«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Qərbi Azərbaycan Xronikası: Karvansarayın adı hansı qərarla dəyişdirilib? - VİDEO

Tarix: 28-02-2024 23:00 | Bölmə: Videobloq / Aktual | Baxış: 107

Qərbi Azərbaycan Xronikası: Karvansarayın adı hansı qərarla dəyişdirilib? - VİDEO


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə tarixi-mədəni abidəsi dağılan, yaşayış məskənləri viran edilən Karvansaray, bəzi mənbələrdə isə Karvansara kimi qeyd edilən rayon haqqında süjet hazırlanıb.

“İran ermənilərinin yerləşdirildiyi rayon" adlı süjetdə tarix boyu Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti aparıldığı, bunun nəticəsində azərbaycanlıların indi Ermənistan adlandırılan ərazidən didərgin salındığı bildirilir.

Qeyd olunub ki, Qərbi Azərbaycanın, Şəmşəddin mahalı ərazində, İrəvan-Tiflis yolunun üstündə, Ağstafa çayı sahilində yerləşən Karvansara rayonu indiki Ermənistanın şimal-şərqində yaşayış məntəqəsi olub.

Bu ərazi dağ ətəyindən axan Ağstafa çayı boyunca keçən qədim ticarət yolunun sayəsində 18-ci əsrdə karvansara olaraq meydana gəlib. 1805-ci ildə rayon ərazisi Çar Rusiyası tərəfindən işğal edilib və Yelizavetpol/Gəncə quberniyasının Qazax qəzasına daxil olub.

Eyni zamanda, əraziyə İran və Anadoludan gətirilən ermənilər yerləşdirilib. XX əsrin əvvəllərində bu ərazilər erməni quldur dəstələrinin, daşnak hərbi hissələrinin hücumuna məruz qalıb.

Bu məkan 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinə aid olsa da, Cümhuriyyətin süqutundan sonra Ermənistan SSR-nin tərkibinə verilib.

Diqqətə çatdırılıb ki, indi İcevan adlandırılan, amma vaxtilə azərbaycanlılara məxsus olan Karvansara rayonu Qərbi Azərbaycanın ən füsunkar yerlərindən biridir: “1920-ci ildən İcevan adı ilə rəsmiləşdirilən azərbaycanlılara aid bu yaşayış məntəqəsi rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb.

Bura 1961-ci ildə şəhər statusu verilib və Azərbaycanın Qazax bölgəsi ilə sərhəddə yerləşir. 1988-ci ilə qədər azərbaycanlılar yaşadıqları Salah, Murtel, Haqqıxlı, Alaçıxqaya, Ağkilsə, Polad və digər kəndləri tərk etmək məcburiyyətində

qalıblar. Bu hadisədən sonra buradakı türk-oğuz mənşəli yer adlarının izi get-gedə itirilib və 41 tarixi yer adı dəyişdirilib.

Nəhayət, Ermənistan parlamentinin 1995-ci il 7 noyabr tarixli qərarı ilə mərkəzi İcevan şəhəri olan Tavuş mərzliyi yaradılıb.

Azərbaycan və Gürcüstanla sərhəddə yerləşən mərzliyə Karvansara, yəni İcevan, Şəmşəddin, yəni Berd, Barana, yəni Noyemberyan rayonları və Dilican şəhəri daxil edilib”.

Sonda vurğulanıb ki, xalqımıza məxsus tarixi-mədəni və coğrafi yaddaşı əks etdirən Karvansara rayonu da saxta yollarla ermənilərin cənginə keçib: “Lakin əminik ki, biz qədim, əzəli və əbədi torpaqlarımıza, gözəl təbiəti ilə seçilən doğma yurd yerlərimizə mütləq qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024