“İRANIN AZƏRBAYCAN SİYASƏTİ İFLASA UĞRAYIB”- “İran-Ermənistan münasibətləri əvvəlki kimi davam edə bilməz”
“Tehran Ermənistan vasitəsilə Azərbaycanın məhdudlaşdırılması cəhdlərinin iflası fonunda Bakı ilə bağlı öz siyasətinin köklü şəkildə dəyişilməsi ehtiyacını yekdilliklə qəbul edir. Lakin daxildəki fərqli qüvvələr arasında bu dəyişikliyin necə və hansı istiqamətdə baş verəcəyi ilə bağlı fikir ayrılığı var”, - araşdırmada qeyd olunur.
Təhlilçilər hesab edirlər ki, radikal ideoloji yanaşma hələ də üstünlük təşkil edir: “İnqilab Keşikçiləri, radikal mühafizəkarlar, fars/İran millətçiləri və radikal dini dəstələrdən ibarət bir qrup daha sərt və aqressiv Cənubi Qafqaz siyasətinin tərəfdarıdır. Onların fikrincə, Tehran Bakını daim təhdid etməlidir, çünki İran-Azərbaycan ziddiyyətləri diplomatiya yolu ilə həll oluna bilməz. Məhz sözügedən qrup ali dini lider Xamneyinin dəstəyilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı təcavüzkar siyasətin əsasını qoydu”.
Hesabata görə, onların gözləmədiyi halda Bakının sərt cavab tədbirləri ikitərəfli münasibətlərdə ciddi böhran yaratdı və Azərbaycanı İrandan uzaqlaşdırdı. “Təcavüzkar siyasətin praktikada əks nəticə verdiyini görən İran geri addım atmağa başladı. Hərçənd, son zamanlar İran radikalları İsrail-HƏMAS münaqişəsindən Qafqaz siyasətinə təsir üçün fürsət kimi istifadə etmək istəyir, bu kontekstdə İrandakı bəzi anti-Azərbaycan qruplaşmalarını (“Hüseyniyyun”) tez-tez gündəmə gətirirlər”, - təhlildə qeyd olunur.
Praqmatik yanaşma tərəfdarlarına gəlincə, müəlliflərin fikrincə, İranla Azərbaycan arasında bir çox məsələlərdə fikir ayrılığı olsa da, təcavüz problemlərin həlli yolu deyil: “Belə ki, aqressivlik Bakını qorxutmur, əksinə Tehrandan uzaqlaşdırır və məhz belə siyasət nəticəsində Azərbaycan İrandan aralanaraq Türkiyə, İsrail kimi dövlətlərlə daha da yaxınlaşır.
Radikalların iddialarının əksinə olaraq, praqmatiklərin fikrincə, rəsmi Bakı Tehranla yaxşı münasibətlər qurmaq istəyir. Buna görə də Azərbaycanı düşmən kimi qələmə vermək yanlış və reallıqdan uzaqdır. Onlar hesab edirlər ki, əgər İran administrasiyası Azərbaycana qarşı yanlış siyasətindən əl çəksə, Bakı-Tehran münasibətləri normallaşacaq. Praqmatik baxış dövlətin icra bürokratiyasını təmsil edən ekspert yanaşmasıdır. Bu mövqeyi Xarici İşlər Nazirliyindən tutmuş Nəqliyyat Nazirliyinə qədər, İran bürokratiyası müdafiə edir”.
Analitik hesabat müəllifləri bu qənaətə gəliblər ki, İran administrasiyası daxilində radikallar və praqmatiklər arasındakı münaqişə hələ bitməyib və onun bitməsini gözləmək də düzgün olmaz: “Tehranın Cənubi Qafqaz siyasəti radikal qrupların təsirindən qurtulmadıqca, onun yenidən iflası qaçılmazdır. Belə ki, Cənubi Qafqazda gedən cari proseslər - Azərbaycanın qələbəsi, Rusiyanın zəifləməsi, Ermənistanın Qərbə can atması, Gürcüstanın Aİ yolunda irəliləməsi, Qərbin regiona nüfuzu İranın əleyhinədir.
