«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Rusiyanın himayəsi altında Azərbaycan-Ermənistan sülh sazişinin bağlanması blefdir...”

Tarix: 28-12-2023 14:19 | Bölmə: Təhlil | Baxış: 66
“Rusiyanın himayəsi altında Azərbaycan-Ermənistan sülh sazişinin bağlanması blefdir...”

“Paşinyan əsil sınaqla Rusiyada prezident “seçki”lərinin nəticələrinin elan edilməsi vaxtı qarşılaşacaq - ozaman Putini qələbəsi münasibətilə təbrik etməli olacaq...”
 
“MDB-nin Sankt-Peterburq sammiti çərçivəsində Paşinyanla Əliyev arasında qeyri-rəsmi görüşü yanlış olaraq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş hesab edirlər”. 
Bu fikri ermıni politoloq Andrias Qukasyan “Kavkazski uzel” nəşrinin müxbirinə açıqlamasında ifadə edib.
 
Onun fikrincə, danışıqlar prosesində hansısa geo-siyasi mərkəzlərin təşəbbüsü ələ keçirməsi barədə danışmaq düzgün deyil: “İstər Ermənistan, istərsə də Azərbaycan rəsmi olaraq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə etmək üçün görüş elan etməyiblər..."
 
Erməni analitik hesab edir ki, Rusiyanın himayəsi altında Azərbaycan-Ermənistan sülh müqaviləsinin bağlanması blefdir. 
 
"Əgər bu, baş verə bilsəydi, sülh müqaviləsi çoxdan bağlanardı. Sülh müqaviləsi ATƏT-in Minsk Qrupu ölkələrinin konsensusu ilə bağlana bilər. Rusiyanın himayəsi altında müqavilə ola bilməz və biz illərdir ki, Kremlin ATƏT-in Minsk Qrupundan yan keçməklə hər hansı bir iş görməkdə acizliyini görmüşük...Bəzən mətbuata məqsədi Rusiyanın real rolunu ört-basdır etmək, onu sülh tərəfdarı kimi təqdim etmək olan açıqlamalar verilir. Lakin Rusiyanın belə bir missiyası yoxdur” , - deyə politoloq izah edib.
 
A.Qukasyan Paşinyanın “Avrasiya İqtsadi İttifaqından siyasi və geo-siyasi məqsədlər üçün istifadə cəhdlərinin qarşısını almaq” niyyəti ilə bağlı bəyanatını siyasi qeyri-uzaqgörənlik adlandırıb. 
 
"Bu, açıq-aydın axmaqlıqdır. Aİİ-nin heç bir geo-siyasi məzmuna malik olmaması barədə bəyanat axmaqlıqdır, çünki Aİİ geo-siyasət subyektidir. Bu, Putinə loyallıq ifadə etmək cəhdidir. Bundan başqa heç nə yoxdur", - deyə o, qeyd edib. 
 
Erməni siyasi şərhçi  əlavə edib ki, Paşinyan əsil sınaqla Rusiyada keçiriləcək prezident “seçkilərin” nəticələrinin elan edilməsi vaxtı qarşılaşacaq- o zaman Putini qələbəsi münasibətilə təbrik etməli olacaq...

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024