MÜHARİBƏ, ÇEVRİLİŞ VƏ ZƏLZƏLƏ İLİ: Təlatümlü 2023-də baş verənlər...
2023-cü il bir çox mənada təlatümlü illərdən biri kimi tarixə düşəcək. Təbii fəlakətlər, siyasi böhranlar, hərbi toqquşmalar bu ilə damğasını vuran hadisələr olacaq.
Başa çatmasına 4 gün qalan il ərzində dünyada tarixi əhəmiyyətə malik olan bir çox vacib hadisələr baş verib.
Əvvəla, 2023-cü il geosiyasi rəqabətin kəskin surətdə artması ilə xarakterizə oluna bilər. Bu rəqabətin əlamətlərindən biri kimi il boyu Afrika qitəsində baş verən ardıcıl hərbi çevrilişlər və hakimiyyətlərin zorakı yollarla dəyişdirilməsi müşahidə edildi.
Təbii ki, Afrikada çevrilişlərin tarixi bu il başlamayıb və post-kolonial dönəm başlayandan bəri zaman-zaman bu hadisələr baş verib. Lakin cari ildə proses daha geniş vüsət aldı və qlobal demokratik tənəzzülün davamı kimi özünü göstərdi. İyul ayında Niger ordusu ölkənin demokratik yolla seçilmiş prezidentini devirdi.
Avqust ayında Qabon ordusu hakimiyyəti ələ keçirdi və seçkilərin keçirilməsi ilə bağlı qeyri-müəyyən vədlər verdi və s. Bütün bunlar şübhəsiz ki, qitədəki geosiyasi qarşıdurmanın şiddətlənməsinin nəticələri kimi qiymətləndirilir.
2023-cü il həm də kosmos uğrunda yarışla əlamətdar oldu. Bu il kosmos yarışı Aya xüsusi maraqla müşayiət edildi. Rusiyanın avqust ayında göndərdiyi eniş aparatının Ayın səthinə düşməsi ilə yarışın müəyyən mərhələsi bu ölkə üçün məyusluqla başa çatsa da, bundan bir neçə gün sonra Hindistan Aya insansız peyk vasitəsi endirən 4-cü ölkə kimi tarixə düşdü və bunu Ayın cənub qütb bölgəsi yaxınlığında edən ilk ölkə oldu.
2 həftə sonra Hindistan günəşi öyrənmək üçün missiyaya başladı... Bu il ABŞ kosmosun mülki tədqiqi və istifadəsini idarə etmək üçün Artemida Sazişlərini təşviq etdi.
Çin və bir çox digər kosmosla məşğul olan ölkələr bunu imzalamaqdan imtina etdilər. Lakin kosmik aktivliyin artması həm də zahirən adi məsələ kimi görünən kosmos tullantıları probleminin göylərin tədqiqini çətinləşdirib-çətinləşdirməyəcəyi ilə bağlı suallar doğurur.
İlin digər önəmli hadisəsi isə Hindistanın dünyanın ən çox əhalisi olan ölkəsi kimi Çini keçməsi oldu. Keçən əsrdən Çin dünyanın ən böyük əhalisinə sahib ölkəsi idi. Bu, məhz 2023-cü ildə başa çatdı. 1.5 milyarda yaxın əhalisi olan Hindistan çox güman ki, gələcək onilliklər ərzində ən çox əhalisi olan ölkə olaraq qalacaq. Çinin əhalisi isə həm azalır, həm də qocalır. Sirr deyil ki, daha gənc, artan əhalisi olan ölkələr daha çox istehlak edən, daha canlı işçi qüvvəsinə malikdirlər və nəticədə daha yüksək iqtisadi artım templəri əldə edirlər. Hindistanın daha əlverişli demoqrafiyası gələcəkdə böyümənin mühərriki kimi çıxış edə bilər. Bunun Asiyada qüvvələr balansı üçün siyasi nəticələri çox əhəmiyyətli ola bilər.
Fevral ayında Türkiyənin cənub-şərqində, eləcə də Suriyanın şimalında baş verən güclü zəlzələ 2023-cü ilin təbii fəlakətlər üzrə "aktiv"inə yazıldı. 7.8 balla qiymətləndirilən zəlzələdən sonra 7.6 ballıq daha bir dağıdıcı zəlzələnin baş verməsi insan tələfatını daha da artırdı. Episentri Kahramanmaraşda olmaqla, Türkiyənin 11 vilayətini əhatə edən təkanlar nəticəsində 60 minə yaxın insan həyatını itirdi, onlarla yaşayış məntəqəsi tamamilə dağıntılara çevrildi, bir neçəsi isə yer üzündən silindi.
Hazırda bu təbii fəlakətin baş verməsinin üzərindən 10 aydan da çox vaxt keçsə də, hələ də fəsadlar tam aradan qaldırıla bilməyib. Suriyada həm də humanitar böhran səviyyəsində problemlər yaradan zəlzələdən sonra çoxlu afterşoklar yaşandı. Zəlzələyə davamlı binaların inşası, müasir şəhərsalma və memarlıq standartlarına cavab verən inşaat işlərinin aparılmasının vacibliyi bir daha ortaya çıxdı.
