"Ərazilərin işğaldan azad edilməsi qələbənin yanlış təsəvvürüdür"- "The New York Times"
"Müharibə Ukraynanın rüsurslarını tükəndirir, bu zaman münaqişənin bitməsi perspektivləri görünmür..."
"Ukraynanın əsl qələbəsi Qərbdən yapışaraq müharibə cəhənnəmindən güclü, müstəqil, çiçəklənən və təhlükəsiz çıxa bilməsidir..."
Ukrayna üçün bu gün tam qələbəyədək döyüşməkdənsə, müharibədən çıxmaq daha sərfəlidir.
Bu barədə "The New York Times" nəşri yazıb.
Ukrayna Rusiya ilə cari təmas xəttində sülh bağlamaq imkanlarını görməzdən gəlməməlidir. Çünki müharibədə qələbə təkcə əraziləri əldə etmək və itkilərlə müəyyən edilmir. Bu fikri nəşrin tanınmış publisisti və siyasi icmalçısı Serj Şmeman ifadə edib.
Bu yaxınlarda nəşrin özünün Kremlin sülh sazişinə hazır olması barədə məqaləsini şərh edərkən Şmeman ehtiyatla qeyd edir ki, bu siqnallar eyni zamanda "şübhəli və şirnikləndiricidir".
O, etiraf edir ki, hipopetik sülh danışıqları Putinin tələsi ola bilər, lakin mümkün qazanc əldə etmək imkanlarına da nəzər salmağa çağırış edir.
"Əgər cənab Putin sülh bağlamaq niyyətində ciddi olarsa, Ukrayna qan tökülməsini dayandırmaq imkanlarını qaçırmamalıdır. Azad edilmiş ərazi bu müharibədə qələbənin yeganə göstəricisi deyil", - icmalçı yazır.
Şmeman qeyd edir ki, müharibə Ukraynanın resurslarını tükəndirir, bu zaman hərbi münaqişənin bitməsi perspektivləri görünmür.
O, o cümlədən Amerikanın Ukraynaya yardımı ilə bağlı problemlərə və Ukrayna Silahlı Qüvvələri Baş Komandanı Valeri Zalujnının cəbhədə dalan vəziyyətinin etiraf etdiyi hay-küylü məqaləsinə istinad edir.
"Bu münaqişədə hələ də əvvəllər olduğu kimi gözlənilməz dönüş baş verə bilər. Lakin bu mərhələdə görünən perspektiv tükəndirməyə hesablanan uzunmüddətli müharibədir, bu isə Ukraynaya daha böyük zərər vuracaq, daha çox insan canı alacaq və Avropaya qeyri-sabitlik yayacaq", - jurnalist hesab edir.
O, başqa bir publisist Maykl Kimmacın fikirlərini misal gətirir. Publisistin fikrincə, sonsuz münaqişə Rusiyanı Qərbdən daha da uzaqlaşdıracaq, Rusiyada putinizmi möhkəmləndirəcək və Ukraynanın Avropaya inteqrasiyasının lənğidəcək.
Məhz buna görə də Şmeman Ukraynanın bütün ərazilərin işğaldan azad edilməsini Kiyev üçün müharibənin ən yaxşı nəticəsi olduğu barədə təsəvvürü yanlış hesab edir.
"Ukraynanın əsl qələbəsi bundan ibarətdir ki, Qərbdən yapışaraq müharibə cəhənnəmindən güclü, müstəqil, çiçəklənən və təhlükəsiz çıxa bilsin. Bu, Putinin dərin tarixi əlaqələri olan qonşu dövlətdən məhz ən çox qorxduğu nəsnə olar", - icmalçı əmindir.
Şmeman həmçinin qeyd edir ki, dünya onsuz da Rusiyanın sülh sazişindən sonra zəbt etdiyi ərazilərə nəzarətini qəbul etmir. Bu arada isə üfüqdə qələbənin görünmədiyi müharibənin davam etdirilməsi Ukrayna üçün Amerika və Avropanın silah və maliyyə yardımının çox hissəsinin itirilməsi demək olacaq.
Putin danışıqlara hazır olduğu barədə siqnallar göndərir
Bu günlərdə "The New York Times" qəzeti Qərbin diplomatik dairələrindəki anonim və Rusiyanın iri məmurları arasında mənbələrin məlumatı əsasında dərc etdiyi məqalədə deyilir ki, Putin cari təmas xəttində sülh sazişinin bağlanmasına dərhal hazır olması barədə Qərbə fəal surətdə məxfi siqnallar göndərir.
Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri hesab edir ki, Putinin bu siqnalları Qərb siyasətçilərini aldatmaq cəhdidir, nəticədə Qərb Ukraynanı kifayət qədər silahla təmin etmək əvəzinə diqqətini hipotetik danışıqlara yönəldəcək.
Ukrayna icmalçısı Vitali Portnikov da oxşar fikirdədir. O, həmçinin qeyd edir ki, Putinin hətta indi gerçək sülh bağlamaq imkanının olacağı təqdirdə o, öz üstünlüyünü hiss edən kimi asanlıqla fikrini dəyişə bilər.
Press-fakt.com
Digər xəbərlər
Tarix: 28-12-2023 14:56 | Bölmə: Təhlil / Rezonans | Baxış: 64
"Müharibə Ukraynanın rüsurslarını tükəndirir, bu zaman münaqişənin bitməsi perspektivləri görünmür..."
"Sonsuz münaqişə Rusiyanı Qərbdən daha da uzaqlaşdıracaq, Rusiyada putinizmi möhkəmləndirəcək və Ukraynanın Avropaya inteqrasiyasını ləngidəcək..."

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024