasının BMT nizamnaməsinin pozulması və buna görə Rusiyanın məsuliyyət daşıyacağını bildirirdi. NATO əvvəlcə alyansın şərq cinahında yerləşən Baltikyanı, Polşa, həmçinin Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiya kimi ölkələrin hər birində 1000 nəfərlik döyüş bölmələri, sonradan isə bu ərazilərdə HHM və HHQ vasitələri cəmləşdirməsi ilə bərabər Böyük Britaniyanın zirehli hissə və bölmələrini göndərməsi, Ukraynadakı gərgin vəziyyətə heç bir təsir göstərmədi.

Bundan başqa NATO Ukrayna ilə sərhədə yaxın ərazidə cəmləşən 150 min qoşunu və daşınmaların davam etdiyini də nəzərə almadı. 
Minskin davranışları Belarusun Rusiyadan asılı olduğunu və ərazisini Ukraynaya müdaxilə üçün təqdim edə biləcəyinin mümkünlüyünü ehtimal etmək də çətin deyildi.
Başqa sözlə desək, Rusiyanın həm nəzarət etdiyi Lüqansk, Donetsk və Krım, həm də Krım istiqamətindən Ukraynaya müdaxilə edəcəyi şübhə doğurmurdu. Lakin Rusiya-Belarus hərbi manevrlərindən və Ukrayna sərhədlərinə Kremlin qoşun yerləşdirməsindən ən çox narahatlıq keçirən xarici ölkələrin siyahısına rəhbərlik edən ABŞ, Fransa və Böyük Britaniya Ukraynaya “Aslanım, kaplanım, canavarım, qərhəmanım-yanındayıq, Sən bacaracaqsan, odur ki, irəli” mənası daşıyan mesalar verməklə gözəl bir ölkəni odun alovun içinə atdılar. Hazırda Ukraynanın əksər böyük şəhərləri bomba və raket zərbələri altında yanır, infrastruktur dağıdılır, mülki əhalı və hər iki tərəfdən hərbçilər həlak olur. Sözlə və məhdud yaxın mənzilli silahlarla dəstək verələr isə hazırda Rusiyanı təcrid etməklə vəzifəsini bitmiş hesab edirlər.

Rusiyanın sahksiyalarla zəiflətmək mümkün olacaq, amma işğalçını dizi üstə qoymaq real hədəf deyil, çünki daha əvvəl Rusiyadan çox-çox zəif olan Şimali Koereya, İran, Suriya və s. kimi ölkələrə qərb sanksiyalarının tətbiqi və nəticələrini yaxşı xatırlayırıq. Tutaq ki, sanksiyalar orta perspektivdə nəticə verdi və Rusiyanı zəiflətdi. Bu Ukraynaya sürətlə artan insan və infrastruktur itkilərinin bərpasına kömək edəcəkmi? Ümumiyyətlə bu itkiləri kim və necə bərpa edəcək? Ukraynanın gələcəyi hələ ki, çox qaranlıq görünür. 

Qərbin ağır silah, aviasiya və zirehli texnika yardımı barədə dərin susqunluğu fonunda əməliyyatların 10-cu günü davam edir. Rusiya dörd istiqamətdən Kiyevə doğru hücumlarını davam etdirir. Döyüşlər artıq Kiyevin 20-30 km-də gedir. 

Rusiya komandanlığının müharibənin ilk mərhələsində əsas məqsədi, döyüş əməliyyatların ilk 3 günündə Kiyevi işğal etməkdən və müharibədə əldə etdiyi hərbi üstünlükdən siyasi hədəflərini, o cümlədən hakimiyyət dəyişikliyinə nail olmaqdan ibarət idi. Yeri gəlmişkən Ukrayna rəhbərliyinə namizəd olan naməlum şəxsin artıq Belarus ərazisində gözlədiyi iddia olunur. 

İstənilən halda Rusiyanın ordu qarşısında qoyduğu vəzifələr nəinki 3 gündə, hətta ilk həftədə belə əldə olunmadı və Kreml strateji planlaşdırmada yanlışa yol verdiyini, Krımda qarşıaşdığı zəif Ukrayna Ordusundan qat qat ciddi müqavimət potensialına malik qüvvə ilə savaşmalı olacağını anladı. Əgər Rusiya hədəflərinə plana uyğun yaxınlaşsaydı, nüvə silahının adını çəkməzdi.

Planlaşdırılan əməmliyyatların hədəflərini qoyulan müddət ərzində əldə etməməsi, Rusiyanı əsas zərbə istiqamətini Odessa və Mariupol istiqamətinə dəyişməyə və paralel olaraq böyük ümumqoşun ehtiyatlarını Ukrayna sərhədlərinə göndərməyə vadar etdi. (Rusiyanın 64 km-lik ehtiyatlarının hərəkətini əks etdirən peyk görüntüləri isə ABŞ və digər müttəfiqlərin Ukraynaya kəşfiyyat məlumatlarını onlayn göndərdiklərini göstərir. Bu uzunluqda karvanın hərəkəti isə hərb elminin qaydalarına, döyüş nizamnamələrinin tələblərinə tamamilə ziddir, amma bu başqa mövzu olduğu üçün ona dərindən toxunmuram).

Xerson şəhərini ələ keçirən rus qoşunları əsas zərbəni Nikolayev-Odessa istiqamətində endirəcək. Bu əməliyyatın əsas məqsədlərindən biri də Ukraynanın Qara dənizə çıxışını bağlamaqdan, Kiyevi dəniz vasitəsilə əldə edə biləcəyi hərbi yardımdan məhrum etməkdən və Ukraynanın dənizə çıxışı olamyan ölkəyə çevirməkdən ibarətdir. 

Rusiyanın Krımda yerləşən quplaşmasının ikinci dərəcəli hücumu Melitpol-Mariupol istiqamətində gözlənilir. Bu hücumun uğurla nəticələnməsi Rusiyanı  avtomobil yolu ilə Krımla birləşdirəcək. 

Bu isə idarəetmə məntəqəsi Krımda yerləşən Rusiya qoşunlarının qruplaşmasını əlavə şəxsi heyət, texnika, sursat və yanacaq-sürtgü materialları ilə təmin etməyə imkan verəcək. Bü vəzifələrlə paralel Rusiya qoşunları Sumı-Kiyev istiqmətlərindən Kiyevə maksimum yaxınlaşmağı planlaşdırır. Təxminən 10 günə qədər Rusiya Kiyevin mərkəzinə daxil olmaq üçün 3 istiqamətdən- Çerniqov, Çerkassk və Sumı istiqamətlərindən daxil olmaq üçün əməliyyat keçirəcəyi də istisna olunmur.
 
Ədalət Verdiyev, hərbi ekspert


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024