Qərbi Azərbaycan Xronikası: Gorusda Azərbaycan kəndləri niyə boşaldılıb? - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin Azərbaycanın tarixi torpaqlarına köçürülməsini, törətdiyi qəddarlıqların ümumi mənzərəsini əks etdirən Gorus rayonu haqqında süjet hazırlanıb.
“İran və Türkiyədən köçürülən ermənilərin Gorus xəyalı” adlı süjetdə Azərbaycanın tarix boyu inzibati, coğrafi məkan kimi müxtəlif proseslərdən keçdiyi, Qafqaza köçürülən ermənilərin zaman-zaman məskən saldıqları məkanlarda insanlığa qarşı vandal hərəkətlər törətdiyi bildirilir.
Qeyd olunub ki, Qərbi Azərbaycanın, indiki Erməniustanın Zəngəzur mahalı ərazisində yerləşən Gorus Qafqazda ən qədim yaşayış məskənlərindən biridir.
Gorus bölgəsini 200 ilə yaxın bir müddətdə -XVII-XVIII əsrlərdə Məlik Hüseynlilər tayfası idarə edib. 1805-ci ildə Qarabağa daxil olan rus qoşunları Gorus şəhərini Çar Rusiyasının hərbi qərargahına çevirib.
Diqqətə çatdırılıb ki, Gorus toponimi türk mənşəli Qorus tayfasının adı ilə bağlıdır və gorus türk etnonimi əsasında əmələ gəlib: “Gorusda 1823-cü ildə əksəriyyəti azərbaycanlı olmaqla 119 ailə yaşayıb.
Azərbaycan Rusiyaya birləşdirildikdən sonra 1829-1831-ci illərdə İrandan və Türkiyədən xeyli sayda erməni köçürülərək Zəngəzura, o cümlədən, Gorus rayonunun ərazisində yerləşdirilib. Bununla da gəlmə ermənilərin hesabına əhalinin etnik tərkibi dəyişib.
Gorus rayonu Zəngəzurda erməni daşnak mərkəzi kimi tanınıb və son əsrdə azərbaycanlılara qarşı daha sərt münasibətləri ilə seçilib. 1915-ci ildən başlanan qırğınlar nəticəsində azərbaycanlılar Gorus rayonundan qovulub və nəticədə Qafan, Meğri, Gorus, Sisyan Azərbaycandan həmişəlik qoparılaraq Ermənistana verilib.
1918-ci ildə Andranikin Zəngəzurdakı azərbaycanlı kəndlərini talan edərək Gorusa gəlməsi, daşnak dəstələrinin uzun müddət burada at oynatması bu məkanda separatçı anti-türk daşnakların olduğunu sübut edən faktlardır”.
Bildirilib ki, 1918-ci ilə qədər Gorus rayonunda 45 azərbaycanlı kəndi olub: “Sovet hakimiyyəti illərində Gorus rayonundakı 8 azərbaycanlı kəndin adı erməniləşdirilib, 6 kənd isə tamamilə ləğv edilib. 1930-cu il sentyabrın 9-da Ermənistan SSR-in tərkibində ərazisi 752 kvadrat kilometr olan Gorus rayonu yaradılıb.
1988-ci ildə burada yaşayan azərbaycanlılar həmin ilin sonunda Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalıblar. Bundan sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə rayon üzrə tarixi yer adları dəyişdirilib.
Nəhayət, 1995-ci il noyabrın 7-də Ermənistan parlamentinin qərarı ilə Zəngəzur mahalı ərazisində yerləşən Gorus, Qafan, Sisiyan, Meğri rayonları ləğv edilib. Bu rayonların hesabına mərkəzi Qafan şəhəri olan Sünik mərzliyi yaradılıb”.
Sonda vurğulanıb ki, Cənubi Qafqaza köçürüldükdən sonra ermənilər zaman-zaman bu ərazinin köklü sakinləri olan azərbaycanlılara qarşı “etnik təmizləmə” və “türksüz Ermənistan” siyasəti həyata keçiriblər: “Əminik ki, bu bölgənin əsl sahibi olan azərbaycanlılar ermənilərin məkrli siyasətini fiaskoya uğradaraq əzəli torpaqlarına sahib çıxmaq uğrunda aparılan haqlı mübarizədən qalib çıxacaqlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Digər xəbərlər
Tarix: 14-02-2024 00:48 | Bölmə: Videobloq / Aktual / Araşdırma | Baxış: 95
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024