Bu proseslər Tehranın Azərbaycanla bağlı siyasətinin dəyişilməsini tələb edir. Lakin daxili hakimiyyət çəkişməsi bu dəyişikliyi çətinləşdirir.
Hələ ki, İran və Azərbaycan administrasiyalarının ikitərəfli əlaqələri normallaşdırmaq cəhdləri radikal qrupların fəaliyyəti nəticəsində sağlam və proqnozlaşdırıla bilən münasibətlər üçün zəmin yarada bilməyib”.
Analitikilərə görə, İranın Ermənistan mərkəzli Cənubi Qafqaz siyasətinin uğurlu olması mümkün deyil. “Çünki Ermənistanın Qərb və Rusiya ilə münasibətlərinin gələcəyi naməlumdur. Bundan əlavə, Ermənistan-Azərbaycan sülh sazişi də üfüqdədir. Regional sülh Ermənistanın İrana ehtiyacını azaldacaq, İrəvanın Türkiyə və Səudiyə Ərəbistanı kimi ölkələrlə əlaqələrini normallaşdıracaq, türk və ərəb kapitalının Ermənistana axınına şərait yaradacaq. Odur ki, İran-Ermənistan münasibətləri əvvəlki kimi davam edə bilməz”, - təhlildə qeyd olunur.
Müəlliflər bildirirlər ki, bu baxımdan, Azərbaycanla gərginlik yaşayan İranın Cənubi Qafqazda nəticə əldə etməsi mümkün deyil: “Aydındır ki, İran administrasiyası radikal ideoloji qrupların təsiri altında və İsrailin zəiflədilməsi təbliğatı ilə Azərbaycana qarşı yeni aqressivlik siyasəti apararsa, bu, ikitərəfli münasibətlər üçün fəlakətli olacaq. Regional proseslər fonunda İranın Azərbaycanla münasibətlərini normallaşdırmaqdan başqa variantı yoxdur”.
Rasim Əliyev
Digər xəbərlər
Tarix: 28-12-2023 12:45 | Bölmə: Təhlil | Baxış: 80
“İkinci Qarabağ müharibəsi sonrası Cənubi Qafqazda yaranmış geosiyasi rəqabətdə məğlub olan İran regional post-sovet dövrü siyasətinin yanlışlığını anlayır”
Bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin hazırladığı analtik hesabatda deyilir.“Tehran Ermənistan vasitəsilə Azərbaycanın məhdudlaşdırılması cəhdlərinin iflası fonunda Bakı ilə bağlı öz siyasətinin köklü şəkildə dəyişilməsi ehtiyacını yekdilliklə qəbul edir. Lakin daxildəki fərqli qüvvələr arasında bu dəyişikliyin necə və hansı istiqamətdə baş verəcəyi ilə bağlı fikir ayrılığı var”, - araşdırmada qeyd olunur.
Təhlilçilər hesab edirlər ki, radikal ideoloji yanaşma hələ də üstünlük təşkil edir: “İnqilab Keşikçiləri, radikal mühafizəkarlar, fars/İran millətçiləri və radikal dini dəstələrdən ibarət bir qrup daha sərt və aqressiv Cənubi Qafqaz siyasətinin tərəfdarıdır. Onların fikrincə, Tehran Bakını daim təhdid etməlidir, çünki İran-Azərbaycan ziddiyyətləri diplomatiya yolu ilə həll oluna bilməz. Məhz sözügedən qrup ali dini lider Xamneyinin dəstəyilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı təcavüzkar siyasətin əsasını qoydu”.
Hesabata görə, onların gözləmədiyi halda Bakının sərt cavab tədbirləri ikitərəfli münasibətlərdə ciddi böhran yaratdı və Azərbaycanı İrandan uzaqlaşdırdı. “Təcavüzkar siyasətin praktikada əks nəticə verdiyini görən İran geri addım atmağa başladı. Hərçənd, son zamanlar İran radikalları İsrail-HƏMAS münaqişəsindən Qafqaz siyasətinə təsir üçün fürsət kimi istifadə etmək istəyir, bu kontekstdə İrandakı bəzi anti-Azərbaycan qruplaşmalarını (“Hüseyniyyun”) tez-tez gündəmə gətirirlər”, - təhlildə qeyd olunur.