2023-cü ilin gündəmdən kənarda qalsa da, ən vacib hadisələrindən biri də vətəndaş müharibəsinin Sudanı bürüməsi oldu. Münaqişənin kökləri Sudan ordusunun 2019-cu ilin aprelində ölkədə uzun müddətdir hakimiyyəti əlində tutan olan Ömər əl-Bəşirin devrilməsinə səbəb olan etirazlar gedib çıxır.
Yeni hərbi xunta hakimiyyəti bölüşmək və seçkilərə doğru işləmək üçün mülki qruplarla razılaşma əldə etdi. Bununla belə, 2021-ci ilin oktyabrında Sudan Silahlı Qüvvələrinin (SAF) rəhbəri Əbdülfəttah əl-Burhan və Çevik Dəstək Qüvvələrinin (RSF) rəhbəri Məhəmməd Daqalo növbəti çevrilişə rəhbərlik etdilər.
2022-ci ilin dekabrında bu iki şəxs xalqın təzyiqinə boyun əydilər və mülki idarəçiliyə keçidə razılaşdılar. Lakin 15 aprel 2023-cü ildə RSF qüvvələri ölkə daxilində SAF bazalarına hücum etdi. Atəşkəs haqqında danışıqlar aparmaq cəhdləri heç bir nəticə vermədi. Payızda RSF Sudanın paytaxtı Xartumun çox hissəsinə, SAF isə ölkənin əsas dəniz limanı olan Port Sudana nəzarət edirdi. İndiyə kimi döyüşlər 10 000-dən çox insanın həyatına son qoyub və 5,6 milyon insanı didərgin salıb ki, bu da Sudan əhalisinin təxminən 15 faizi deməkdir.
Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə 2022-ci ildə start götürsə də, bu il də davam etdi və 2023-cü ilin əsas hadisələrindən biri kimi nəzərdən keçirilir. Ukraynanın əks-hücumları bu il genişləndi. 2023-cü ilin əvvəlində Ukraynanın əks-hücumunun Rusiyanın Ukraynanın şərqində və ola bilsin ki, Krımda nəzarətini qıra biləcəyinə ümidlər böyük idi.
Çoxdan gözlənilən əks-hücum iyunun əvvəlində başladı. Rusiya qoşunlarına böyük itkilər verməsinə baxmayaraq, döyüş xətləri çətinliklə keçildi. Rusiya hərbçiləri müdafiədə qala bildilər.
Noyabrın əvvəlində Ukraynanın yüksək rütbəli generalı döyüşləri “dalan” kimi xarakterizə etdi və etiraf etdi ki, “çox güman ki, dərin və uğurlu irəliləyiş olmayacaq”. Həqiqətən də, generalın dediyi kimi, Rusiya il ərzində Ukraynadan daha çox əraziyə nəzarət etdi.
Qəzza zolağına nəzarət edən HƏMAS-ın 7 oktyabrda İsrailə hücum etməsi ilə Yaxın Şərqdə də dəhşətli müharibə başlandı. Əslində 2023-cü ilin sentyabr ayının sonlarında Yaxın Şərqdə sülh perspektivli görünürdü. İsrail və bir sıra ərəb ölkələri arasında razılaşmalar əlaqələri normallaşdırdı.
Səudiyyə Ərəbistanının tezliklə İsraillə diplomatik əlaqələr qura biləcəyi ilə bağlı məlumatlar yayıldı. Bu tendensiyalar ABŞ prezidentinin müşaviri Ceyk Sallivanı bunu deməyə vadar etdi ki, Yaxın Şərq regionu "bu gün 20 ildə olduğundan daha sakitdir”. Bundan cəmi 8 gün sonra müharibə başladı.
Təxminən 1200 israilli öldürüldü, bu İsrail tarixində ən böyük itki sayılır. Daha 240 nəfər isə girov götürüldü. HƏMAS-ın "kökünü kəsəcəyinə" söz verən İsrail Qəzzaya hava zərbələri endirdi, daha sonra Qəzzanın şimalına nəzarəti ələ keçirdi. Noyabrın sonunda döyüşlərdə danışıqlara əsaslanan fasilə 100-ə yaxın girovun azad edilməsini təmin etdi. Lakin tezliklə İsrail əsgərlərinin Qəzzanın cənubuna keçməsi ilə döyüşlər yenidən başladı.
Əksəriyyəti qadın və uşaqlar olan fələstinli mülki vətəndaşların ölüm sayının artması bütün dünyada geniş narazılıq oyatdı. Son məlumatlara görə, 7 oktyabrdan bəri 20 mindən çox fələstinli həyatını itirib. İsrail HƏMAS-ın fələstinli mülki şəxslərdən canlı qalxan kimi istifadə etdiyini əsas gətirərək ittihamları rədd edib. Münaqişənin necə bitəcəyi və onun ardınca nələrin gələcəyi açıq sual olaraq qalır.
Modern Təhlil və Araşdırma Qrupu
Digər xəbərlər
Tarix: 29-12-2023 15:41 | Bölmə: Təhlil / Araşdırma | Baxış: 399

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024