Praqmatik yanaşma tərəfdarlarına gəlincə, müəlliflərin fikrincə, İranla Azərbaycan arasında bir çox məsələlərdə fikir ayrılığı olsa da, təcavüz problemlərin həlli yolu deyil: “Belə ki, aqressivlik Bakını qorxutmur, əksinə Tehrandan uzaqlaşdırır və məhz belə siyasət nəticəsində Azərbaycan İrandan aralanaraq Türkiyə, İsrail kimi dövlətlərlə daha da yaxınlaşır.
Radikalların iddialarının əksinə olaraq, praqmatiklərin fikrincə, rəsmi Bakı Tehranla yaxşı münasibətlər qurmaq istəyir. Buna görə də Azərbaycanı düşmən kimi qələmə vermək yanlış və reallıqdan uzaqdır. Onlar hesab edirlər ki, əgər İran administrasiyası Azərbaycana qarşı yanlış siyasətindən əl çəksə, Bakı-Tehran münasibətləri normallaşacaq. Praqmatik baxış dövlətin icra bürokratiyasını təmsil edən ekspert yanaşmasıdır. Bu mövqeyi Xarici İşlər Nazirliyindən tutmuş Nəqliyyat Nazirliyinə qədər, İran bürokratiyası müdafiə edir”.
Analitik hesabat müəllifləri bu qənaətə gəliblər ki, İran administrasiyası daxilində radikallar və praqmatiklər arasındakı münaqişə hələ bitməyib və onun bitməsini gözləmək də düzgün olmaz: “Tehranın Cənubi Qafqaz siyasəti radikal qrupların təsirindən qurtulmadıqca, onun yenidən iflası qaçılmazdır. Belə ki, Cənubi Qafqazda gedən cari proseslər - Azərbaycanın qələbəsi, Rusiyanın zəifləməsi, Ermənistanın Qərbə can atması, Gürcüstanın Aİ yolunda irəliləməsi, Qərbin regiona nüfuzu İranın əleyhinədir.
Bu proseslər Tehranın Azərbaycanla bağlı siyasətinin dəyişilməsini tələb edir. Lakin daxili hakimiyyət çəkişməsi bu dəyişikliyi çətinləşdirir.
Hələ ki, İran və Azərbaycan administrasiyalarının ikitərəfli əlaqələri normallaşdırmaq cəhdləri radikal qrupların fəaliyyəti nəticəsində sağlam və proqnozlaşdırıla bilən münasibətlər üçün zəmin yarada bilməyib”.
Analitikilərə görə, İranın Ermənistan mərkəzli Cənubi Qafqaz siyasətinin uğurlu olması mümkün deyil. “Çünki Ermənistanın Qərb və Rusiya ilə münasibətlərinin gələcəyi naməlumdur. Bundan əlavə, Ermənistan-Azərbaycan sülh sazişi də üfüqdədir. Regional sülh Ermənistanın İrana ehtiyacını azaldacaq, İrəvanın Türkiyə və Səudiyə Ərəbistanı kimi ölkələrlə əlaqələrini normallaşdıracaq, türk və ərəb kapitalının Ermənistana axınına şərait yaradacaq. Odur ki, İran-Ermənistan münasibətləri əvvəlki kimi davam edə bilməz”, - təhlildə qeyd olunur.
Müəlliflər bildirirlər ki, bu baxımdan, Azərbaycanla gərginlik yaşayan İranın Cənubi Qafqazda nəticə əldə etməsi mümkün deyil: “Aydındır ki, İran administrasiyası radikal ideoloji qrupların təsiri altında və İsrailin zəiflədilməsi təbliğatı ilə Azərbaycana qarşı yeni aqressivlik siyasəti apararsa, bu, ikitərəfli münasibətlər üçün fəlakətli olacaq. Regional proseslər fonunda İranın Azərbaycanla münasibətlərini normallaşdırmaqdan başqa variantı yoxdur”.
Rasim Əliyev
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024